İran bölgədə ABŞ-ı niyə görmək istəmir?
01.12.2022 [10:46]
Politoloq Şəbnəm Həsənova: İsrail və ABŞ İranın Yaxın Şərqdə təsirinin genişlənməsinə, bölgədə möhkəmlənmək cəhdlərinə qarşı birgə mübarizə aparmaq niyyətindədir
N.BAYRAMLI
İranın prezidenti İbrahim Rəisinin Tehranda səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündə iki ölkənin münasibətləri müzakirə olunmaqla yanaşı regiondakı vəziyyət də diqqət mərkəzində olub. Rəisi deyib ki, ABŞ bölgəni tərk etməlidir. İran niyə bu tələbi irəli sürür? Öz maraqları üçün, yoxsa başqa səbəblər var? Bu arada ABŞ və İsrailin İrana qarşı hərbi təlimlər keçirəcəyi barədə məlumatlar da diqqətdən kənarda qalmamalıdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, hazırda kritik və həlledici mərhələdir. İsrail və ABŞ İranın Yaxın Şərqdə təsirinin genişlənməsinə, bölgədə möhkəmlənmək cəhdlərinə qarşı birgə mübarizə aparmaq niyyətindədir və bu məsələ heç zaman olmadığı qədər ciddiləşib. İsrail ordusunun baş qərargah rəisi Aviv Koçavinin ABŞ-a səfərinin yekunlarından belə məlum oldu ki, İsrail və ABŞ hərbçiləri yaxın gələcəkdə Yaxın Şərqdə İranın təsirinin azaldılması məqsədi ilə birgə fəaliyyətlərini genişləndirəcəklər. Onun sözlərinə görə, Koçavinin açıqlamasında regiondakı çağırışlardan bəhs etməsi isə təsadüf deyil: “İki aktor məsələlərə İranın daxilində mövcud olan bu çağırışlarla cavab vermək istəyir. Bununla bağlı İsrail və ABŞ arasında birgə qrupun yaradılması da masa üzərindədir. Bu baxımdan da ABŞ Mərkəzi Komandanlığı ilə birgə fəaliyyətlərin əhəmiyyətli dərəcədə genişləndiriləcəyi bildirilir. Öz növbəsində, Ağ Evin görüşdən sonra “Tərəflər Yaxın Şərqə təsir edən təhlükəsizlik problemlərinin, o cümlədən İran və onun tərəfdaşlarının yaratdığı təhdidlərin həllinə xüsusi əhəmiyyət verirlər” fikri də sübut edir ki, söhbət sadəcə İrandan getmir. İranın ABŞ-ı bölgədə istəməməsində ilk növbədə sözsüz ki, öz maraqları var. Lakin bunda maraqlı olan sadəcə İran deyil. Rusiya da ABŞ-ın təsir dairəsinin genişlənməsinin qəti əleyhinədir. ABŞ prezidenti Co Baydenin İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı qəti yanaşması da məlumdur. İsrail-ABŞ rəsmilərinin görüşündə ABŞ dövlət başçısının bu məsələyə sadiqliyi bir daha təsdiqləndi. İsrail öz növbəsində hesab edir ki, Tehran İranın nüvə problemini həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) hərbi nüvə proqramının inkişafı üçün pərdə kimi istifadə etmək niyyətindədir. İran bir tərəfdən bu cür planları qəti şəkildə rədd etsə də, digər tərəfdən Tehran Suriyada Rusiya Federasiyasından yardım almaqda daha da maraqlıdır”.
Politoloq qeyd edib ki, İran Rusiyaya silah vermədiyini rəsmən bildirsə də, ABŞ və Qərb tamamilə bunun əksini düşünür. İran Rusiyaya silah tədarükündə maraqlı olmaqla bunun ona qısa və uzunmüddətli fayda gətirə biləcəyini hesab edir. İran ilk növbədə dronların real döyüş şəraitində istifadəsi təcrübəsini, Rusiyanın Suriyaya yardımını, Azərbaycana təsirin artırılmasını hədəfləyir. İlk ikisində İran müəyyən uğurlar əldə etsə də, Azərbaycanla bağlı əli tamamilə boşa çıxır. Ş.Həsənova hesab edir ki, İsrail ilk növbədə vəziyyəti gərginləşdirmək istəmir, ya da hərbi toqquşma ən son variant kimi nəzərdə tutulur: “İsraillə Azərbaycanın münasibətləri, hərbi sahədə əməkdaşlığı bəllidir. İran isə rəsmi Moskva ilə əməkdaşlığın dərinləşməsinə maraqlıdır. İran prezidenti Özbəkistanda Putinlə görüşü zamanı demişdi ki, onların əməkdaşlığı ABŞ-ın sanksiyaları qarşısında hər iki ölkəni daha da gücləndirəcək. Yəni İran hakimiyyəti ABŞ sanksiyalarının öhdəsindən gəlmək üçün digər ölkələrlə əməkdaşlığı gücləndirir, yeni platformalar axtarır”.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

