Qaxda istirahət neçəyə başa gəlir?
23.08.2022 [08:58]
Yolumuz Azərbaycanın qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olan Qax şəhərinədir. Qaxda istirahət neçəyə başa gəlir? Ev, nəqliyyat, eləcə də bazar qiyməti... 3 gün ərzində Qaxda gördüklərimizi, bildiklərimizi sizinlə bölüşəcəyik. Qax səfərimiz elə avtovağzaldan başladı. Avtovağzaldan Qaxın mərkəzinə -402 km-lik yol bir nəfərə avtobusla 9 manat 60 qəpiyə başa gələcək. Əgər 3 nəfərlə birləşib taksi tutmaq istəsəniz, bu zaman nə az, nə çox 25 manatınızdan keçməlisiniz.
Uzun yol bizi gözləyirdi. Dəqiqələr dəqiqəni, saatlar saatı əvəzləyirdi. Yol isə bitmək bilmirdi. Kilometrlərcə yolu qət edən zaman fasilə verməyi unutmayın. Yoxsa uzun yol çəkilməz olar. Ən azından Ağsuda maşını əyləyib bir samovar çayı içib, təbiətin təmiz havasını ciyərlərinizə çəkə bilərsiniz. Hava pulsuz, çay isə 7 manatdır. Yanında da böyürtkən mürəbbəsi ilə. Çaylarımızı içib, yolçu yolda gərək deyib məqsədimizə doğru irəlilədik. Axı heç vaxt olmadığımız, görmədiyimiz Qax bizi gözləyirdi.
Haqqında çox şey eşitmişdik. Deyilənə görə, Qax şəhərində arxeoloji axtarışlar nəticəsində neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınıb. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə Qax rayonunun ərazisində rast gəlinir.
İsmayıllı, Qəbələ, Oğuz, Şəki və ən nəhayət Qax... Sözün əsl mənasında, Qax bu zonanın tacıdır. Budur ən hündür təpədən, yaşıllıqlar içərisində Alban kilsəsi bizi qarşılayır. Tolerant və multikultural dəyərlər burada özünü daha çox büruzə verir. Məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud olmuş qədim Alban məbədinin qalıqları üzərində 19-cu əsrdə Çar Rusiyası tərəfindən tikilib.
Burada olduqca öz-özünə Bakıdan uzun yolu qət etməyə dəyərdi deyirsən. Onun havası, tarix qoxan küçələri, evləri, qonaqpərvər və ünsiyyətcil insanları ilk baxışda bizə özünü sevdirmişdi. İndidən az müddətə qalacağımız üçün heyfislənməyə başlamışdıq. Günün bir çox hissəsi yolda və fasilə zamanı keçdiyi üçün Qaxın gözəllikləri ilə yalnız səthi tanış ola bilmişdik. Möhkəm yuxu çəkib, səhərə güc toplamaq lazımdır ki, Qaxı qarış-qarış gəzə bilərsiniz. Bunun üçün öncədən ev tutmağı unutmayın. Əks təqdirsə, turistlərin çoxluğunu nəzərə alaraq ev tapmaq bir qədər çətin olacaq. Yerlilər deyir ki, mövsüm səbəbilə Qaxda boş ev tapmaq müşkül məsələdir. Ən azından günlər, hətta həftələr öncə danışıb ev ayırmaq lazımdır. Əgər siz də bizim kimi işinizi son günə saxlamısınızsa, şansa ehtiyacınız olacaq. Burada gündəlik kirayə qiymətləri əvvəllər 20 manat idisə, hazırda 60 manatdan başlayır. Yaydan-yaya qazanc əldə etdikləri üçün 60 manat elə də böyük məbləğ deyil. Evlərin təmizliyinə, səliqə-səhmanına isə söz ola bilməz. Evdə öz yeməyini bişirmək istəyənlər üçün hər cür şərait yaradılıb.
