Ermənistanda hakimiyyət böhranı...
28.11.2014 [09:42]
İşğalçı ölkədə daha da dərinləşən siyasi və iqtisadi kataklizmlər Serj Sarkisyanın impiçmentini elan etmək məsələsini aktuallaşdırıb
Dünya siyasətində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha da dərinləşib. Serj Sarkisyanın rəhbərlik etdiyi rejimin həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə hökm sürən böhran meyilləri artaraq siyasi krizis vəziyyəti yaradıb. Bu isə, bütövlükdə, həm siyasi qüvvələr, həm də hakimiyyətlə xalq arasındakı ziddiyyətləri pik nöqtəyə çatdırıb.
Avrasiya İqtisadi İttifaqı: Ermənistan üçün növbəti iflas platforması
Həyata keçirilən təcavüzkar - işğalçı xarici siyasət, təbii olaraq, daxili vəziyyəti mürəkkəbləşdirdiyindən hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta müəyyən yollar axtarsa da, hər addım iflasla nəticələnərək vəziyyəti daha da gərginləşdirir. Məsələn, bir müddət öncə beynəlxalq miqyasda atılan addımlar Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Bu ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasının siyasi-iqtisadi əhəmiyyətindən danışılırdı, amma ötən qısa zaman göstərdi ki, bu, heç bir perspektiv vəd etmir. Əksinə, hakimiyyətin gözləntilərinin sonu geopolitik iflasla nəticələnəcək. Ermənistan ictimaiyyətinin - ekspert və siyasətçilərin mövqeyi də onu göstərir ki, Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün növbəti fiasko platforması olacaq. Yeri gəlmişkən, “Aykakan Jamanak” qəzetində dərc olunmuş məqalədə yazılır ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün təmin olunması üçün xeyli vəsait lazımdır: “Həmin vəsait əsasında Ermənistanın gömrük və digər sahələrdə reqlamentlərin, eləcə proqram təminatının Aİİ tələblərinə uyğunluğu təmin edilməlidir”.
“Bəzi qiymətləndirmələrə görə, ilkin mərhələdən rəsmi üzvlüyə qədər bu işlərin həyata keçirilməsi üçün ilkin olaraq 70 milyon dollar lazımdır, bunun böyük hissəsi, yəni təxminən 40 milyon dolları Aİİ-yə üzv ölkələr, əsas isə Rusiya təqdim etməli idi. Bir neçə ay davam edən danışıqlardan sonra Maliyyə Nazirliyi bu pulun alınacağına ümid etmir”, - deyə nəşr yazır.
Dolayısıyla, Ermənistan hakimiyyəti Aİİ-yə üzv olmaqla geopolitik imkanlar əldə edəcəyini, müəyyən dividendlər qazanacağını düşünürdü, amma hərbi xunta növbəti dəfə anladı ki, bütün yollar siyasi “tupik”ə aparır...
Sarkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi məsələsi gündəmdədir
Beləliklə, Ermənistan növbəti dəfə ciddi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Hətta ölkədə daha kəskin siyasi kataklizmlər və hakimiyyət böhranının müşahidə ediləcəyi bildirilir. Yeri gəlmişkən, Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan Serj Sarkisyanın impiçmentini elan etmək təşəbbüsü ilə çıxış edib. Sarkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi məsələsi müxtəlif partiyalarda da ciddi şəkildə müzakirə edilir. “Biz hakimiyyətin tam dəyişdirilməsinə aparan istənilən təşəbbüsü dəstəkləyirik”, - deyə “İRS” partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan jurnalistlərə bildirib. Erməni deputatın təklifi ilə bağlı “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarının, başqa ictimai təşkilatların da fikirlərini açıqlayacaqları gözlənilir. Politoloqlar Ermənistan dövlət başçısının impiçmentini tamamilə yolverilən hesab edirlər. Ermənistan konstitusiyasına görə, bu məsələni parlamentin plenar iclasına çıxarmaq üçün 44 deputatın imzasını toplamaq yetərlidir.
Göründüyü kimi, hakimiyyət böhranı ölkə başçısının impiçmentini elan etmək məsələsini aktuallaşdırıb. Bununla yanaşı, erməni mətbuatının məlumatına görə, müxalifət dekabrın 10-da İrəvanda ümumerməni mitinqi və etiraz marşı keçirməyi planlaşdırır. Əsas tələb Serj Sarkisyanın vəzifədən getməsidir.
Ermənistanın gələcəyi sual altındadır
Nəticə etibarilə, Ermənistanın sosial-iqtisadi və siyasi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın bir dövlət olaraq gələcəyi sual altındadır. Xüsusilə də iqtisadi böhran bütün çıxış yollarını qapadır. Erməni mətbuatının məlumatına görə, Ermənistan Mərkəzi Bankının keçmiş sədri, iqtisadçı Baqrat Asatryan ölkənin 2015-ci il dövlət büdcəsinin iflasa uğradığını açıqlayıb. O deyib ki, büdcədə cüzi də olsa iqtisadi artm proqnozlaşdırılmır. Gəlirlərin artım səviyyəsi 4,4 faiz, xərc hissəsi isə 4,3 faiz nəzərdə tutulur: “Bu, narahatlıq üçün ciddi əsas yaradır. Ümumiyyətlə, ölkəni fəlakət gözləyir. Ermənistan üçün 2015-ci il təhlükə altındadır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

