Demokratik təsisatda böyük korrupsiya...
14.12.2022 [10:29]
Avropa Parlamentində axtarış aparılır
Yunan deputat Eva Kailin tituli geri alınaraq həbs olundu
Belçika polisinin 9 dekabr Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Günündə həyata keçirdiyi əməliyyat nəticəsində Avropa Parlamentinin Belçikada fəaliyyət göstərən 14 vitse-prezidentindən biri olan Eva Kaili Qətərdən rüşvət aldığı səbəbilə əli olduğu korrupsiya istintaqı ilə əlaqədar paytaxt Brüsseldə saxlanıb. Hadisənin Avropa Parlamentində (AP) ən böyük korrupsiya qalmaqalı olduğu bildirilir. Bu arada Avropa İttifaqı yunanıstanlı millət vəkili Eva Kaili ilə bağlı qərar verib. Aİ-nin Eva Kailinin titulunu geri alması ilə bağlı qərarı Kailiyə Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən şəxsən çatdırılıb. “Davam edən məhkəmə araşdırması fonunda mən Avropa Parlamentinin vitse-prezidenti kimi sizə həvalə edilmiş bütün səlahiyyətləri, vəzifələri və məsuliyyətləri dərhal dayandırmaq qərarına gəldim” - Metsolanın Kailiyə göndərdiyi rəsmi məktubda qeyd olunub. Yunanıstan parlamentinin deputatı Eva Kaili, sevgilisi Francesco Giorgi və keçmiş AP üzvü Pier Antonio Panzeri barəsində həbs qəti-mkan tədbiri seçilib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini isə şərti azadlığa buraxılıb. Sərbəst buraxılanlar arasında otelin çıxışında pulla dolu çamadanla tutulan Kailinin atası da var. Qeyd edək ki, Belçika polisinin axtarışları zamanı ümumilikdə 600 min avro nağd pul, kompüter avadanlığı və cib telefonu ələ keçirilib.
Korrupsiya qalmaqalı, yoxsa...
Zaman-zaman fərqli ölkələrə, həm də Azərbaycana qarşı ikili standartlarla çıxış edən, şər-qarayaxma kampaniyası aparan bəzi “demokratik” təsisatların iç üzü açılır. Göründüyü kimi, bu korrupsiya qalmaqalı maraqlı faktları özündə əks etdirməkdədir
- Yunanıstanlı parlamentarinin aldığı rüşvətin kökü müəyyənləşməlidir;
- Bu rüşvətin nəyin qarşılığında alındığı ortaya çıxmalıdır;
- Eyni zamanda bu fakt bir gerçəkliyi növbəti dəfə üzə çıxarır - “demokratik” hesab edilən bu kimi təsisatlar da korrupsiyadan və ya rüşvətdən sığortalanmayıb.
Digər tərəfdən, bu kimi faktlar Avropa strukturlarının da “formatlanmasına” ehtiyac duyulduğunun göstəricisidir. Belə faktlar dəfələrlə qərəzli qətnamələri ilə yadda qalan, birtərəli araşdırmalar aparan, eləcə də birtərəfli qərarları ilə yadda qalan bu kimi strukturların fəaliyyətini də şübhə altına alır...
Anti-Türkiyə açıqlamaları ilə yadda qalan yunan parlamentarinin həbsi...
İlk növbədə yunanıstanlı bir parlamentarinin rüşvət hadisəsi ilə saxlanması mühüm iddialar ortaya çıxarır. Bəzi siyasi ekspertlərin fikrincə, son günlər Cənub-Şərqi Avropa məkanı ilə Qərbi Avropa kontingenti arasında gedən diplomatik və iqtisadi mübarizə pik həddə çatır. Mövcud situasiyadan daha çox təsirlənən Qərbi Avropa enerji böhranı yaşayır. Bunun əksinə olaraq isə, Cənub-Şərqi Avropa alternativ enerji mənbələri hesabına öz tələbatını ödəyə bilir. Bu isə, iki kontingent arasında mühüm fikir ayrılıqları yaradıb.
Eyni zamanda, son günlərdə anti-Türkiyə siyasəti yürüdən bəzi dairələrin Yunanıstanı rəsmi Ankaraya qarşı stimullaşdırmaq cəhdlərinə də rast gəlinir. Bəlkə də, bu kimi rüşvət yolu ilə Avropa Parlamentinin də Türkiyəyə qarşı hansısa “sanksiyalara” nail olunmasına çalışılıb. Şübhələnməyə isə kifayət qədər əsaslar mövcuddur - 44 yaşlı yunan siyasətçi Türkiyəyə qarşı qalmaqallı açıqlamalar verməsi ilə daim gündəmdə olub. Bu mənada, Avropanın hüquq-mühafizə strukturları bu məsələni tam və qüsursuz araşdırmaq məsuliyyəti daşıyır.
Bank hesabları, şirkətlər və digər mal varlıqları...
Qeyd edək ki, Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Departamentinin rəhbəri Haralambos Vurliotis korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin aktivlərinin də dondurulduğunu bəyan edib. Banklara və dövlət idarələrinə lazımi məlumatların verildiyini bildirən Vourliotis deputatın ailəsinə də sanksiyalar tətbiq edildiyini bildirərək, qərarın bank hesabları, şirkətlər və digər mal varlıqlarını əhatə etdiyini bildirib.
Beləliklə, öz gözündə “tiri” görməyənlərin başqasının gözündə nə isə axtarması cəhdlərinin yolverilməz olması bir daha ortaya çıxır. Yunan parlamentari ilə bağlı korrupsiya faktının araşdırılması isə mühüm yeniliklərə yol aça bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

