İran yeni sanksiyalarla üz-üzə
19.10.2022 [12:39]
Çıxış yolu varmı?
Mübariz ABDULLAYEV
Dünyanın mənzərəsinə, cərəyan edən proseslərə istinadən deyə bilərik ki, hazırda müharibələr yalnız döyüş meydanlarında getmir. Geosiyasi maraqları toqquşan tərəflər həmçinin bir-birlərinə qarşı iqtisadi və digər məzmunlu sanksiyalar tətbiq edirlər. Belə sanksiyaların tətbiqində əsas məqsəd rəqiblərin bir-birini zəiflətmək, manevr imkanlarını tükətmək və öz maraqlarını təmin etmək.
Qərbdən sanksiyaları genişləndirmək iddiaları
Cənub qonşumuz İran artıq uzun illərdir ki, ABŞ başda olmaqla Qərb koalisiyasının sanksiyaları altındadır. Əsasən ABŞ-ın ssenariləri əsasında reallaşdırlan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilir. Zaman-zaman maraqlı dairələr tərəfindən İranda insan haqlarının ifadə azadlığının məhdudlaşdırıldığı gündəmə gətirilir. İddia olunur ki, guya sanksiyalar bu məhdudiyyətlərdən geri dönməni təmin etmək üçün məcburi qaydada əl atılan bir vasitədir. İran, həmçinin uzun müddətdir ki, nüvə fəaliyyətinə görə Qərbdən gələn genişmiqyaslı sanksiyalarla üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Qonşu dövlət isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu və bunun dinc məqsədlər daşıdığını bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlərin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Düzdür, koalisiya daxilində sırf özünün enerji təhlükəsizliyi maraqlarından çıxış edən ölkələr də var. Bu qəbildən olan ölkələr İrandan neft ixracının məhdudlaşdırılmasının yumşaldılmasını və yaxud başqa vasitələrlə əvəzlənməsini özündə ehtiva edən təkliflər səsləndirirlər. Məhz onların təkidləri nəticəsində müəyyən dövr ərzində ABŞ-la İran arasında ortaq məxrəcə gəlinməsi üçün kompromislər axtarılsa və sanksiyalar yumşaldılsa da, buzların əriməsi uzun çəkmədi. Birləşmiş Ştatlar müxtəlif iddialar səsləndirərək Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılmış geniş miqyaslı sanksiyaları bərpa etdi. Təbii ki, ixracdan gələn neft gəlirlərinin azalması İran iqtisadiyyatına öz təsirlərini göstərir.
Hazırda İran yeni sanksiyalar təhlükəsi ilə üz-üzədir. Son vaxtlarda Qərb dairələrində İrandan Rusiyaya müxtəlif növ silahların, o cümlədən pilotsuz uçuş aparatlarının, kamikadze dronların satılmasına dair iddialar səsləndirilir. Bununla bağlı müzakirələr Kiyev şəhərində yaşanan son hadisələrin fonunda daha da intensivləşib. Ukrayna hökuməti bəyan edib ki, Kiyevə edilən son hücumlarda dronlardan geniş istifadə olunur. Ukrayna Müdafiə Nazirliyi bu hücumları İranın Təyyarə İstehsalat Sənayesi Şirkəti (HESA) tərəfindən buraxılan “Şahd-136” tipli kamikadze pilotsuz təyyarələrin həyata keçirdiyini açıqlayıb. Bundan əlavə, nazirlik Ukrayna ordusunun son günlərdə onlarla “Şahd-136” tipli pilotsuz uç aparatı () zərərsizləşdirdiyini bildirib. Xatırladaq ki, sentyabrın 23-də İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfir akkreditasiyasından məhrum edilib. “Washington Post” nəşrində İrandan Rusiyaya silah dəstəyi göstərildiyi iddia olunan yazı işıq üzü görüb. ABŞ-ın müttəfiqi olan bir ölkənin iki yüksək rütbəli rəsmisinə əsaslanan qəzetin iddiasına görə, İran Rusiyaya “Fath-110” və “Zülfqar” raketləri də tədarük etməyə hazırlaşır. Bu ballistik raketlər uzaqmənzillidir (300 və 700 kilometr məsafə). İranın Rusiya, həminin 2400 kilometrə qədər məsafədəki hədəfləri vuran onlarla “Mohajer-6” və “Şahd-136” kamikadze - tədarük etməyə hazırlaşdığı iddia olunur.
