Beşinci respublika tənəzzülə doğru...
19.04.2023 [11:03]
Mübariz ABDULLAYEV
Fransada müşahidə edilən son proseslər belə bir qənaət ifadə etməyə əsas verir: Sərhədlərindən uzaq məsafələrdə yerləşən coğrafiyalarda, o cümlədən də Cənubi Qafqazda olmaq iddiasında bulunan, başı kiçik bacısı Ermənistanın müdafiəsinə qarışan Emmanuel Makron hökuməti ölkədaxili məsələləri yaddan çıxardıb. Bu qənaəti möhkəmləndirən həm də nüfuzlu beynəlxalq reytinq agentliklərinin Fransa iqtisadiyyatı ilə bağlı bədbin proqnozlarıdır. Fransa Avrozonanın ikinci ən böyük iqtisadiyyatına malik olsa da, son vaxtlarda ölkə bir sıra ciddi sosial-iqtisadi problemlərlə çalxalanır.
Dövlət borcunu azaltmayan yeganə ölkə
Fransa iqtisadiyyatı ilə bağlı ən kədərli proqnozlardan biri bu günlərdə Beynəlxalq Valyuta Fondundan (BVF) gəlib. Belə ki, BVF qarşıdakı illərdə Fransanın tənəzzülünü proqnozlaşdırıb. Qurumun dəyərləndirmələrinə görə, Fransa geridə qalır və o, avro zonasında dövlət borcunu 2028-ci ilə qədər azaltmayan yeganə ölkə olaraq qalacaq. Bu barədə BVF-nin maliyyə siyasətləri haqqında hesabatında qeyd edilib.
Fondun təqdim etdiyi hesabatda Avrozona ölkələrinin xarici borc öhdəliklərinin müqayisəsi aparılıb. Hesabata əsasən, Avropa ölkələri qarşıdakı beş ildə dövlət borcunu azaldacaq. Yalnız Fransanın dövlət borcu davamlı artacaq və 2028-ci ildə ÜDM-in 115 faizinə çataraq, hətta pandemiya dövründəki ən yüksək səviyyəni üstələyəcək.
Fransa statistika və iqtisadi tədqiqatlar institutunun məlumatına görə, təkcə ötən il bu ölkənin dövlət borcu 126,4 milyard avro artıb. 2023-2028-ci illər arasında ÜDM-nin 5,3 faizi və 3,9 faizi qədər olan dövlət xərcləri və gəlirləri arasındakı nisbətdə Fransa büdcəsində illik kəsir yaranacağı gözlənilir. Beləliklə, büdcə kəsiri 2027-ci il üçün 3 faizə düşməyəcək.
BVF ikiillik azalmalardan sonra dövlət borcunun vergilərin artırılması hesabına ödənilməsindən narahatdır. Fransanın dövlət borcunun 2028-ci ildə yenidən pandemiya zamanındakı səviyyəyə yüksələcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Fransa təxminən 3 trilyon avro həcmində xarici borc öhdəliyinə malikdir. Bu rəqəm ÜDM-in 112 faizini təşkil edir. Ölkə dövlət borcuna xidmət olunmasında ciddi çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda, borclanmanın bahalaşması sadə fransızların kredit yükünü daha da artırır və onların həyat şəraitini ağırlaşdırır.
BVF Fransa iqtisadiyyatının perspektivləri ilə bağlı bədbin proqnozlar verən yeganə qurum deyil. Xatırladaq ki, 2022-ci ilin sonunda “S&P Global Ratings” beynəlxalq agentliyi Fransanın “AA” səviyyəsində suveren reytinqi üzrə proqnozu “sabit”dən “mənfi”yə endirmişdi. Agentliyin yaydığı məlumatda bildirilib: “Fransa iqtisadiyyatında yavaşıma, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək”.
