Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyıb

03.12.2022 [10:35]

“İnqilab keşikçiləri”ni bu statusda tanıyan ölkələrin sayı daha da arta bilər

N.BAYRAMLI

İranda sentyabrın ortalarından başlayan etiraz aksiyalarını amansızlıqla yatıran qüvvələrin önündə  İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gedir. 17 sentyabrdan indiyə qədər etiraz aksiyalarında 64-ü uşaq olmaqla 500 nəfərə qədər insanın  öldürüldüyü bildirilir. Günahsız insanların qətlə yetirilməsində isə SEPAH xüsusi rol oynayır. Bundan başqa,  bəzi təşkilatların indiyə qədər başqa ölkələrdə terror təşkil etməsinə də SEPAH ciddi dəstək verib. Ona görə də, dünyanın 5 ölkəsi- ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Artıq onların sırasına Kanada da qoşulub. Belə ki, bu günlərdə Kanada məhkəməsi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması siyahısına salındığını bildirib. Daha doğrusu, Kanadanın Ontario əyalətinin Ali Məhkəməsi İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bundan əvvəl SEPAH-ın Əl-Qüds xüsusi bölməsi də belə tanınırdı. Bu qərar mərhum kanadalı vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcunun olması ilə bağlı aparılan proses zamanı verilib. Hakim İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunduğu üçün borcun ödənilməməsinə qərar verib. Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarının pozulması deməkdir. Liberal hökumət uzun müddətdir ki, İranın 55-i Kanada vətəndaşı olmaqla 88 nəfəri daşıyan sərnişin təyyarəsini vurduqdan sonra SEPAH-ı Kanadanın terrorçu siyahısına salmaq çağırışları ilə üzləşib. SEPAH-ın həmçinin Rusiyaya Ukraynada pilotsuz təyyarələrlə zərbələr endirməsinə yardımı və İranda etiraz aksiyalarının zorakılıqla yatırılmasında fəal iştirak etdiyi də məlumdur. Bütün bu səbəblərdən Kanada məhkəməsi SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Amma ağır cinayətlər törətdiyi və bir sıra terror təşkilatlarına dəstək verdiyi üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunu  terrorçu kimi tanıyan ölkələrin sayı yenə də arta bilər. Belə ki, SEPAH-ın Almaniya və Avropa İttifaqının terror təşkilatları siyahısına salınması mümkündür. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri Analena Berbok demişdi ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib. Məsələn, SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb. Bir ölkənin daxili işlərinə qarışan SEPAH-ın burada verdiyi itkilərin sayı çoxdur. SEPAH təkcə Suriya döyüşlərində 6 generalını itirib. 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb. Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə həyatını itirib. Bundan başqa, Suriyada təşkilatın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır. 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani ABŞ Hərbi Hava Qüvvələrinin prezident Donald Trampın icazəsi ilə Bağdad Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Ümumilikdə, SEPAH İranın bütün ərazilərini nəzarət altında saxlayır. Təşkilatın İran ərazisində 16 qərargah və şurası fəaliyyət göstərir. Onlar da öz növbəsində inzibati bölgələrə, baza və postlara bölünür. Bu isə zorakılıq və qətliamlar törədən SEPAH-ın bütün prosesləri ələ almasına kömək edir. Bundan başqa, SEPAH-ın milyonlarla üzvü olan casus şəbəkəsi də ona bu işdə yardımçı olur. SEPAH İran qoşunlarını da tam nəzarəti altında saxlayır. Hətta hərbi sistemdə belə hansısa bir etiraz həmin şəxsin ölümünə yol aça bilər. Bütün bunlar bir daha SEPAH-ın nə qədər qorxunc, qəddar təşkilat olduğuna dəlalət edir. Xarici ölkələrdə bir sıra terror aktlarının törədilməsinə dəstək verən “inqilab keşikçiləri” üç aya yaxındır ki, İran vətəndaşlarına, dinc insanlara görünməmiş dərəcədə zülm edir. Bütün bunların fonunda dünyada SEPAH-ı terror təşkilatı kimi tanıyan ölkələrin sayının daha da artması realdır.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28