Üçüncü dünya müharibəsinin anonsu verildi
08.07.2022 [10:27]
Yeni qlobal müharibə necə olacaq?
M.FEYİZLİ
Müharibələr bütün dövrlərdə yaddaşlara qan-qada, ölüm-itimlə, dağıntılarla yazılıb. XX yüzillikdə bəşəriyyət iki dünya müharibəsinin kədərli sonluğunu yaşadı. Təxminən 100 milyon insanın həyatına son qoyan bu dağıdıcı müharibələrdən sonra düşünmək olardı ki, bəşəriyyət bir daha dünyanın hansısa bir bölgəsində yeni müharibələrin alovlanmasına qəti şəkildə imkan veməyəcək. Günümüzün reallığı isə tamam fərqlidir.
Papadan həyəcan təbili
Hazırda dünyanın mənzərəsi kədərlidir. İnsanların başı üstündə müharibə buludları ötən hər gün bir az daha sıxlaşır. Yer kürəsinin ayrı-ayrı bölgələrində müharibələr gedir, digərlərində isə yeni risklər, təhdidlər artır. Belə bir məqamda Roma Papası Fransiskdən “Üçüncü Dünya müharibəsi başlayıb” anonsu gəlib. İtaliyanın “La Stampa” nəşrinin məlumatına əsasən, bu barədə o, yezutlər ordeninin Avropadakı nəşrinə müsahibəsində bildirib. Papanın sözlərinə görə, ötən yüzillikdə dəhşətli müharibələrə şahidlik edən bəşəriyyət baş verənlər barədə ciddi düşünməlidir. “Bir neçə il bundan əvvəl mən üçüncü dünya müharibəsini qismən yaşadığımızı düşünürdüm. Bu gün isə artıq o qənaətdəyəm ki, artıq üçüncü dünya müharibəsi elan olunub”, - deyə Roma Papası bildirib.
Bəhs olunan müsahibəsində Papa yenə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib. O, Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışaraq ukraynalıların mərdliyini yüksək qiymətləndirib. Papa söyləyib ki, Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etdiyinə görə hiddətlənib. O əlavə edib ki, Ukrayna böhranı ilə paralel şəkildə, digər ölkələrdə də müharibələr aparılır. Məsələn, Konqoda, Nigeriyada və digər ünvanlarda. Lakin yaranan müharibə vəziyyətlərinə görə sanki heç kəs məsuliyyət daşımır.
Rusiya-Ukrayna müharibəsində cəbhə genişlənir
İndiki məqamda üçüncü dünya müharibəsinin başlama ehtimallarını artıran çoxsaylı faktlar sadalamaq mümkündür. Yeni qlobal müharibənin ayaq səsləri 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi fonunda daha aydın eşidilir. Bu müharibəni heç bir halda yalnız iki ölkənin qarşıdurması kimi səciyyələndirmək mümkün deyil. Bəhs olunan müsahibəsində Romanın dini lideri Fransisk “NATO-nun Rusiyanın qapısı ağzında hürməsindən” bəhs edib. Əslində, pantafik hamının müşahidə etdiyi reallığı bir qədər obrazlı şəkildə ifadə edib. Bu reallıq isə ondan ibarətdir ki, Ukraynada müharibə NATO-Rusiya qarşıdurması müstəvisində başlayıb və bu müstəvidə də davam etməkdədir. Zamanında Şimali Atlantika Alyansı ilə Rusiya arasında təhlükəsizlik zonası ilə bağlı akt imzalanıb. Rusiya iddia edir ki, NATO Ukraynanı öz sıralarına cəlb etmək istiqamətində fəaliyyəti ilə bu sənədin müddəalarını pozub və şimal qonşumuza müharibəni başlamamağa heç bir şans qoymayıb. Öz növbəsində ABŞ və Şimali Atlantika Alyansında yer alan Avropa dövlətləri müharibə düyməsini ilk basan Rusiyanın ünvanına kəskin qınaqlar səsləndirirlər. Müharibənin əvvəlindən alyansda təmsil olunan və olunmayan Avropa dövlətləri Rusiyanın müharibədə məğlubiyyətini təmin etməkdən ötrü Ukraynaya hərtərəfli dəstək verirlər.
Beləliklə, Rusiya-Ukrayna müharibəsində cəbhə genişlənir. Müharibənin ayaq səslərinin digər coğrafiyalarda, məsələn, Çində, Yaponiyada, Koreyada, Pribaltika dövlətlərində, Belarusda eşidilmək ehtimalı da kifayət qədər böyükdür.
Kosmosda müharibə?
Dünyada XXI əsrdə yeni dünya müharibəsinin baş verəcəyinə inananların sayı getdikcə artır. Məsələn, amerikalıların 64 faizi, britaniyalıların 61%-i gələcəkdə yeni qlobal müharibənin olacağından əmindir. Yeni total müharibə həyəcanı ilə yanaşı, indiki dövrün savaşının necə baş verəcəyi də insanları düşündürən suallar sırasında yer alır. Şübhəsiz, innovasiyaların, rəqəmsal texnologiyaların silah istehsalına da nüfuz etdiyi indiki dövrdə müharibələr barədə təsəvvürlər də dəyişməkdədir. Artıq hər kəs başa düşür ki, XXI əsrdə ötən yüzilliklərin ənənəvi müharibələrinin təkrarlanması absurddur, bu, tərəflərin özlərini intihar etmələri anlamına gəlir.
Yuxarıdakı sualın cavabı olaraq çoxsaylı versiyalar səsləndirilir. Ağıla gələn ilk versiyalardan biri üçüncü dünya müharibəsinin nüvə müharibəsi olacağı ilə bağlıdır. Belə mülahizələr yürüdənlər o məntiqdən çıxış edirlər ki, hazırda nüvə başlıqları müxtəlif ölkələrin silahlanmasında yer alır. Buna görə də kritik məqamlarda nüvə düyməsinin basılması ehtimalı tam realdır. Nüvə müharibəsi ehtimalını ayrı-ayrı ölkələrin rəsmiləri də dilə gətiriblər. “Üçüncü Dünya müharibəsi baş versə, nüvə silahı ilə və dağıdıcı olacaq”. Bu versiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Üçüncü dünya müharibəsinin yerdə deyil, kosmosda aparılacaq” iddiasını səsləndirənlərin sayı da getdikcə artmaqdadır. Bildirilir ki, qarşılıqlı iddialar nümayiş etdirən, “qlobal polis” funksiyasını öz üzərinə götürmək istəyən ölkələr əsasən, kosmosu fəth edən dövlətlərdir. Belə olan halda ehtimal böyükdür ki, güc mərkəzləri öz münasibətlərinə, ilk növbədə, kosmosda aydınlıq gətirməyə çalışacaqlar. Kosmosa nəzarət elə Yerə nəzarət anlamına gəlir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

