Avropa Şurasında erməni deputatların fitnəkar çıxışlarına layiqli cavab verilib
25.06.2014 [10:21]
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılan “Mətbuatda və mətbuat vasitəsi ilə zorakılıq” adlı məruzə geniş müzakirələr doğurub. Adətən Parlament Assambleyasında söz, ifadə azadlığı ilə əlaqədar aparılan fikir mübadilələri bu dəfə yerini mətbuatdakı digər mühüm problemin təfərrüatlı təhlilinə verib. Avropalı deputatlar televiziya və radioların, internetin, yazılı mətbuatın həm də cəmiyyətin müxtəlif təbəqələrinə təzyiq vasitəsinə çevrilməsi, nifrət yayan, pornoqrafiyanı tirajlayan, cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıqlar, vahimə, kin doğuran, uşaqların, gənc nəslin tərbiyəsi və yetişməsinə zədələyici təsir göstərən bəd təmayüllərdən bəhs ediblər.
Otuz deputatın qatıldığı müzakirələrdə Ermənistan nümayəndə heyətinin də 3 üzvü çıxış edib, həmişə olduğu kimi, yenə fitnəkarlıqlarından əl çəkməyib, əsas mövzunu bir kənara qoyaraq Azərbaycan əleyhinə böhtanlar yağdırmağa başlayıblar. Çıxış növbəsi müzakirələrin sonlarında çatan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə müzakirə edilən mövzu ilə bağlı fikirlərini bölüşərək deyib: “Artıq 14-cü ildir ki, mən həm Azərbaycan parlamentinin, həm də Avropa Şurasının üzvüyəm və hər iki qurumda Mədəniyyət komitələrinin üzvü kimi mətbuatla, jurnalistika ilə bağlı problemləri diqqətlə izləyirəm. Bu sahələrə xüsusi marağımın bir səbəbi də ondan ibarətdir ki, mən deputat seçilənə qədər bilavasitə peşəkar jurnalistika ilə məşğul olurdum. Təkcə 10 il “Amerikanın səsi” radiosunun Azərbaycanda müxbiri kimi fəaliyyət göstərmişdim. Ondan əvvəl isə uzun müddət həm radio və televiziyada, həm yazılı mətbuatda intensiv çalışmışam. Yəni, bu, mənə tanış və doğma olan sahədir. Əslində mən indi də jurnalistika ilə məşğulam və sahəni daxildən müşahidə etmək imkanım vardır. Bu sahədəki uğurlardan da, bu sahənin problemlərindən də yaxşı xəbərdaram. Problemlərin bir qismi kənardan olan təzyiq, təsir və müxtəlif sərt münasibətlərlə əlaqədardırsa, bir hissəsi də jurnalistikanın özünün içərisindən gələn məsələlərdir. Azərbaycanda kifayət qədər azad mətbuat var, inkişaf edir və bunu görməmək mümkün deyildir. Ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Onlarca müxalifyönlü qəzet, informasiya bülleteni nəşr edilir, hər gün həmin kütləvi informasiya vasitələrində ölkənin iqtisadi, siyasi və mədəni həyatı ilə bağlı yüzlərlə məqalə, reportaj dərc edilir. Təbii ki, azad mətbuat olmayan yerdə bunları etmək mümkünsüz olardı. Necə ki postsovet məkanındakı ölkələrin bir çoxunda bunun heç onda biri də yoxdur. Ölkənin ən ali vəzifəli şəxsindən tutmuş ən sıravi insanadək hər kəslə bağlı, dövlətin apardığı istənilən xətt, gördüyü istənilən iş, istənilən məmur barədə hər gün hər mətbuat vasitəsinin yazmaq imkanı varsa, bunu dəyərləndirmək lazımdır. Azad, sərbəst mətbuat fəzası olmasaydı, bunları gerçəkləşdirmək də mümkünsüz olardı. Əlbəttə, bundan da artığı arzulanır. Bu da anlaşılandır. Mənim ölkəmdə bir atalar sözü var ki, iştaha diş altındadır. Gözəlliyin, yaxşının sərhədi yoxdur. Daha ideal şəraiti ummaq haqqı da normaldır. Təbii ki, qüsurlar da vardır. Əsas olan odur ki, mətbuatla bağlı Azərbaycanın dövlət siyasəti ədalətlidir, inkişafa xidmət edəndir. Niyyət müsbətdir. Demək, bütün başqa problemlər həll edilə bilər. Lakin bizdə jurnalistikanın özündə də problemlər var və bu, daha çox peşəkarlıq məsələsi ilə bağlıdır. Həm də bu təkcə Azərbaycana deyil, postsovet məkanında olan əksər müstəqil dövlətlərin jurnalistikasına xas olan xüsusiyyətdir. Yəni, məqaləsini oxuyursan, hazırladığı proqramlara tamaşa edirsən və aydın hiss olunur ki, bu şəxsin jurnalistikaya aidiyyəti yoxdur. Lakin elan edir ki, 10-15 ildir mətbuatdadır. Demək, ilkin şərtlərdən biri jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması səmtində işlərin görülməsidir. Azərbaycanda əsas ali təhsil ocaqlarından sayılan Bakı Dövlət Universitetində də, bir sıra özəl universitetlərdə də jurnalistika fakültələri vardır. Amma hər il onların hamısının bir yerdə buraxdığı məzunların sayı 100-dən artıq olmaz. Təbii ki, bunların heç də hamısı fəaliyyətlərini peşəkar jurnalist kimi davam etdirməyərək tamam başqa sahələrə üz tutur. Bu gün Azərbaycanda nəşr olunan qəzetlər, informasiya agentlikləri, radio və televiziyalarda isə üst-üstə 10 minə yaxın bilavasitə jurnalist işi görən şəxs çalışır. Onların böyük əksəriyyəti peşəkar təhsil almayıb, xüsusi treninqlər keçməyib və sırf həvəskarlardır. Kütləvi həvəskarlıq, bir axına çevrilən qeyri-peşəkarlıq isə təhlükəlidir və xeyli fəsadlar da doğurur. Məhz belə qeyri-peşəkarlıq mətbuatda peşə etikasının sistemli şəkildə pozulmasına, reket jurnalistikasına, jurnalistin cəmiyyətdə nüfuzunun aşağı düşməsinə, jurnalist sözünün kəsərinin azalmasına gətirib çıxarır. Muzdlu, görünən və görünməyən müəyyən siyasi qüvvələr, oliqarxlar, hətta xarici qüvvələr tərəfindən idarə olunan jurnalistika da vardır. Ona görə də hansısa haqqı tapdalanmış bir jurnalist problemi ortaya çıxanda buna son dərəcə diqqətlə yanaşılmalı, hər konkret hal ayrıca araşdırılmalıdır. Yoxsa bunları ucdantutma jurnalistikaya təzyiq kimi dəyərləndirmək olmaz. Lakin qəribədir ki, bəzən daha çox hay-küy, haqqın tapdalanması təəssüratı elə bunların ətrafında yaradılır. Azərbaycandakı jurnalistikanı və bu sahənin vəziyyətini mən Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələrlə müqayisə edəndə yerlə göy arasındakı qədər fərq görürəm. Amma mənim istədiyim odur ki, Azərbaycanda jurnalistikanın, mətbuatın səviyyəsini, ona münasibəti bütün istiqamətlərdə Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrlə müqayisə edə bilim. Lakin məgər bu ölkələrdə həmin sahələrdə qüsurlar yoxdurmu? Problemlər hamımızda vardır. Əsas odur ki, onları görək, görə bilək və vaxtında aradan qaldırmağa çalışaq”.
Daha sonra Rafael Hüseynov ermənistanlı deputatların qərəzli çıxışlarına toxunaraq deyib: “Biz bu gün burada mətbuatda olan, mətbuat vasitəsilə həyata keçirilən təzyiqlərdən, ictimai sözdəki basqılardan bəhs edirik. Bu istənilməz təmayüllərin qarşısını necə almaq barədə düşünürük. Erməni həmkarlarımız isə özlərinin Assambleyanın üslubuna və siyasətinə tam zidd olan çıxışları ilə əslində zorakılığın, təzyiqin, təcavüzün daha bir nümunəsini ortaya qoyurlar. Ermənistanlı deputatların dilindən burada növbəti dəfə Azərbaycan xalqı və dövləti əleyhinə böhtanlar, yalanlar, təhriflər səsləndirilir. Əlbəttə, həqiqətlə heç bir əlaqəsi olmayan bu yalanların, böhtanların, saxtakar ifadələrin hamısını qətiyyətlə rədd edirəm. Mən erməni deputatlara məsləhət görərdim ki, gücsüzlüklərinin daha bir ifadəsi olan bu cür aqressivliklərinə son qoysunlar. Onların nifrətlə dolu belə çıxışları bu gün inkar etdiyimiz, müzakirəsini apararaq aradan qaldırılmasına çalışdığımız təzyiqin və zorakılığın başqa bir təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Assambleyadakı nitqində bütün ermənilərə və Ermənistana üz tutaraq son dərəcə vacib və müdrik bir fikir söylədi. Azərbaycan Prezidenti tövsiyə etdi ki, Ermənistan gələcəkdə normal bir dövlət və xalq kimi yaşamaq, firavan olmaq istəyirsə bütün istiqamətlərdə təcavüz siyasətinə son qoymalı, düz yola qayıtmalıdır. Yaxşı olardı ki, Prezident İlham Əliyevin bu haqq sözləri və nəsihətini bugünkü aqressiv çıxışlar edən erməni deputatları da yaxşı yadda saxlasınlar. Çünki bütün zorakılıq və təcavüzlər nəticə etibarilə onu törədənlərin başında çatlayır”.
Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanıb, təqdir edilib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
