Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir

Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir

05.08.2025 [17:30]

Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir.

“Report” Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.

İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, ilin sonunadək parlamentlərarası forum, müdafiə, ticarət və nəqliyyat nazirlərinin görüşləri, həmçinin mədəni-humanitar tədbirlər gözlənilir.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.

Qeyd edək ki, tədbirdə, həmçinin Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 1174 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30