S&P ölkənin 2023-cü il üçün ÜDM artımı proqnozunu ötən ilin yayında gözlənilən 1,7%-dən 0,2%-ə endirib, həmçinin büdcə kəsiri proqnozunu ÜDM-in 4%-dən 5,4%-ə qaldırıb. Agentliyin şərhinə görə, bu proqnozlar uzun sürən iqtisadi tənəzzül də daxil olmaqla, Fransanın maliyyə vəziyyətini daha da pisləşdirə bilər.
Avropa Komissiyası da Fransa iqtisadiyyatı ilə bağlı proqnozlarını pisləşdirib. Qurumun yaydığı hesabata əsasən, cari ildə Fransa iqtisadiyyatı cəmi 0,4 % artacaq. Halbuki, daha əvvəl bu göstəricinin 1,4 % həddində olacağı proqnozlaşdırılırdı. Eyni zamanda, bu il ölkədə işsizliyin 8,1 % olacağı gözlənilir ki, bu da 2021-ci ildən bu yana ən yüksək göstərici olacaq.
Ölkə inflyasiya burulğanında
Fransada qiymətlərin davamlı olaraq artması beşinci respublikanın inflyasiya burulğanına düşdüyündən xəbər verir. Qiymətlərin ötən il yüksək səviyyədə olan artım tempi cari ildə də səngimir. 2023-cü ilin əvvəlində verilən məlumata əsasən, bu ölkədə illik inflyasiya 5,9%-dən 6%-ə yüksəlib. Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb. İnflyasiyanın kəskin artmasına səbəb ərzaq qiymətlərinin 13,3% və enerji qiymətlərinin isə 16,3% bahalaşmasıdır.
Yüksək inflyasiya, təbii ki, öz əksini əhalinin rifahının kəskin pisləşməsində təzahür edir. Fransanın “Secours Populaire” xeyriyyə təşkilatının sifarişi ilə IPSOS (Beynəlxalq Marketinq və Sosial Tədqiqatlar İnstitutu) tərəfindən aparılan sorğuya əsasən, fransızların 20-25 %-i qiymət artımının onların ailə büdcəsini məhv etdiyini deyib.
İkiüzlülükdə suçlanan E.Makron
Enerji daşıyıcılarının qiymətlərinin kəskin artması E.Makron hökumətinin başı üstündən asılan “Domokl qılıncı”na bənzəyir. Yuxarıda vurğuladığımız kimi, ölkədə ən yüksək qiymət artımı məhz bu seqment üzrə baş verir. Xüsusilə elektrik enerjisinin satış qiymətinin kəskin artması əhalinin gəlirlərini daha çox udur. Ölkədə elektrik enerjisinin topdan satış qiyməti ötən yay tarixdə ilk dəfə olaraq 1 meqavatt/saat üçün 1 000 ABŞ dollarını keçdi. Bu, əvvəlki illə müqayisədə 10 dəfədən çoxdur. Ölkədə istehsal olunan elektrik enerjisinin 70 %-i atom elektrik stansiyalarının payına düşür. Həmin stansiyalarda köhnələn infrastrukturu yeniləmək mümkün olmadığından 56 mövcud reaktordan 26-sı söndürülüb. Nəticədə, son bir neçə onillikdə ilk dəfə olaraq ölkənin elektrik enerjisi balanısında defisit (idxal ixracı üstələyib) yaranıb.
