Aİ-nin Ceyms Vens “qorxusu”...
18.07.2024 [10:45]
Respublikaçıların yeni vitse-prezidentinin fərqli siyasi baxışları
Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərdən biri dəqiqləşdi. Belə ki, iyulun 15-də Viskonsin ştatının Milouki şəhərində Respublikaçılar Partiyasının 43-cü Qurultayı işə başlayıb. Xatırladaq ki, Respublikaçılar Partiyası prezident və vitse-prezidentliyə namizədləri rəsmən irəli sürmək və təsdiqləmək üçün prezident seçkilərinə bir neçə ay qalmış dörd ildən bir öz Qurultayını keçirir. Bundan başqa, qurultayda partiyanın namizədinin proqramı da qəbul edilir. Nəzərə alsaq ki, ştatlar üzrə keçirilən praymerizdə Donald Tramp 2429 nümayəndədən 2268-nin dəstəyini qazandığı üçün onun namizədliyinin elan edilməsi gözlənilən idi. Beləliklə, Qurultayın ilk günündəcə Donald Tramp rəsmi olaraq prezidentliyə namizəd elan edilib. Namizədin belə asan müəyyənləşməsinin əsas səbəbi isə Trampın əvvəldən nümayəndələrin böyük əksəriyyətinin dəstəyini qazanması olub. Qurultayın əsas səs-küylü hadisələrindən biri isə Donald Trampın komandasının əsas simasını - vitse-prezidenti elan etməsi olub. Tramp Ohayodan olan 39 yaşlı senator, “qatı Trampçı” kimi tanınan Ceyms Devid Vensi özünün vitse-prezidenti kimi təqdim edib.
Vensin “ən yaxşı variantı” - Ukrayna ərazilərinin bir hissəsini ruslara versin
Vens gənc olsa da, bioqrafiyası olduqca zəngindir. 1984-cü ilin avqustunda Midltaunda anadan olan Vens 2003-cü ildə məktəbi bitirərək Dəniz Piyadaları Korpusunda xidmət etməyə başlayır. İraq müharibəsi dövründə Korpusun ictimaiyyətlə əlaqələr işinə məsul olub. 2007-ci ildə xidmətini başa vuran Vens 2009-cu ildə Ohayo Universitetinə fəlsəfə ixtisası üzrə qəbul olub. 2013-cü ildə isə Yel Universitetinin hüquq fakültəsini bitirib. Bir sıra firmalarda vəkil kimi fəaliyyət göstərib. Siyasi karyerasının əvvəlində Trampa qarşı radikal mövqe tutan Ceyms Vens 2016-cı ildə ona qarşı kampaniyaların ən fəal iştirakçısı kimi tanınırdı. 2022-ci ildə isə Vensin Trampa münasibəti dəyişdi - ən qatı düşmənlər ən yaxın dosta çevrildilər. Ohayonun senator seçkilərində Trampın tam dəstəyini alan Vens praymerizlərdə 32 faiz səs qazanaraq rəqibi demokrat Tim Rayanı geridə qoydu.
Vensin Rusiya-Ukrayna müharibəsi ilə bağlı şəxsi baxışları isə fərqlidir - 2023-cü ildə Ukrayna prezidenti Zelenskinin ABŞ-a səfəri zamanı CNN-ə müsahibəsində Vens bildirmişdi ki, Şərqi Avropada davam edən müharibə səbəbindən daha da pisləşən ərzaq böhranı yaranıb: “Qərbi Avropada bir çox müttəfiq hökumətlərin istefası təhlükəsini formalaşdıran enerji böhranı yaranıb. Fikrimcə, Amerikanın maraqlarına uyğun olan ən yaxşı variant Ukraynanın öz ərazilərinin bir hissəsini ruslara verməsi və bu müharibəni bitirməli olmasıdır. Yüz minlərlə Şərqi avropalilar, günahsızlar bu münaqişədə həlak oldular. Can itkisini dayandırmaq bizim və onların maraqlarına uyğundur”.
Putinlə dialoq davam etməlidir...
Ceyms Vens ailədədir, üç uşağı var. Həyat yoldaşı Uşa Çilkursi Vens ilə Yel Universitetində tanış olub. Uşa Çilukuri Vens hindli miqrantların qızıdır və San Dieqoda (Kaliforniya) böyüyüb. Yel Universitetini bitirən Uşa Vens Böyük Britaniyada Kembric Universitetində magistr dərəcəsi alıb.
Hazırda Ceyms Vensi Amerikanın köhnə şöhrətini qaytarmaq istəyənlərin siyasi düşərgəsində ən görkəmli simalardan biri kimi təqdim edirlər. Senatda mühafizəkar gündəmin ardıcıl tərəfdarı kimi çıxış edən Vens Ukraynaya yardımın ən qatı əleyhdarlarından biri kimi tanınır. Bu ilin aprelində Vens “New York Times” qəzetində “Rəqəmlər Ukraynada birləşmir” başlıqlı köşə yazısı dərc etdirmiş və mövqeyini əsaslandırmışdı. “Ukrayna ilə bağlı problem riyaziyyatdır. Ukrayna öz daxilində ən amansız səfərbərlik siyasəti həyata keçirsə belə, yenə də daha çox əsgərə ehtiyacı yaranacaq. Ona ABŞ-ın təmin edə biləcəyindən daha çox avadanlıq lazımdır”.
Vena iddia edirdi ki, Ukrayna sərt reallığı” qəbul etməli, müdafiə strategiyası qurmalı və mümkün qədər tez Rusiya ilə danışıqlara başlamalıdır. Amerika nəşri “The Hill” yazır ki, fevral ayında Münhen Təhlükəsizlik Konfransında Vens Trampın “Öncə Amerika” prinsipinə əsaslanan xarici siyasət doktrinasını dəstəkləmişdi. O bildirmişdi ki, Avropa öz təhlükəsizliyinə, xüsusən də silah istehsalı sahəsinə daha çox diqqət ayırmalıdır. Vensin fikrincə, ABŞ Asiya regionuna daha çox diqqət ayırmalı və Çini nəzərə almalıdır. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyə çağırmışdı.
Avropa İttifaqı narahatdır...
Noyabr seçkilərində Trampın prezident seçilmə imkanlarını yüksək dəyərləndirən Qərb diplomatiyası Vensin vitse-prezident postunu tutmasından artıq narahatlıq keçirməyə başlayıb. “Politico” nəşri Avropa İttifaqının adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir məmurunun fikirlərini çap edib - bildirilib ki, Ohayo ştatından olan senator Ceyms Devid Vensin Respublikaçılar Partiyasının ABŞ vitse-prezidentliyinə namizəd seçilməsi Ukrayna üçün fəlakətdir. “Politico” qəzeti qeyd edir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın mümkün qələbəsi artıq Avropada çaxnaşma yaradıb və Vensin vitse-prezidentliyə namizəd kimi təsdiqlənməsi mümkün yeni administrasiyanın Ukraynanı dəstəkləmək öhdəliyi ilə bağlı əlavə suallar yaradıb. Aİ Vensin ardıcıl olaraq Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmağı və Ukraynadakı münaqişəni tez bir zamanda həll etmə çağırışlarını diqqətlə izləyir. Xüsusilə, onun “The New York Times” qəzetinə müsahibəsində Ukraynaya neytral statusun verilməli, onun sərhədlərinin indiki vəziyyətdə dondurulmasının gərəkdiyini deməsi rəngləri daha da tündləşdirir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

