İranın hicab gündəliyi
04.04.2023 [11:01]
Olar, yoxsa olmaz?
Əsrimiz elm, təhsil, innovasiyalar dövrüdür. Sayca dördüncü sənaye inqilabı dövrünü yaşayırıq. Sürətlə dəyişən zaman qarşıya daim yeni çağırışlar çıxardır və dünya ölkələri də bu çağırışlarla, permanent yeniləşmə prosesi ilə ayaqlaşmağa çalışırlar. “Belə bir şəraitdə qonşu İran sürətli qlobal transformasiyaların yedəyində gedir” fikrini qətiyyətlə ifadə edə bilərik. Ölkənin reallıqları belə qənaətə gəlməyə hər cür əsas verir.
43 il davam edən qadağa
Bu, bir həqiqətdir ki, 43 il ərzində sosial-iqtisadi sahədə uğurlar qazana bilməyən İran rejimi öz mövcudluğunu bir tərəfdən qadağaları sərtləşdirməklə, digər tərəfdən də ideoloji təbliğatı gücləndirməklə qorumağa çalışıb. İranın ziddiyyətlərindən biri də ondan ibarətdir ki, dünyanın insan və vətəndaş hüquq və azadlıqlarının sərhədlərinin genişləndirilməsinə doğru irəlilədiyi bir dövrdə bu ölkənin siyasi rejimi köhnə təfəkkürdən və yanaşmalardan xilas ola bilmir və yaxud bunu istəmir. Mollakratiyanın yeni qlobal baxışların ziddinə olaraq hələ də hicab məsələsini ölkənin gündəliyinin mərkəzində saxlamasının başqa izahını tapmaq mümkün deyil.
Xatırladaq ki, bu ölkədə hicab 1979-cu il İslam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxmağa çalışıblar. Qığılcımın alova çevrilməsi üçün zəruri olan məqam yetişdi.13 sentyabr 2022-ci il İranın tarixində yeni bir səhifənin açıldığı gün kimi qalacaq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Əxlaq polisi indiyədək saysız-hesabsız belə həbslər həyata keçirmişdi. 22 yaşlı gəncin həbsi də heç nə ilə diqqəti çəkməyəcəkdi. Ancaq bu həbs İranın siyasi rejimi üçün bir əcəl zənginə çevrildi. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən altı aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır. Rejimin gah bu, gah da digər məkanlarda repressiyalar tətbiq etməsi, hətta silahları işə salması nəticə vermir. Mollakratiya iğtişaş ocaqlarından birini söndürür, bir ünvanda mitinqləri dağıdır, kimləri isə həbsə alır, sonradan məlum olur ki, yeni ünvanlarda yeni etiraz dalğaları daha izdihamlı şəkildə baş qaldırıb.
Biri “olar”, digəri “yox” deyir
Səngimək bilməyən, getdikcə genişlənən, məhdud qadın hərəkatının sərhədlərini aşıb ümumölkə miqyasında permanent etirazlara çevrilən hadisələr fonunda İran hakimiyyətinin hicab qaydalarına münasibəti birmənalı deyil. Bir qədər bundan əvvəl mollakratiya etirazçıların tələblərinə qarşılıq verməyə hazır olduğu görüntüsü yaratmağa cəhdlər göstərdi. Belə ki, İrandan rejimin hicab qadağalarını yumşaltması ilə bağlı xəbərlər gəldi. Bu barədə ölkənin ali dini rəhbəri Əli Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı danışdı. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hicab İslamdan doğan zəruri şəriət məsələsidir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz. Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.
Bu günlərdə isə ali dini rəhbər Əli Xameneinin loyallığına rəğmən, İranın ayrı-ayrı qurumlarından və rəsmilərindən hicab qaydalarında mühafizəkar yanaşmanın bundan sonra da qorunub saxlanacağına dair açıqlamalar gəlməkdədir. Məsələn, İranın Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei bəzi qadınları məcburi hicab qaydasını pozduqlarına görə tənqid edib. O, ölkəsində məcburi hicab qaydasını pozanların cəzalandırılacağını bildirib.