Bir məqamı da diqqətinizə çatdıraq ki, Qaxın bir çox kəndlərində sakinlər öz evlərini kirayə verir, özləri isə başqa yerlərə köçürlər. Öncə də qeyd etdiyimiz kimi insanları o qədər mehriban və qonaqpərvərdilər ki, sizə kirayəşin deyil, qonaq kimi yanaşırlar. Dost-tanışlarına “Evimdə qonağım var” deyirlər.
Alp dağları yox, Qax dağları...
Səhər isə ev yiyəsinin xoruzunun səsi ilə açıldı. Dağlarının təmiz havası, həyətdəki meyvə ağacları, üzümləri, al-əlvan çiçəkləri belə qonaqlarını salamlayırdı. Səhər pürrəngi bir çay dəmləyib bu gözəlliyin seyrinə dalmadan gəzintiyə çıxmayaq deyə düşündük. Çay demişkən, qaxlılar çayı gül suyu olmadan içməzlər. Ən dəyərli qonaqlarına çayın yanında şirniyyat ilə yanaşı, gül suyu da gətirirlər. Bu xoşətirli çayı dadıb yola düşdük.
Şəhəri qarış-qarış gəzmək üçün, kənddən-kəndə dolaşmaq üçün sizə avtomobil lazımdırsa, ən münasib və sərfəli seçiminiz *0066 taksi xidməti ola bilər. Kəndin bir başından o biri başına 3-5 manat arası pul ödədik. Elşən Sultanovun bələdçiliyi ilə şəhərin gəzməli-görməli yerləri ilə tanış olduq. Elşən Bakıda təhsil alsa da, öz elində-obasında xidmət edənlərdəndir. Heç bir maddi xeyir güdmədən buraya gələn qonaqları ən gözəl məkanlarla tanış edir. Deyir ki, təki qonaqlarımız Qaxdan xoş ab-hava ilə ayrılsınlar. Təbii ki, yenidən qayıtmaq şərtilə...
Qaxın İlisu kəndində gəzişdikcə qarşımıza dizaynına görə digər otellərdən xüsusilə seçilən Səngər Qalası çıxdı. Qalanı xatırladan oteldə özünüzü orta əsrlər Azərbaycanında hiss edə bilərsiniz.
Qaxda ən gözəl səhər yeməyini harada yemək olar?
Qaxda səhər yeməyi üçün bir çox məkanlar fəaliyyət göstərir. Həm mənzərəli, həm ləziz, həm də münasib olsun deyirsinizsə, Ulu körpüyə gedin. İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür. Körpü tağ formasındadır və tikintisində kərpicdən və yumurtadan istifadə olunub. Dağlardan gələrkən özü ilə çoxlu çöküntü gətirdiyi üçün üzərində yerləşdiyi Kürmükçayın rəngi həmişə qara olur.
Burada bol-bol oksigen ala və şəkil çəkdirə bilərsiniz. Qaxın pendiri, yağı, ətirli çayı və pomidor-yumurtasından dadmağı unutmayın. Yeməkdən sonra ən gözəl əyləncə axtarırsınızsa, çayın yatağına enə bilərsiniz. Çayın yatağından isə körpüyə gözəl mənzərə açılır. Çınqıl daşlarının üzəri ilə yol alıb, çaya doğru irəlilədikcə yorğunluq əvəzinə insana güc-qüvvət gəlir.
Qaxa gələnlərin ilk üz tutduqları məkanlardan biri də heç şübhəsiz, İlisu şəlalələridir. Verilən məlumata görə, şəlaləyə ancaq 15 manata “Uvaz” maşınları qalxır. Piyada qalxmağa cəhd edənlər də vardı, amma deyilənə görə bu istidə heç də məntiqli seçim deyil. Çünki şəlaləyə qalxan yol dağ yolu olduğu üçün təhlükəlidir. Bundan əlavə yolboyu hər tərəf çay daşları ilə döşənib. Şəlaləni görmək istəyən qonaqlar bura qədər öz avtomobilləri ilə gəlib dayanacaqda saxlayaraq səyahətlərini “Uvaz” maşınları ilə davam etdirə bilərlər.
