Dünyanın gözü Türkiyədə
08.07.2023 [15:57]
Mubariz ABDULLAYEV
“Taxıl sazişi” uzadılacaqmı?
Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa turnesi çərçivəsində Türkiyəyə səfəri və burada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü bütün dünyada böyük maraqla izlənilib. Türkiyənin və Ukraynanın dövlət başçıları arasında müzakirələr təxminən 2 saat 30 dəqiqə davam edib. Müzakirələrin əhatə dairəsi kifayət qədrər geniş olub. Görüşdə həmçinin “Taxıl sazişi”nin vaxtının uzadılması da müzakirə olunub ki, bu da hazırda dünya gündəliyinin mərkəzində dayanan mühüm məsələlər sırasında yer alır.
“Taxıl sazişi”nin dünya üçün aktuallığı
2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukraynanın rəsmiləri tərəfindən tarixi “Taxıl sazişi” Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın ərzaq təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması zərurəti ilə əlaqədar imzalanıb. Elə ilk vaxtlardan müharibənin qlobal ərzaq bazarında yaratdığı həyəcanlı vəziyyət əvəzolunmaz qida sayılan taxıl pozisiyasında daha qabarıq şəkildə hiss olundu. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Lakin bəlli səbəblərdən Qara dənizin Ukrayna sahillərindəki limanları bağlandığına görə anbarlardakı taxılı ehtiyac duyulan ünvanlara çatdırmaq mümkün olmurdu. Bu səbəbdən də təkliflə tələb arasında disbalans ötən hər gün daha kəskin şəkildə artırdı. Müşahidə edilən kədərli mənzərə fonunda BMT dünyada gözlənilən ərzaq qıtlığı ilə bağlı həyəcan təbili çaldı. Qurumun baş katibi Antonio Quterreş dünyanın bir sıra regionlarını aclıq təhlükəsindən xilas etməkdən ötrü Rusiya və Ukrayna ərzağının təcili qaydada qlobal bazarlara qaytarılması ilə bağlı çağırış etdi. BMT-dən gələn çağırışı Türkiyənin vasitəçiliyi, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində həyatda keçirmək mümkün oldu. Tarixi “Taxıl sazişi” Ukraynadan və Rusiyadan taxıl da daxil olmaqla bir sıra kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması məqsədilə Qara dənizdə təhlükəsiz dəhliz yaradılmasını ehtiva edir. Müzakirələrin əvvəlində tərəflərin mövqeyində kəskin fərqlər var idi. Prezident Rəcəb Tayyib Ərdoğan həm Rusiyanın, həm də Ukraynanın yüksəksəviyyəli rəsmiləri ilə fəal müzakirələr apararaq tərəfləri şərtlərdən çəkindirməyə və mövqeləri uzlaşdırmağa nail oldu.
İlkin olaraq 120 gün müddətinə imzalanan razılaşma sonradan yenə də Türkiyənin vasitəçiliyi ilə daha bir neçə dəfə uzadılıb. Tərəflər arasında sonuncu belə razılaşma cari il mayın 17-də əldə olunub. Bu dəfə razılaşmanın müddəti 60 gün müəyyənləşdirilib.
Müəyyən çətinliklərə baxmayaraq, Qara dənizdə açılan taxıl dəhlizinin funksionallığı əsasən təmin olunub. Bunun nəticəsidir ki, son bir ildə qlobal ərzaq qiymətlərinin azaldığı müşahidə edilir. V.Zelenskinin Türkiyəyə səfəri çərçivəsində keçirilən mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib.
Verilən məlumatlara görə, indiyədək dəhliz vasitəsilə Çinə, İspaniyaya, Türkiyəyə və İtaliyaya daha çox taxıl daşınıb. Bütövlükdə, 44 ölkənin yer aldığı siyahıda Türkiyə üçüncü yerdə gəlir. Göndərilən taxıl dolu 987 gəmidən 290-ı qardaş ölkənin payına düşüb.
Türkiyənin istəyi: Saziş daha iki il uzadılsın
“Taxıl sazişi” nin sonuncu uzadılma müddəti iyulun 17-də bitir. Vaxt daraldıqca “Razılaşmanı növbəti müddətə uzatmaq mümkün olacaqmı” sualı tez-tez təkrarlanır. Məsələ burasındadır ki, razılaşmanın tərəflərindən biri olan Rusiya “Taxıl sazişi”nin icrasından narazılıqlarını ifadə edir və müəyyən şərtlər irəli sürür. Rusiya tərəfi iddia edir ki, danışıqlarda Tolyatti-Odessa marşrutu ilə ammiakın daşınması və Ukrayna taxılının ixracı müzakirə mövzusu idi. Rusiya rəsmilərinin bildirdiklərinə görə, bu razılaşmalar simmetrik və balanslaşdırılmış şəkildə yerinə yetirilməli idi, amma BMT bunu təmin etməyib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından asılı olacağı vurğulanıb. Bu şərtlərə hansı səviyyədə əməl olunacağını zaman göstərəcək. Vaxt isə çox azdır.
Ümidverici cəhət odur ki, “Taxıl sazişi”nin əsas ideya müəlliflərindən biri olan Prezident Rəcəb Tayyib Ərdoğan razılaşmanın uzadılacağına ümid bəsləyir. O, bu barədə növbəti dəfə V.Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. “Ümid edirəm ki, iyulun 17-dən sonra “Taxıl sazişi”nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi” ilə bağlı müzakirələöri həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə də aparmaq niyyətindədir. Rusiya Prezidentinin gələn ay Türkiyəyə səfəri gözlənilir. Bu barədə Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. Sitat: “Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