Geniş müzakirələrə yol açan bu kimi iddiaların ABŞ üçün İranı növbəti dəfə cəzalandırmaqdan ötrü yeni fürsət olduğu bildirlir. “Politico” nəşrinin yazdığına görə, Ağ ev rəsmisi İranın Rusiyaya silah, o cümlədən “Mohajer-6” və “ahd” satışı ilə bağlı məlumatları açıqlayaraq, bunun sanksiyalara səbəb olacağını vurğulayıb. Hələlik gözlənilən yeni sanksiyaların konkret məzmunu açıqlanmasa da, ehtimal edilir ki, siyahıda yeni iqtisadi məhdudiyyətlər və ixraca nəzarət tədbirləri yer alacaq.
Avropa İttifaqı (Aİ) da İranın Rusiyaya silah dəstəyi ilə bağlı yayılan iddiaların fonunda bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqinə həvəsli görünür. Aİ-də təmsil olunan bəzi dövlətlər İranın Rusiyaya PUA-lar və digər hərbi texnika satması sübuta yetiriləcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyaların tətbiqini tələb ediblər. Aİ, həmçinin İranda baş verən son hadisələr fonunda bu ölkənin informasiya nazirinə, əxlaq polisinə və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. Qurum oktyabrın 17-də rəsmi səhifəsində İrana qarşı tətbiq olunan son sanksiyalar barədə məlumat dərc edib. Bu sanksiyaların 11 nəfəri və 4 qurumu əhatə etdiyi bildirilir. Sanksiyalar siyahısına əxlaq polisi adlanan yüksək vəzifəli məmurlar, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbləşdirilmiş “Bəsic” qüvvələri və milli polisin uniformalı bölməsi daxildir. Xatırladaq ki, Aİ İranda cərəyan edən proseslərə bundan əvvəl yaydığı bəyanatda kəskin münasibət bildirmişdi.
Tehran üçün yeni fürsətlər
İran rəsmiləri ABŞ-ın bu ölkəyə qarşı uzun illər ərzində tətbiq etdiyi sanksiyaların heç bir səmərə vermədiyini bildirirlər. Rəsmi Tehran, həmçinin Aİ-dən gələn son sanksiyalara da adekvat cavab veriləcəyini və bunun özünün çox gözlətməyəcəyini bəyan edib. Bu arada ekspertlər Qərbin geniş əhatəyə malik sanksiyaları ilə üzləşən İran üçün regionda yeni fürsətlər yarandığını bildirirlər. İran öz siyasətini bu fürsətlərə uyğun qursa, Qərbin sanksiyalarını daha effektiv şəkildə önləyə bilər. Söhbət İranın iki mühüm regional və qlobal əhəmiyyətli layihədə iştirakından gedir. Bunlardan biri İranın artıq iştirakçısı olduğu Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Azərbaycanın da qoşulduğu Şimal-Cənub dəhlizində zaman qısalığı, təhlükəsizlik, yaxşı infrastruktur, marşrut boyunca yerləşən ölkələr arasında koordinasiyalı fəaliyyət, xidmətlərin keyfiyyəti və əlbəttə ki, daşımaların mümkün qədər az xərclə başa gəlməsi kimi tələblər yüksək səviyyədə təmin olunur. Bəhs olunan marşrut yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, “Şimal-Cənub” dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar.
Lakin hazırda İran ərazisində təxminən 150 kilometrlik məsafədə dəmir yolu xəttinin olmaması artan tranzit yük həcmlərini imkan vermir. Belə ki, Rusiya və Azərbaycandan dəmir yolu xətti ilə gələn yüklər İran ərazisində boşaldılaraq, Rəşt-Astara (İran) arasındakı məsafədə TIR avtomobillərlə daşınır. Bu, daşıma xərclərini artır , zaman itkisinə səbəb olur. İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa, bu kimi çətinliklər də aradan qalxacaq. Bəhs olunan infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq daşınacaq.
İndiki məqamda İran üçün digər bir mühüm fürsət Zəngəzur Dəhlizinin işə düşməsi ilə bağlıdır. Bu dəhlizin yaradılması Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə sayəsində regionda yaratdığı yeni reallıqlar fonunda gündəmə gəlib. Bununla bağlı müvafiq müddəa üçtərəfli Bəyanatda yer alıb. Yeni dəhliz Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək və oradan Türkiyə üzərindən Avropayadək uzanacaq. Bu yol Transxəzər marşrutuna, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya ediləcək. Beləliklə də, digər tərəfdaşlar kimi, İran da müxtəlif bazarlara asan çıxış qazanacaq. Buna gərə də İran da Azərbaycanın iradəsi ilə yaradılan Zəngəzur Dəhlizinin ərsəyə gəlməsinə özünün dəstəyini gücləndirməlidir. Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması regionda yeni bir əməkdaşlıq mühiti yaradacaq və uzunmüddətli təhlükəsizliyə, sabitliyə vəsilə olacaq.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
