4 namizədin mübarizəsi - İranda seçkilər...
29.06.2024 [10:25]
61 milyon 452 mindən çox seçici, 58 min 984 seçki məntəqəsi...
Dünən İran İslam Respublikasında növbədənkənar prezident seçkiləri keçirildi. Ölkənin 14-cü prezidentini müəyyən edəcək seçki prosesi cümə günü səhər saat 8-də start götürüb. İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində və xaricdə 61 milyon 452 mindən çox insan səsvermə hüququna malikdir. Seçki prosesində İranda yaşayan vətəndaşlar 58 min 640 seçki məntəqəsində, ölkədən kənarda olanlar isə 344 seçki məntəqəsində səs verib.
Xatırladaq ki, ölkənin 13-cü prezidenti İbrahim Rəisi ötən ay helikopter qəzasında həyatını itirmişdi. İran qanunlarına görə isə 50 gün ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Ötən dövr ərzində ölkənin Nəzarət Şurası İranda prezident olmaq üçün namizdliyini irəli sürən 80 şəxsən 6-nın iddiasını təmin etmişdi. İddiaçı namizədlərdən 12-si qadın olsa da son siyahıya onların heç biri adını yazdıra bilməmişdi. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın, Tehran meri Əlirza Zəkaninin, Səid Cəlilinin, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədinin, parlament sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə-Haşiminin və parlament üzvü Məsud Pezeşkianın iştirakı ilə baş tutacaq olan seçkidə son anda siyahı yenidən dəyişdi - Əmir Hüseyin Qazizadə-Haşimi seçkilərdən geri çəkildiyini bəyan etdi. Haşimi X-dakı səhifəsində namizədliyini geri götürdüyünü yazıb. “İnqilab qüvvələrinin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının (İranda mühafizəkar partiyalar koalisiyası), eləcə də bəzi üləma və rəğbətli şəxslərin tələbinə cavab olaraq, namizədlikdən imtina etdim. Ümid edirəm ki, digər üç qardaşım fürsətdən istifadə edərək hərəkat inqilabını birləşdirib gücləndirəcəklər”. Qazizadə-Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.
Seçkiyə bir gün qalmış isə Tehran meri Əlirza Zəkani İranda keçiriləcək prezident seçkilərində mühafizəkarlar qanadından olan iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və ruhani liderinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə namizədliyini geri götürüb.
Bu arada dünən İranın daxili işlər naziri Əhməd Vahidi seçkilərlə bağlı münasibət bildirib. İran mətbuatının yazdığına görə o, seçkilərin tam təhlükəsizlik şəraitində keçirildiyini vurğulayıb. İran mediasının məlumatına görə seçki prosesini Çin, Rusiya, Əfqanıstan, Türkiyə, Küveyt, BƏƏ, İraq, Yəmən, Filippin, Livan, Qətər, Oman, Hindistan və Cənubi Koreyadan olan müxbirlər də daxil olmaqla 200-dən çox mətbuat nümayəndəsi izləyib. İranın ali dini lideri Əli Xamenei səyyar seçki məntəqəsində səs verib. O, seçkiləri “vacib siyasi sınaq” kimi dəyərləndirib və insanlardan buna ciddi yanaşmağı xahiş edib. O, həmçinin insanların seçkilərdə iştirakının ölkəsi üçün mütləq zərurət olduğunu vurğulayaraq, bunu İranın gələcəyi üçün prioritet hesab edib.
Qeyd edək ki, İran mətbuatının yazdığına görə, ölkədə seçki prosesini boykot edən qüvvələr də mövcuddur. Xüsusilə bir sıra siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri prezident seçkilərini boykot ediblər. Əli Xamenei çıxışında dolayısı ilə bu məsələyə də toxunub. Bəzi insanların tərəddüd etməsinə heç bir əsas görmədiyini vurğulayan Xamenei insanların seçkilərdə iştirakını zəruri və məcburi məsələ hesab edib.
Keçmiş prezident Məhəmməd Hatəmi və İran parlamentinin keçmiş sədri, seçkilərdə namizədliyi qeydə alınmayan Əli Laricani də seçiklərlə bağlı fikirlərini bölüşüblər. Cari prezident seçkiləri kampaniyasında islahatçı namizəd Məsud Pezeşkianı dəstəkləyən Ruhani administrasiyasının xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, hər kəsin seçiminə hörmətlə yanaşır.
Xatırladaq ki, seçki kampaniyası dövründə aparılan sorğulara əsasən, Pezeşkiyan 24,4 faizlə lider olub. Mühafizəkar Səid Celili isə 24 faizlə ikinci yeri tutub - ən şansı namizəd sayılan Məhəmməd Bağır Qalibaf isə sorğularda yalnız üçüncü ola bilib. Seçkilərin nəticələrinə görə səslərin 50 faizdən çoxunu qazanan namizəd ölkənin 14-cü prezidenti statusunu qazanacaq. Baryer aşılmadığı təqdirdə isə ən çox səs qazanmış iki namizəd növbəti turda mübarizə aparacaq.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

