Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İran yeni müharibə “axtarır”

İran yeni müharibə “axtarır”

05.11.2022 [10:20]

Səudiyyə Ərəbistanının hədəf seçilməsi təsadüfi sayıla bilməz

İran Səudiyyə Ərəbistanına hücuma hazırlaşır. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bir neçə gün öncə “The Wall Street Journal” İranın ölkədəki etiraz aksiyalarından diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına mümkün hücumu barədə xəbər dərc edilib. Amerikalı jurnalistlər bildirir ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ da ordunu döyüş hazırlığı vəziyyətinə gətirib. Yaxın Şərq ölkələrinin bəzisinin də eyni hazırlıq içində olması qeyd edilir.

Məsələni İran tərəfi təkzib etməyə çalışsa da, Qərb kəşfiyyatı məlumatın dəqiq olduğunu deyir. Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib ki, İran Səudiyyə Ərəbistanına hücum edərsə, buna səssiz qalmayacaqlar: “Biz tərəddüd etmədən maraqlarımızın və bölgədəki partnyorlarımızın müdafiəsinə qalxacağıq”.

Səudiyyə Ərəbistanı kəşfiyyatı da İranın hücum ehtimalının böyük olduğunu düşünür. Ərəb ölkəsində Tehranın əvvəlcə İraqın Ərbil şəhərinə zərbə endirəcəyini ehtimal edirlər. Qeyd edək ki, Ərbildə ABŞ bazası yerləşir. Yeri gəlmişkən, İran hələ sentyabrın sonlarında İraqın şimalına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Hətta Ərbilə istiqamət alan dronlardan birini amerikalılar sıradan çıxarmışdı. Sentyabrda, həmçinin İran İslam İnqilabı Keşikçiləri korpusunun komandanı Hüseyn Salami Səudiyyə Ərəbistanını buradakı etiraz aksiyalarını peyk kanallarında fars dilində işıqlandırmamağa çağırmışdı. Bunlardan biri - “İran İnternational” xaricdə yaşayan İran vətəndaşları arasında çox populyardır. Telekanalı Səudiyyə Ərəbistanı maliyyələşdirir və baş ofisi Londonda yerləşir.

Göründüyü kimi, İranın regionda yaratdığı təhdidlər günü-gündən genişlənməkdədir. Bu mənada, rəsmi Tehranın Səudiyyə Ərəbistanına mümkün hücumu təkzib etməsi də inandırıcı görünmür. Bəzi siyasi ekspertlər İranın bu addımını daxili gərginliklərdən diqqəti yayındırmaq istiqamətində dəyərləndirsə də, Qərb kəşfiyyatının məlumatları, onu deməyə əsas verir ki, hücum planı əvvəlcədən hazır olub.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, İranın regionda yürütdüyü siyasət, müxtəlif qrupların silahlandırılması, onlara sponsorluq edilməsi, təlimlərin keçirilməsi kifayət qədər ciddi təhdiddir. Bu addımlardan müxtəlif dövlətlər də narahatdır: “Bu mənada regional təhlükəsizlik arxitekturasının zədələnməsinin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Eyni zamanda İran Rusiya-Ukrayna qarşıdurmasına da qarışıb. İran tərəfi bu faktı təkzib etsə də, PUA-ların Rusiyaya verilməsi, bu PUA-lar vasitsilə Ukrayna infrastrukturunun dağıdılması rəsmi Tehrana qarşı Qərbin diqqətini kifayət qədər gücləndirib. Nəzərə almaq lazımdır ki, İranda daxili ictimai-siyasi vəziyyət də çox gərgin durumdadır və əhali hazırki idarəçilikdən narazıdır. Ölkədə baş verən etirazlar bu narazılığı kütləvi surətdə ifadə edir. İnsanlar hökumətin istefasını tələb edirlər”.

İranın Səudiyyə Ərəbistanına hücumu ilə bağlı Qərb kəşfiyyat orqanlarının da məlumat paylaşdığını diqqətə çatdıran İ.Hüseynov vurğulayıb ki, bu məsələdə İranın məqsədi fərqli ola bilər. “Ola bilsin ki, daxili ictimai-siyasi sabitliyi təmin etmək üçün İran fikir yayındırmağa çalışır və Səudiyyə Ərəbistanına hücum qərarı verib. Bu istisna deyil. Adətən, daxili arenada gərgin vəziyyətlər yaranan zaman hökumətlər çox radikal qərarlar verirlər. Və bu qərarlar hər zaman əhalinin əleyhinə olur. Hazırki İran hökuməti də bu addımı ata bilər. Xatırladım ki, ötən ilin sonlarında və bu ilin əvvəlində analoji tipli məlumatlar Rusiyanın Ukraynaya hücumu ilə bağlı da paylaşılırdı. İndi də eyni situasiyadır. Hər halda İranın bu cür niyyəti olmasaydı, belə məlumatlar sızdırılmazdı. Nəzərə alınmalıdır ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə Qərbin mühüm tərəfdaşlarındandır. Bu ölkə Qərblə yaxşı münasibətlərdədir. Ən əsası isə enerji, neft amili münasibətləri yaxınlaşdıran amil kimi çıxış edir. Eyni zamanda bir neçə il öncə İran Səudiyyə Ərəbistanın SAUDİ ARAMKO neft şirkətinə qarşı hücumlar təşkil etmişdi. Bu kimi planların yenə də aktuallıq daşıma ehtimalı yaranır. İranın əsas məqsədi Səudiyyə Ərəbistanının neft infrastruktunu sıradan çıxarmaq ola bilər. Bu isə dünyada yeni enerji böhranının yaranmasına gətirib çıxaracaq. Onsuz da hazırda dünyada enerji böhranı müşahidə olunur, neft-qaz qiymətlərində rekord hədd müəyyənləşdirilir. Bu baxımdan, dünyanın enerji təminatında aparıcı rola malik olan Səudiyyə Ərəbistanın neft infrastruktunun sıradan çıxarılması böyük fəlakətlərə yol aça bilər - həm ekologiyaya böyük ziyan vurulacaq, həm də enerji tədarükü zənciri qırılacaq. Ona görə vəziyyət kifayət qədər gərgindir. İrana qarşı olan mövqelər də birləşdirilib. Məsələ ilə bağlı yekun fikrim isə bundan ibarətdir ki, Qərb bir prosesin daxilində Rusiyanı və İranı zərərsizləşdirmək istəyir. İranla bağlı planları gələcək dövrə saxlamaq istəmir”, -deyə politoloq əlavə edib. 

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30