Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

28.08.2015 [10:01]

Malayziya Texniki Əməkdaşlıq Proqramı və bu ölkənin Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən Kuala-Lumpurda “Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat” mövzusunda tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil edib.
İ.Hacıyev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aparılan mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyi, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyi, eyni zamanda, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirin yekununda İ.Hacıyevə müvafiq sertifikat təqdim edilib.

Paylaş:
Baxılıb: 1787 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30