/ / “Rossiya-1” telekanalında Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti haqqında reportaj nümayiş etdirilib
“Rossiya-1” telekanalında Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti haqqında reportaj nümayiş etdirilib
22.09.2015 [10:09]
“Rossiya-1” telekanalının aparıcısı Dmitri Kiselyovun həftəlik “Vesti nedeli” proqramında Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti haqqında reportaj nümayiş etdirilib.
Verilişin müəllifi - tanınmış telejurnalist və aparıcı Dmitri Kiselyov qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti ilə münasibətlərə son qoyan bir qərar qəbul edib. D.Kiselyov vurğulayıb: “Bu qərar Avropa Parlamentinin qətnaməsinə cavab olaraq qəbul edilib. Həmin qətnamədə Azərbaycan guya “ölkədə insan hüquqlarının daim pozulmasında” və sənəddə deyildiyi kimi, “vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyalarda” günahlandırılır. Azərbaycan Prezidenti İlham Əliyev ölkə parlamentinin üzvlərini dəstəkləyib, Avropa Parlamentinin qətnaməsini isə “tamamilə əsassız, yalan, böhtan və qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribat” adlandırıb”.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirilir. Dövlət başçısı qeyd edir ki, bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. Prezident İlham Əliyev deyir: “O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Görün, onları Avropada nələr gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”.
D.Kiselyov qeyd edir ki, islam dininin üstünlük təşkil etdiyi ölkələr arasında Azərbaycan ən dünyəvi dövlətlər qrupuna aiddir. D. Kiselyov öz şərhində deyib: “Avropa Parlamentinin Bakıya münasibətdə bu dərəcədə radikal mövqe tutmasına haqq qazandırmaq çətindir və bu, çox cəhətdən gözlənilməzdir. Adətən, Qərbdə bu intonasiya müstəqil fəaliyyət xətti amerikalılara mane olan ölkələrə münasibətdə təzahür edir. Onlar da avrokratları özlərindən irəli buraxırlar”.
Kanalın müxbiri Anton Lyadovun reportajında Avropadan olan turistlər deyirlər: “Burada insanlar inanılmaz dərəcədə gülərüzdür”. Bu turistlər Azərbaycanın guya “dəhşətli yer” olması barədə Avropanın bəzi dairələrində deyilənlərlə əsla razılaşmırlar. Əcnəbi turistlər “Rossiya 1” telekanalının müxbirinə müsahibələrində öz təəssüratlarını bölüşərək deyirlər: “Sadəcə olaraq orada Azərbaycan haqqında olduqca az şey bilirlər”.
Süjetin müəllifi deyir: “Avropa Parlamentarilərinin bu qətnaməni belə sürətlə qəbul etmələrindən görünür ki, onlar tamam başqa cür hesab edirlər. Onlar öz kabinetlərindən çıxmadan 24 bəndlik sənəd uydurublar - guya Azərbaycanda insan hüquqlarına riayət edilmir. Avropa Parlamenti Azərbaycana qarşı nöqtəvi sanksiyalar tətbiq ediləcəyi, azərbaycanlı məmurlara, rəsmi şəxslərə və hətta hakimlərə də viza verilməsinə son qoyulacağı ilə hədələyir. Dövlət başçısı İlham Əliyev bu cür hədələrə şəxsən özü cavab verir. Prezident İlham Əliyev vurğulayıb: “Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.
Süjetin müəllifi jurnalist Rasim Əliyevin qətlə yetirilməsi haqqında işdə Qərbin Azərbaycana qərəzli münasibəti, 2013-cü ildə prezident seçkiləri ərəfəsində Qərbin pulları hesabına mütəmadi olaraq kütləvi iğtişaşlar törədən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin bərpa edilməsi tələbi barədə də söhbət açıb.
Süjetdə deyilir: “Üç ay bundan əvvəl tarixdə birinci Avropa Oyunlarına qarşı boykot təşkil edilmişdi. Bu Oyunlar Bakıda keçirilirdi. Yeri gəlmişkən, bunlar yarışların ən yüksək səviyyədə keçirilməsinə mane olmadı. Bakıya 50 ölkədən idmançılar gəlmişdilər. Azərbaycanla çoxdan münaqişə vəziyyətində olan ölkəni - Ermənistanı təmsil edən idmançı Gevorq Manukyan boks yarışlarında gümüş medala layiq görüləndə ölkə Prezidenti İlham Əliyev ona mükafatı şəxsən Özü təqdim etdi. Tamaşaçılar boksçunu fitə basmağa çalışanda Prezident fanatları şəxsən Özü sakitləşdirdi”.
Süjetin müəllifi ekspertlərin rəylərinə əsaslanaraq bildirir ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycanın bir neçə il ərzində NATO ilə yaxınlaşmaqdan imtina etməsinə reaksiyadan başqa bir şey deyildir. Süjetdə deyilir: “Təkliflər mütəmadi daxil olur. Onların ən böyük nailiyyəti bu olub ki, Bakı Şimali Atlantika İttifaqının nəqliyyat təyyarələrinin Azərbaycan bazalarında enməsinə icazə verib. Bu şərtlə ki, həmin təyyarələrdə yalnız “qeyri-letal yüklər”, yəni silahdan başqa nə olsa daşına bilər. Bu isə NATO-nu açıq-aşkar qane etmir”.
Müəllif reportajın sonunda Azərbaycan ilə Rusiya arasında ticarət əlaqələrinin fəallaşması, iki ölkə arasında əməkdaşlığın, o cümlədən kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığın genişlənməsi barədə söhbət açır.
Xəbər lenti
Hamısına baxSosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33