Şəlaləni seyr etdikdən sonra dağ havası sizi acdırıbsa, elə uzağa getmədən dayanacaqların yerləşdiyi “Füzuli bağı” nda otura bilərsiniz. Meşənin içində Qaxın milli yeməklərini, eləcə də kabab çeşidlərini dada bilərsiniz. Əfsuslar olsun ki, bir çox yerlərdə ağacların kəsilən kötükləri qalmışdı. Ürəkağrısı ilə seyr etsək də, həmin məkandan ayrılmalı olduq. Bu cür misilsiz təbiətin məhv olmasına daha çox göz yuma bilməzdik.
Daha sonra soraqlaşa-soraqlaşa Qalaça və ya Şamil Qalanın yolunu tutduq. Qala İlisu kəndinə gedən yolda yerləşir. Sumuq Qala və Ulu körpüyə çox yaxın bir dağın zirvəsində yerləşir. 19-cu əsrdə Rusiya tərəfindən Şeyx Şamilə qarşı aparılan mübarizədə müşahidə məqsədilə tikilib. Bu qalanı ziyarət etmək üçün hündür dağın dik yamacından keçən cığır ilə dağın zirvəsinə qalxmaq lazımdı. Biz cəhd etsək də başarısız olduq. Yolun yarısından dönmək məcburiyyətində qaldıq. Amma daha riski və adrenalini sevənlər üçün gözəl seçimdir. Siz daha ürəkli olun! Sonda Qaxın mükəmməl panoramik görüntüsünü görmək şansı qazana bilərsiniz.
Adrenalin və gəzinti tutqunu olmayan insanlar üçün ən doğru ünvan Uludağ otelidir. Sərinləmək istəyənlər üçün otelin 3 hovuzu var. Burada sərinləşdirici içkilərinizdən dadaraq günəşin istisində dincələ bilərsiniz.
Bir sözlə, Qax şəhərində həm kənd, həm də şəhər həyatını bir arada yaşamaq mümkündür. Çaya, şəlaləyə və yaxud qalaya çıxmaq isə sizin seçiminizə qalıb.
Səfərimizin son günü Qax bazarına baş çəkdik. Satıcıların sözlərinə görə, gəlmə məhsullar yerli məhsullardan daha bahadır. Pomidorun kilosu 1 manat 80 qəpik, üzüm 1 manat 50 qəpik, badımcan 50 qəpik, lavaş turşu 1 manat, çiyələyin kilosu 3 manat, Cəlilabaddan gətirılən qarğıdalı 50 qəpikdir. Bazarda Qax qarpızı ilə yanaşı, Sabirabad qarpızı da tapa bilərsiniz.
- Qaxın qarpızı yaxşıdır, ya Sabirabadın?
- Satıcı: Sabirabadın.
Əldə etdiyimiz məlumata görə, Qax bazarında satıcıların əksəriyyəti Azərbaycan gürcüləridir. Onların bir neçəsi ilə söhbətləşdik. Satıcı Manana xanım Qaxda doğulub. Bazarda özünün düzəltdiyi çaxırı (2 manat), alça turşusunu (3 manat), üzüm tənəyini (4 manat), kabab soslarını (1 manat 50 qəpik) satır. Deyir ki, mövsümü olduğu üçün satışlar qənaətbəxşdir. Sentyabrdan sonra isə satışlar adətən azalır. Qış fəslində isə Bakıdan sifarişlər qəbul edir.
İlboyu onlar əkir-becərir, bişirdiklərini bazarda satırlar. Qışı isə hər kəs öz evinə çəkilir. Buranın qışı o qədər sərt keçir ki, çölə çıxmaq mümkünsüz olmur. Söhbət etməyi çox sevən qaxlılar üçün qış dözülməzdir, desək, yanılmarıq. “Yolun başında dururuq ki, biri keçsəydi, söhbət edərdik”- sakinlərdən birinin zarafatyana sözü bu fikri bir daha təsdiqləyir.
Dünya səyahətinə öncə Vətəni gəzməklə başlamaq lazımdır.
Müşfiqə BAYRAMLI
Bakı-Qax-Bakı
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
