/ / Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan “Yenilik yaratmış qadın” adlı məqalə dərc edilib
Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan “Yenilik yaratmış qadın” adlı məqalə dərc edilib
27.08.2013 [09:49]
Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Metro Watch” və urdu dilli “Daily Azkaar”, “Kashmir Post” qəzetlərində, həmçinin “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Yenilik yaratmış qadın” adlı məqaləsi dərc edilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan məqalədə tarixi boyu dünyanı saflaşdırmağa çalışan, başqalarına yol açmaq üçün təşəbbüs göstərən qadınların olduğu, onların yaşadıqları dövrdə mühüm rol oynadıqları vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva cəmiyyətə təsir göstərərək onu müsbətə doğru dəyişdirməyə, insanların qəlblərini fəth etməyə qadir olan xanımlardandır.
Müəllif qeyd edir ki, ailə üzvləri - Azərbaycanın tanınmış ziyalıları Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq yaşından Mehriban xanıma insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi, millətinə sadiq olmağı öyrədiblər. Elə ona görədir ki, Mehriban xanım Əliyeva öz həyatını xalqının rifahı, milli və dünya mədəni irsinin inkişafına həsr edib.
Oxucuların diqqətinə çatdırılır ki, Mehriban xanım Əliyeva 2004-cü il mayın 10-dan Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edir. Fondun əsas məqsədinin ölkənin sosial, iqtisadi və mədəni inkişafına dəstək vermək olduğunu bildirən Farhat Nur Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ölkədə məktəblər, xəstəxanalar, talassemiya mərkəzi, konsert zalları, musiqi liseyləri, məscidlər inşa edildiyini vurğulayır. Uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar olunduğu, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin yaradıldığı, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi barədə məlumat verir.
Məqalədə Fondun fəaliyyətinin prioritet istiqamətlərindən olan mədəniyyət sahəsində görülmüş işlər - beynəlxalq müsabiqələr və konsertlər, son illərdə inşa edilən Muğam Mərkəzi və Niaqarada keçirilən muğam günləri, digər çoxsaylı musiqi festivalları, Azərbaycan mədəniyyəti, musiqisi və tarixi haqqında nəşrlər barədə məlumatlar da yer alır.
Azərbaycanın birinci xanımının dinlərarası dialoq mövzusunda beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olduğunu, ölkəmizdə bütün dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığını bildirən jurnalist vurğulayır ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra dini məbədlər, ziyarətgahlar, məscidlər və kilsələr yenidən qurulub.
Farhat Nur dünya irsinin qorunub saxlanması istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər barəsində də ətraflı məlumat verir və bu sırada Strasburq kafedral kilsəsinin yenidən qurulmasını, Luvr muzeyində İslam İncəsənət Mərkəzinin təsis edilməsini və Versal sarayında təmir işləri aparılmasını xüsusi vurğulayır. Bundan başqa, Heydər Əliyev Fondunun Haitidə mədəniyyət məbədlərinin təmirinə və Fransa Terror Qurbanları Assosiasiyasına maddi dəstək verdiyi bildirilir.
Məqalədə, həmçinin Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın nüfuzu sayəsində müxtəlif vaxtlarda gimnastika üzrə beynəlxalq yarışların Bakıda keçirildiyindən, onun idmana qayğısından, Heydər Əliyev Fondunun olimpiya və paralimpiya oyunlarının qaliblərini mükafatlandırmasından söhbət açılır.
Pakistanlı jurnalist Farhat Nur Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012”-nin keçirilməsinə rəhbərlik etdiyini vurğulayır və bildirir ki, Bakıya gələn çoxsaylı turistlər Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil edilən müsabiqəyə və Bakının gözəlliyinə heyran olmuşlar.
“Yenilik yaratmış qadın” məqaləsində Mehriban xanım Əliyevanın Azərbaycan folklorunun və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü barədə də məlumat verilir.
Məqalənin böyük bir hissəsi Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edir. Müəllif yazır ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi üçün müasir bina inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban xanım Əliyevanın adı verilib. Bundan başqa, 2012-2013-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edilib. Belə ki, “Edhi Home” kimsəsizlər evləri, “Akbar Care” institutu, serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılıb, Saif Fonduna maddi yardımlar göstərilib. Peşavar şəhərində qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi verilib. Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxava əyalətində həyata keçirdiyi humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun tikintisinə maddi yardım edib.
Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2013-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, Lakki Marvat bölgəsində Qurban bayramında yüzlərlə qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığı da diqqətə çatdırılır.
Müəllif Azərbaycanın birinci xanımının Pakistandakı humanitar fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə və genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq məlumat verir ki, Mehriban xanım Əliyeva 2012-ci ildə Pakistanda həyata keçirilmiş layihələrə görə bu ölkənin Qadın Könüllülər Təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatı ilə təltif olunub.
Farhat Nur öz məqaləsində, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğunu da xatırladır.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür: httr://rakobserver.net/detailnews.asr?id=216359,
httr://dnanews.com.rk/the-women-who-has-made-a-difference/,
httr://azkaar.com.rk/dailyazkaar.rhr?start=12&year=2013&month=8&Day=24,
httr://www.dailykashmirrost.com/index.rhr?date=2013-08-26&rg=7
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

