Türkiyə yox deyəcəkmi?
23.07.2022 [10:21]
İsveç Türkiyə ilə razılaşmanı pozur, Finlandiya isə...
Günel ABBASOVA
Aprel ayından İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün quruma müraciət edib. Terror təşkilatı PKK-ya və fərqli adlar altında fəaliyyət göstərən digər təşkilatlara dəstək verdiyi bilinən iki ölkə Türkiyənin “yox” səsi ilə birliyə girməkdə çətinlik çəkib. Daha sonra Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında Türkiyə ilə bir araya gələn İsveç və Finlandiya terror təşkilatlarına dəstək verilməməsi ilə bağlı şərtləri qəbul edərək üçtərəfli müqavilə imzalayıb.
İsveçdə yenidən terror təbliğatı aparılıb
Türkiyənin terror təşkilatı PKK/YPG-ni dəstəklədiyi üçün NATO-ya üzvlüyünə qarşı çıxdığı İsveçdə terror təşkilatı YPG/PKK tərəfdarları çərşənbə günü pirat nümayiş keçirib. Göteborq şəhərinin mərkəzində bəzi dirəklərə terror təşkilatını simvolizə edən parçalar çəkilib. Daha sonra səlahiyyətlilərin müdaxiləsi ilə terror təşkilatının “bayraqları” dirəklərdən endirilib.
Türkiyənin Ədliyyə Nazirliyi Y.Aytanı “silahlı terror təşkilatı yaratmaq və ona rəhbərlik etməkdə” ittiham edərək İsveçə ekstradisiya sorğusu göndərib. İsveç Ali Məhkəməsi FETÖ lideri Fətullah Gülən tərəfdarı, hətta təşkilatın rəhbərliyində yer aldığı deyilən Yılmaz Aytanın Türkiyəyə ekstradisiyasını rədd edib. Məhkəmə Yılmaz Aytanın əməllərində cinayət tərkibi olmadığını bildirərək vəsatəti təmin etməyib.
Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb. Onun sözlərinə görə, əgər bu ölkələr şərtləri yerinə yetirmək üçün lazımi addımları atmasalar, Türkiyə prosesi donduracaq. Türkiyə lideri, xüsusən İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.
Üç dövlətin görüşü olacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətlərindən ibarət daimi komitənin görüşü olacağını xəbər verib. Bildirib ki, görüş gələn ay baş tutacaq. XİN rəhbərinin sözlərinə görə, görüş zamanı tərəflər arasında imzalanmış sənədin icra səviyyəsi yoxlanılacaq.
Görüşün vəd etdiyi yenilikləri və İsveç və Finlandiyanın NATO üzvlüyünü Türkiyənin ratifikasiya edəcəyi ilə bağlı suallarımızı politoloq İlqar Vəlizadə və Elşad Mirbəşir cavablandırdı. İ.Vəlizadə bildirib ki, görüş terrorçuların təhvil verilməsi və PKK-nın dəstəklənməməsi ilə bağlı olacaq: “İsveç və Finlandiya bir daha terror təşkilatlarına dəstək verməyəcəklərini öhdələrinə götürməlidirlər. Danışıqlar olduqca həssas bir məqamda baş tutur. Təəssüf ki, bu ölkələrin siyasi dairələrinin təmsilçiləri bir neçə ay öncə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və bunu müxtəlif arqumentlərlə şərtləndirirlər. Bu da yolverilməz bir haldır. Bu baxımdan danışıqların məhz bu istiqamətdə aparılması gözlənilir”.
Deputat Elşad Mirbəşirin sözlərinə görə, Türkiyənin ilk günlərdəki mövqeyində hər hansı bir dəyişiklik baş verməyib: “Görünən də odur ki, İsveç və Finlandiya da Türkiyənin şərtlərinə uyğun mövqe sərgiləməyib, müsbət addım atmayıb. Bununla yanaşı Ərdoğanın mövqeyinə rəsmi səviyyədə hansısa münasibət bildirilməyib. Bildiyimiz kimi, Tehranda baş tutan görüş zamanı Ərdoğan onun üçün əsas prioritetin Suriyanın şimalındakı terror təşkilatlarının zərərsizləşdirilməsi olduğunu bildirmişdi. Eyni zamanda Ərdoğan həmin təşkilatları kimlərin dəstəklədiyi məsələsinə də diqqət yetirmək lazım olduğunu qeyd etmişdi. O, çıxışında ad çəkməsə də, sözügedən ölkələri və ABŞ-ı nəzərdə tuturdu. Bu işarələrin kimə ünvanlandığı aydın görünürdü. Hesab edirəm ki, bu gün Suriyanın şimalında terrorçular təhdid yaradır və bu təhdid aradan qaldırılmırsa, terrorçu qruplaşmalar Avropanın bəlli ölkələrindən dəstək almağa davam edirsə, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxacaq”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

