Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Finlandiya da Aİ-dən çıxır?

Finlandiya da Aİ-dən çıxır?

02.05.2023 [10:44]

Sonuncu parlament seçkilərindən sonrakı siyasi mənzərə sabit deyil

Aprelin 2-də Finlandiyada keçirilən parlament seçkiləri baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının məğlubiyyəti və başçılıq etdiyi hökumətin istefası ilə nəticələndi. Belə ki, Milli Koalisiya Partiyası 200 yerlik parlamentdə 48 yer, Əsl Finlər partiyası 46, daha əvvəl hakimiyyətdə olan sol mərkəzçi Sosial Demokrat Partiyası isə parlamentdə 43 yer qazanmaqla üçüncü olub. Milli Koalisiya Partiyası ölkənin yeni hökumətinin formalaşdırılması üçün ifrat sağçı, anti-immiqrasiya Əsl Finlər Partiyası və digər iki kiçik qrupla rəsmi koalisiya danışıqlarına başlayacağını elan edib. Baş nazir postunda Sosial Demokrat Sanna Marinin yerinə keçməsi ehtimalı yüksək olan Petteri Orponun fikrincə, mühafizəkarlarla aşırı- sağçılar arasında razılıq əldə olunarsa, iyuna kimi yeni koalisiya nümayəndələrindən ibarət hökumət formalaşacaq. Petteri Orpo jurnalistlərə deyib ki, yeni hökuməti həqiqətən böyük problemlər gözləyir: “Çətin qərarlar qəbul etməliyik və islahatlar aparmalıyıq”.

Orpo etiraf edib ki, onun üstünlük verdiyi tərəfdaşlar beş yer qazanmış Xristian Demokratlar və Finlandiyanın isveçdilli azlığını təmsil edən İsveç Xalq Partiyasıdır. Yarana bilməsi ehtimalı ortada olan dörd partiyalı koalisiya parlamentdə 108 yerlik cüzi əksəriyyətə malik olacaq.

Əks düşüncəli müttəfiqlər...

Yeni hakimiyyət isə Finlandiyi tarixinə köklü islahatlar və qəti qərarlarla “düşə bilər”. Belə ki, mühafizəkarlar hökumət xərclərini kəskin şəkildə cilovlamağı və boş vakant iş yerlərini doldurmaq və ölkənin iqtisadi inkişafını artırmaq üçün seçmə əmək immiqrasiyasının miqyasını artırmağı vəd edən kampaniya platforması ilə seçkidə qalib gəlib. Bu isə o deməkdir ki, verilən vədlər yerinə yetirilməlidir. Amma qalib partiyanın ən axın izləyicisi və tərəfdaşı ola biləcək Əsl Finlər Partiyası isə öz növbəsində bu planlara qəti şəkildə qarşı çıxır - həmçinin uzunmüddətli məqsəd kimi ölkənin Aİ-dən çıxmasını tələb etməkdə davam edir. İfrat sağçı Əsl Finlər Partiyasının lideri Riikka Purra etiraf edib ki, tərəfdaşlar arasında böyük fikir ayrılıqları var, lakin onun partiyası yeni koalisiyanın bir hissəsi olmaqda qərarlıdır. Purra, immiqrasiya sahəsinin “danışıqlar məsələsi” adlandıraraq, “Danışıqlar ilə razılıq əldə edilə bilməyəcək qədər ciddi bir şey yoxdur”, - deyə bildirib.

Bu arada, Finlandiya cəmiyyətində bir sıra ekspertlər xəbərdarlıq edərək, bu koalisiyanın formalaşdığı təqdirdə ölkənin yeni tarixində ən sağçı hökumətin meydana çıxa biləcəyini bildirir.

İfrat sağçıların hakimiyyətə gələcəyi təqdirdə...

İfrat sağçıların ölkənin Aİ-dən çıxması ilə bağlı tələbləri indiki halda o qədər də inandırıcı görünməsə də, gələcək perspektiv üçün mühüm dəyişikliklərin anonsunu özündə əks etdirir.

NATO-ya daxil olmasının ardından Aİ-də? çıxma tələbinin gündəmə gəlməsi, eyni zamanda bu tələbi irəli sürən partiyanın parlament seçiklərində ikinci çoxluğu qazanması bir sıra mətləblərdən xəbər verir. Bu, NATO ilə Aİ arasındakı ziddiyyətlərin də göstəricisi kimi meydana çıxır. Qeyd olunmalıdır ki, Rusiyaya qarşı münasibətdə eyni mövqedən çıxış etməyən Avropa ölkələrinin qarşıdakı dövrdə Kremllə davranış qaydaları haqda fikirləri də fərqlidir - mərkəzçi Avropa münasibətləri daha da loyallaşdırmaq, hərbi ritorikanı azaltmaq, əməkdaşlığı bərpa etmək və sanksiyaları tədricən azaltmaq kimi fikirlər irəli sürsə də, ABŞ-a yaxınlığı ilə seçilən Avropa dövlətləri tam əks düşüncədədirlər. Onlar Aİ-nin Rusiyaya qarşı vahid mövqedən çıxış etməməsini də dəfələrlə tənqid ediblər. ?unlar əsasən Baltikyani ölkələr, Polşa, Böyük Britaniya və indiki halda Finlandiyadır. Eyni zamanda, Finlandiyanın artıq Aİ-dən çıxma tələbi ilə çıxış etmə perspektivi də formalaşır. Vurğulanmalıdır ki, Finlandiyanın hazırk? dönəmdə NATO üçün strateji əhəmiyyəti olduqca böyükdür. Çünki Rusiyanın əsas güvənc yeri olan nüvə başlıqlarının böyük əksəriyyəti məhz Finlandiyaya yaxın dəniz akvatoriyasında yerləşən sualtı qayıqlarda saxlanılır. Bu mənada, Finlandiya hazırda ABŞ üçün Rusiyaya qarşı mübarizədə ən mühüm “silahlardan” sayılır...

Finlandiya alyansın nüvə planlaşdırılması və dəstək əməliyyatlarında iştirak edəcək...

Təsadüfi deyil ki, NATO-ya yenicə qoşulan Finlandiyanın Müdafiə Nazirliyi artıq ölkənin alyansın nüvə planlaşdırılması və dəstək əməliyyatlarında iştirak edəcəyini bəyan edib. Bu qərar respublikanın öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verməyəcəyinə dair əvvəlki rəsmi zəmanətlərinə baxmayaraq qəbul olunub. Beləliklə, Finlandiya alyans üçün ümumi nüvə siyasətinin qurulması istiqamətində fəaliyyət göstərən NATO-nun nüvə planlaşdırma qrupunun işində iştirak edəcək. Bu iş alyansın üzvü olan iki nüvə dövlətinin - ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında həyata keçirilir.

NATO üzvləri arasında yalnız Fransa nüvə planlaşdırma qrupunda iştirakdan imtina edib.

Xatırladaq ki, Finlandiya hökuməti NATO-ya daxil olarkən öz ərazisində nüvə silahının yerləşdirilməsinin qarşısının alınması siyasətini elan etsə də, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü üçün başqa heç bir məhdudiyyət qoyulmayıb. Bu addım isə Finlandiyanın vaxtından tez anti-Rusiya koalisiyasının fəal üzvünə çevirilmə imkanları qazandığını göstərir.

SADİQ

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30