/ / Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-nın yay sessiyasındakı nitqi İtaliya mətbuatında növbəti dəfə işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-nın yay sessiyasındakı nitqi İtaliya mətbuatında növbəti dəfə işıqlandırılıb
12.07.2014 [11:33]
İtaliyanın “l’opinione” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə Prezident İlham Əliyevin sessiyada Azərbaycanda həyata keçirilmiş uğurlu islahatlardan danışdığı bildirilib, dövlətimizin başçısının bu sözlərinə yer verilib: “Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır”.
Yazıda Prezident İlham Əliyevin fikirlərinə istinadən Azərbaycanda bütün azadlıqların təmin edildiyi, siyasi fəaliyyət azadlığının, yüzlərlə siyasi təşkilatın, partiyanın, ifadə, mətbuat azadlığının mövcud olduğu diqqətə çatdırılıb.
Müəllif xatırladır ki, 2013-cü ildə Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Azərbaycan dünyanın ən tolerant beş ölkəsi sırasına daxil edilib. Bununla bağlı Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur: “Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır”.
Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer alıb: “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