Bir vaxtlar E.Makron bəzi neft-qazla zəngin olan ölkələrin liderlərinə yuxarıdan aşağı baxır və onlarla məsafə saxlamağa çalışırdı. indi yüksək enerji qiymətləri dövründə E.Makronun oriyentasiyasının məhz həmin liderlərə tərəf dəyişdiyini müşahidə edirik. Bu yerdə ötən il Misirdə keçirilən ekoloji sammit çərçivəsində Makronun Venesuelanın dövlət başçısı Nikolas Maduroyla səmimi görüntülərini yada salmamaq mümkün deyil. 2019-cu ildə Maduronu “qeyri-legitim rəhbər” adlandıran Makron bəhs olunan görüş zamanı ona “pezident” deyə müraciət etdi və əl uzadan ilk tərəf oldu. E.Makronun hiyləsinin mahiyyətini anlayan Venesuelanın dövlət başçısı zarafatından qalmadı. Bunun əks-sədası isə Parisdən gəldi. Yelisey sarayının administrasiyası dərhal məsələyə münasibət bildirərək Fransa prezidentinin bu addımı Maduronu müxalifətlə dialoqa yönləndirmək üçün atdığını bildirərək neftdən bir kəlmə də söhbət açmayıb. Solçu siyasətçi, LFI partiyasının lideri Jan-Lük Melanşon Fransa prezidentinin yanaşmasının dəyişməsinə diqqət çəkərək neftə olan ehtiyacın insanları daha nəzakətli etdiyini deyib. Siyasətçi faktiki olaraq Fransa prezidentini ikiüzlülükdə ittiham edib.
E.Makronun əleyhdarlarına qarşı xərclənən dövlət vəsaitləri
Fransadakı kədərli mənzərə fonunda, həmçinin Respublika naminə Marian Fondu (Fonds Mariannepour la Republique) məsələsi də getdikcə daha da qabarır. 2021-ci ildə vətəndaşlıq məsələləri üzrə nazir Marlen Şiappa (Marlene Scjiappa) tərəfindən respublika dəyərlərinin təbliğ etmək və gənclər arasında separatçı çıxışlara qarşı mübarizə aparmaq üçün yaradılmış və dövlət tərəfindən maliyyələşmiş assosiasiyanın fəaliyyətində qaranlıq məqamlar aşkarlanıb. Respublika dəyərlərini təbliğ etmək və separatçı çıxışlara qarşı, xüsusilə də sosial şəbəkələrdə və onlayn platformalarda mübarizə aparmaq üçün insanları və assosiasiyaları maliyyələşdirmək məqsədilə dövlət Respublika naminə Marian Fonduna 2,5 milyon avro köçürüb.
Separatçılığa qarşı mübarizə pərdəsi altında Fond pullarının prezident və parlament seçki kampaniyaları zamanı Emmanuel Makronun əleyhdarlarına qarşı siyasi məzmunlu təbliğata sərf edildiyi üzə çıxıb. Marianne jurnalı və France 2 telekanalının birgə araşdırmasına görə, dövlət vəsaitindən bəhrələnənlərin siyahısı gizli saxlanılıb.
Hüquq pozuntularının və radikallaşmanın qarşısının alınması üzrə Nazirliklərarası Komitənin (CIPDR) rəhbəri Kristian Qravel də bəzi təbliğat mətnlərində siyasi istinadlar olduğunu bildirib. Beləliklə, Marian Fonduna verilən subsidiyalar əslində, Emmanuel Makrona müxalif olanlara qarşı təbliğata yönəldilib. İnzibati təftiş və prokurorluq məsələ ilə bağlı araşdırmalara başlayıb.
Qalmaqallı pensiya islahatları
İqtisadiyyatda tənəzzül meyllərinin artması E.Makron hökumətini radikal addımlar atmaq məcburiyyətində qoyub. Qalmaqallı pensiya islahatları buna son nümunədir. Bildirilir ki, yeni pensiya islahatlarına gedilməsi dövlətin maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Xəzinəsi boşalan hökumət çıxış yolunu yaşlı insanlara daha az qayğı göstərməkdə və onlara daha az maliyyə xərcləməkdə görür. Xatırladaq ki, mart ayında Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. Bildirilib ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib. Qanun layihəsinin Senatda qəbul edilməsi ölkə boyunca E.Makron hökumətinə etirazları daha da artırıb. “Həmkarlar ittifaqı yığıncağında pensiya islahatlarının geri götürülməsi tələbinin davam etdiriləcəyi ilə bağlı qərar qəbul olunub”, - deyə “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının nümayəndəsi Ketrin Perret bildirib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
