Belçikada UNESCO tərəfindən sualtı mədəni irsin qorunması üzrə elmi konfrans keçirilib
01.07.2014 [09:45]
Konfransda Azərbaycan da təmsil olunub
İyunun 26-29-da Belçika Krallığının Brügge şəhərində UNESCO tərəfindən sualtı mədəni irsin qorunması üzrə elmi konfrans və Birinci Dünya müharibəsinin başlanmasının 100-cü ildönümü ilə bağlı xatirə tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, Belçika hökumətinin dəstəyi və bu ölkənin UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə sualtı mədəni irsin qorunmasında UNESCO-nun rolu və bu istiqamətdə aparılan fəaliyyət, sülh mədəniyyəti və qeyri-zorakılığın təşviqi kimi məsələlər müzakirə edilib.
Tədbirlərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib.
Günay Əfəndiyeva Azərbaycanın zəngin sualtı mədəni irsindən bəhs edib, aparılmış hidro-arxeoloji axtarışlar zamanı dənizin dərinliklərində 900-dən çox arxeoloji abidənin aşkar olunduğunu qeyd edib. Milli Komissiyasının birinci katibi bildirib ki, XIII əsrdə Azərbaycan ərazisində inşa olunmuş Bayıl qalasına məxsus yazı lövhələrinin bir qismi su altından çıxarılaraq UNESCO-nun Dünya İrs Siyahısında olan İçərişəhər Qoruğunda sərgilənir. Bununla belə, bəzi çətinliklər üzündən yazı lövhələrinin böyük bir qismi hələ də Xəzərin suları altındadır.
Günay Əfəndiyeva Birinci Dünya müharibəsində neft uğrunda aparılan mübarizədə Xəzər dənizi və Azərbaycan ərazisinin strateji əhəmiyyətini qeyd edib, belə tədbirlərdə təcrübə mübadiləsinin genişləndirilməsinin sualtı mədəni irsin öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirlərdə Azərbaycan ilə yanaşı, 50-ə yaxın ölkənin, o cümlədən Fransa, İngiltərə, İtaliya, ABŞ, Kanada, Meksika, İndoneziya, Avstraliya, Yunanıstan, İspaniyanın UNESCO üzrə Milli komissiyalarının baş katib və nümayəndələri, müxtəlif qurumların mütəxəssisləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

