/ / ABŞ ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb
ABŞ ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb
07.08.2013 [09:05]
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə naziri Çak Heygelin dəvəti ilə Vaşinqtonda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir S.Əbiyev əvvəlcə “Arlinqton” xiyabanını ziyarət edərək Naməlum əsgərin məzarı önünə əklil qoyub.
Sonra müdafiə naziri Pentaqona gəlib.
Nazir Səfər Əbiyev Pentaqonun giriş qapısında düzülmüş fəxri qarovul dəstəsi və ABŞ müdafiə naziri Çak Heygel tərəfindən təntənəli surətdə qarşılanıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir Səfər Əbiyev əlaqələrin qurulmasında və inkişafında Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib. O bildirib ki, ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub.
Nazir ölkəmizin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb. Səfər Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Avratlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işlərdən danışan Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm amilə çevrildiyini vurğulayıb.
Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmirlər. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çox təəssüf ki, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən bu günədək Ermənistanın işğalçı ölkə olduğu bəyan edilməyib.
Səfər Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb.
Nazir Səfər Əbiyev Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi-siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.
Görüş zamanı ABŞ-ın müdafiə naziri Çak Heygel müdafiə naziri Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.
Daha sonra nazirlər ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.
Çak Heygel müdafiə nazirindən Azərbaycan Respublikasının Prezidentinə salamlarını çatdırmasını xahiş edib.
Görüşün sonunda Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev ABŞ müdafiə naziri Çak Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib.
Ç.Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin həmin gün ABŞ hərbi dəniz qüvvələrinin komandanı ilə də görüşü olub.
Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Hər iki görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

