İsveç NATO-ya “əlvida” deyir?
24.01.2023 [10:21]
Bu ölkənin davranışları təşkilata üzvlüyünü qəbulolunmaz edir
NATO-ya üzv olmaq istəyən İsveç yanlış siyasəti ilə prosesi əngəlləyir. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməlidir. Eləcə də, PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır. Ötən ilin iyununda
NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda da əsas müzakirə mövzusu bu məsələlər idi. Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Amma bu proseslə bağlı İsveç “manevrlər” edərək öz öhdəliyini yetirməkdən yayınmağa çalışır. Məsələn, ötən ayın əvvəlində İsveç FETÖ-çü terrorçunu Türkiyəyə vermə prosedurunun olmadığını bəyan etmişdisə, ayın sonunda İsveç xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Türkiyə ilə bağlanan Anlaşma memorandumunun müddəaları təmin olunacaq. Son hadisələrdən sonra İsveçin baş naziri Ulf Kristersson da demişdi ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid Memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurlu danışıqlar aparır. Baş nazirin sözlərinə görə, İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirirlər.
Vəziyyət gərginləşib
Hadisələr isə bunun əksini göstərir. Belə ki, son vaxtlar İsveçdə terrorçu şüarlar artmağa başlayıb. Həmçinin, YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması, bəzi nəşrlərin də Ərdoğanı hədəfə alması iki ölkə arasında gərginliyin artacağını proqnozlaşdırırdı. Lakin bütün bunların ardınca Tükiyənin bu ölkədəki səfirliyinin qarşısında müqəddəs “Qurani-Kərim”in yandırılması vəziyyəti daha da gərginləşdirib. Ekstremist sağçı partiya olan “Ştram Kurs”un sədri, danimarkalı siyasətçi Rasmus Palu keçirilən aksiya zamanı Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib. Hadisədən sonra İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə “Qurani-Kərim”in yandırılmasına icazənin verilməsinə görə etiraz bildirilib, Türkiyənin bu qərarı qəti şəkildə pislədiyi, İsveçin belə münasibət sərgiləməsinin qəbuledilməz olduğu vurğulanıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında da Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılması qətiyyətlə pislənilib. Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir. “Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Türkiyə XİN-in bəyanatında vurğulanıb.
İsveç rəsmisinin Türkiyəyə səfəri ləğv olunub
Yaranmış vəziyyətlə əlaqədar İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə yanvarın 27-də nəzərdə tutulan səfəri ləğv olunub. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ramşteyn hərbi bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra deyib: “Bizim yeganə istəyimiz Madriddə imzalanmış üçtərəfli memorandumda olan öhdəliklərin yerinə yetirilməsidir. Biz İsveç və Finlandiyanın öz üzərlərinə düşəni, ev tapşırıqlarını yerinə yetirmələrini gözləyirik”. Nazir Akar İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı təxribatları və İsveç polisinin “Türkiyə səfirliyi qarşısında Quran yandırılacaq” iddiası ilə nümayişə icazə verməsi ilə bağlı xəbərləri xatırladıb: “Onlara qarşı hərəkətsiz qalmaq, reaksiya verməmək qəbuledilməzdir. Lazım olanı etmək və tədbir görmək mütləq lazım idi”. Hulusi Akar bildirib ki, bu barədə yanvarın 20-də Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində İsveç müdafiə naziri Pal Consonla da görüşündə Türkiyənin mövqeyi çatdırılıb. “Prezidentimizə, ölkəmizə qarşı bu çirkin və iyrənc əməllərə görə heç bir tədbir görülmədiyinin təəssüflə şahidi olduq. Ona görə də bu məqamda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə gözlənilən səfərinin də mənası qalmadı. Bu səbəbdən səfəri ləğv etdik”, - deyə Akar vurğulayıb.
Baxçalı: Bu şəraitdə İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənməyəcək
Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasını Türkiyədə siyasi partiyalar da etirazla qarşılayıb və bu hadisənin İsveçin NATO-ya üzvlüyünə əngəl olacağını bəyan ediblər. Belə ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib ki, İsveç administrasiyasının danimarkalı siyasətçiyə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmağa icazə verməsi, təkcə qalmaqal deyil, vəhşilik və vandalizmin bariz nümayişi və konkret nümunəsidir. “Quran”ın yandırılmasına icazə vermək onu yandırmaq qədər iyrənc və primitivdir. Milliyyətçi Hərəkat Partiyası müqəddəs atributlarımıza əl uzadan, vaxtaşırı hücumlar təşkil edən, türk və İslam düşmənçiliyində sərhəd tanımayan İsveç hökumətini və təxribatçıları lənətləyir. İsveç bu səhvdən dönərək türk və İslam cəmiyyətlərindən üzr istəməlidir. Milli-mənəvi dəyərlərimizə nifrət bəsləyən bir ölkə və ya dövlətlərlə nəinki NATO-nun müttəfiqlik hüququnu bölüşmək, hətta siyasi və diplomatik münasibətlərin qurulması belə absurd və qıcıqlandırıcıdır” - deyə o, vurğulayıb. Baxçalı deyib ki, bu şəraitdə İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməyəcək.
Beləliklə, NATO-ya qoşulmaq istəyən İsveç hökuməti öz əməlləri ilə təşkilata üzv olmasının qarşısını alır. Türkiyə bu ölkənin təxribatçı hərəkətlərinə göz yummayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56

Sosial
03 Fevral 10:53

Siyasət
03 Fevral 10:51

Siyasət
03 Fevral 10:47

İqtisadiyyat
03 Fevral 10:39

Siyasət
03 Fevral 10:37

Gündəm
03 Fevral 10:34

İqtisadiyyat
03 Fevral 10:33

İqtisadiyyat
03 Fevral 10:31

Siyasət
03 Fevral 10:30

Gündəm
03 Fevral 10:16

Gündəm
03 Fevral 10:14

Siyasət
03 Fevral 10:12

Xəbər lenti
03 Fevral 10:03

Dünya
03 Fevral 09:23

Xəbər lenti
03 Fevral 09:19

Xəbər lenti
02 Fevral 21:08

Xəbər lenti
02 Fevral 21:03

Xəbər lenti
02 Fevral 20:54

Siyasət
02 Fevral 20:48

Xəbər lenti
02 Fevral 20:20

Gündəm
02 Fevral 20:17

İqtisadiyyat
02 Fevral 20:15

Xəbər lenti
02 Fevral 20:00

Xəbər lenti
02 Fevral 18:51

Siyasət
02 Fevral 18:49

Xəbər lenti
02 Fevral 17:48

Xəbər lenti
02 Fevral 17:47

Xəbər lenti
02 Fevral 17:44

Xəbər lenti
02 Fevral 17:35

Siyasət
02 Fevral 17:27

YAP xəbərləri
02 Fevral 17:07

Xəbər lenti
02 Fevral 16:48

Xəbər lenti
02 Fevral 16:36

Xəbər lenti
02 Fevral 16:25

Xəbər lenti
02 Fevral 16:24