Bundan əvvəl isə İranın Daxili İşlər Nazirliyi məcburi hicab qanununa qarşı olan davranışları hədəf alan bəyanat yayıb. Bəyanatda hicab “İran millətinin sivilizasiya əsaslarından biri” və “İslam Respublikasının əməli prinsiplərindən biri” kimi səciyyələndirilib. Nazirlikdən bildirilib ki, qanunu pozan şəxslərlə bağlı ədliyyə və digər aidiyyəti qurumlar müvafiq tədbirlər görəcək.
Bundan başqa, İran parlamentinin iclasında mədəniyyət komissiyasının üzvü Bijan Nobaveh deyib ki, qurum hicabla bağlı yeddi yeni qayda təklif edib, rəhbərlik onları qəbul edib və təkliflər Milli Təhlükəsizlik Şurasında müzakirə olunub. Yeni təkliflərə əsasən, qaydanı pozanlar öncədən müəyyənləşdirilmiş qaydalar əsasında cəzalandırılacaqlar. Müşahidə kameralarından ictimai yerlərdə hicab bağlamayan qadınların aşkarlanması üçün istifadə olunacaq. Qaydanı pozanlar mobil telefon və internet əlaqəsinin kəsilməsi də daxil olmaqla müxtəlif cür cəzalandırılacaqlar. Dəlil toplamaq və qaydanı pozanların müəyyənləşdirilməsi ilə polis və ədliyyə orqanları məşğul olacaq. Müəyyənləşdirilən qaydalara əsasən, mağaza sahibləri və ticarət mərkəzləri kimi biznesləri idarə edənlər qaydaların həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Artıq yeni qaydaların icrasına da start verilib. Müvafiq qurumların rəsmiləri bəzi “qayda pozanlar”ın bizneslərini möhürləyirlər. Məsələn, Kaşan və Tehranda Saray Ameriha hoteli və Almas Kommersiya Ticarət Kompleksi bağlanıb. Buna səbəb kimi işəgötürənlərin məcburi hicab qanununa əməl etməməsi əsas gətirilib.
Ali dini rəhbər Əli Xameneinin loyallığı ilə güc strukturlarının, parlamentin zərif cinsin təmsilçilərinə qarşı əzələ nümayiş etdirilməsi bir-biri ilə ziddiyyət təşkil edir. Biz onilliklər ərzində İran hakimiyyəti üçün tezislərin ölkənin ali dini rəhbərindən gəldiyini müşahidə etmişik. Əli Xameneinin yuxarıda xatırlatdığımız açıqlaması fonunda hökumətin hicab qadağalarını yumşaldacağı gözlənilirdi. Bu, baş vermədi və belə görünür ki, rejim mühafizəkar siyasətindən bundan sonra da geri çəkilməyəcək. Bu nədir? O nəticə hasil olur ki, ölkədə aylarla davam edən etirazlar siyasi və dini hakimiyyət arasında çatlar yaradıb. Sadalanan faktlara istinadən deyə bilərik ki, ölkənin ideoloji əsasları sarsılıb. İndiyədək etirazlarda rejimin banisinin və hazırki ali dini rəhbərin portretləri əsasən etirazçılar tərəfindən cırılır və yaxud yandırılırdı. Belə görünür ki, İranın siyasi hakimiyyətinin özü də ali dini rəhbərin iradəsinə qarşı çıxır. Siyasi-ideoloji parçalanmanın rejimin sonunu gətirəcəyi şübhəsizdir. İranın timsalında biz qadının həqiqətən böyük qüvvə olduğunu bir daha görürük. Belə qənaət ifadə etmək mümkündür ki, mühafizəkar rejimin buxovlarını, zəncirlərini də məhz bu böyük qüvvə qıracaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxAnalitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51

