Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “The Washington Post” anti-Azərbaycan dairələrin ruporuna çevrilib

“The Washington Post” anti-Azərbaycan dairələrin ruporuna çevrilib

16.08.2014 [09:54]

Anti-Azərbaycan dairələri, o cümlədən “The Washington Post” kimi ruporlar anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur
Sirr deyil ki, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Azərbaycan demokratik inkişafın milli modelini formalaşdırıb
Şübhəsiz, bütün bunlar onu göstərir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Yəni, ölkəmizdə demokratik transformasiya prosesi dövrün və şəraitin çağırışlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr uğurla yerinə yetirilib. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Təsadüfi deyil ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan etməkdədirlər. Demokratik dəyərlərə sadiq olan, öz daxili və xarici siyasətini sırf milli maraqlar üzərində quran Azərbaycanla əməkdaşlıq strateji prioritet kimi müəyyən edilir.
Azərbaycan milli maraqlara xidmət edən müstəqil siyasət həyata keçirir
Ən əsası budur ki, ölkəmiz milli maraqlara xidmət edən müstəqil siyasət həyata keçirir. Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Həyata keçirilən daxili və xarici siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Eyni zamanda, rasional inkişaf strategiyasının həyata keçirilməsi Azərbaycanın milli gücünü artırmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun davamlı olaraq yüksəlməsinə strateji töhfələr verir. Məhz buna görə də, ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir. Dünyanın nüfuzlu strateji araşdırmalar mərkəzləri tərəfindən Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, beynəlxalq münasibətlər sisteminə inteqrasiya etməsi təqdirəlayiq hal kimi səciyyələndirilir.
Məhz bütün bunlar onu göstərir ki, müasir hüquqi, demokratik dövlət olan Azərbaycan beynəlxalq miqyasda müsbət imicə, yüksək nüfuza malikdir.
Azərbaycan hüquqi dövlətdir və hər bir şəxs qanun qarşısında bərabərdir
Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də, qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər, eləcə də müəyyən dairələrin ruporu qismində çıxış edən media qurumları “insan hüquqlarının müdafiəsi” adı ilə qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.
Erməni lobbisi, anti-Azərbaycan və islamofob dairələr “The Washington Post” kimi ruporlar vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar
Bu kontekstdə ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti dərc etdiyi bir məqalədə Azərbaycanda guya insan haqlarının pozulması iddiası ilə çıxış edib. Əlbəttə, bu, erməni lobbisi, anti-Azərbaycan və islamofob dairələrin “The Washington Post” kimi ruporlar vasitəsilə Azərbaycana qarşı təzyiq etməsidir. Çünki ABŞ-dakı anti-Azərbaycan dairələri dəstəklədikləri - ölkəmizdə illeqal fəaliyyət göstərən şəxs və qurumların (əsasən QHT təmsilçilərinin) hüquqi məsuliyyətə cəlb olunmalarından dərin narahatlıq keçirirlər. Məhz buna görə də, qanun pozuntularına haqq qazandırır, hüququn aliliyi prinsipinə məhəl qoymayaraq öz dağıdıcı maraqları naminə Azərbaycana təsir və təzyiq göstərməyə çalışırlar.
“The Washington Post” qəzetinin dərc etdiyi ifadələr tamamilə qərəzli xarakter daşıyır
Beləliklə aydın olur ki, “The Washington Post” qəzetinin Azərbaycan əleyhinə dərc etdiyi ifadələr tamamilə qərəzli xarakter daşıyır. Bu, eyni zamanda, ona dəlalət edir ki, öz fəaliyyəti ilə dünyaya “nümunə” olduğunu iddia edən bu media qurumu, əslində, bir sıra hallarda təzyiq qruplarının ruporu qismində çıxış edir.
Bundan başqa, bəhs olunan media qurumu nədənsə Qərb ölkələrində, eləcə də Avropa məkanında və ABŞ-ın özündə çoxsaylı qanun pozuntularına dair hər hansı bir məlumat dərc etmir, bu məsələlərdən yan keçməyi üstün tutur.
Amma bütün bunlara rəğmən, Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Sözügedən dairələr, o cümlədən, “The Washington Post” kimi ruporlar məhz bunu nəzərə alaraq anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur.
Milli maraqlara zidd fəaliyyət göstərənlərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması üçün hər zaman müvafiq tədbirlər görüləcək
Sözügedən dairələr, o cümlədən “The Washington Post” kimi ruporlar onu da bilməlidirlər ki, milli və ictimai maraqlara zidd fəaliyyət göstərən şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zidd fəaliyyət göstərənlər layiq olduqları cəzanı alırlar.
Anti-Azərbaycan dairələrin manipulyasiyası heç bir nəticə verməyəcək
Nəticə etibarilə, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1247 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30