Tur paketlər bahalaşıb...
17.05.2024 [10:55]
Səbəblər nədir?
Yay mövsümünün gəlişinə az qalıb. İndidən turizm sektorunda canlanma müşahidə olunur. İnsanların böyük qismi daha sərfəli olduğu üçün yay tətilini öncədən planlayır və erkən rezervasiya etməyə tələsir. Ancaq tur paketlərin qiyməti planlarımızdan daha cəld hərəkətə keçir. Bir sözlə, səyahətlə bağlı xəyallar qurarkən qiymətlər də gün keçdikcə artır.
Hazırda bir çox xarici ölkəyə tur paketlərin qiyməti 400-500 dollardan başlayır. Ekspertlər isə artımın səbəbini dünyada ərzağın, qidaların, enerji daşıyıcılarının və təyyarə qiymətlərinin bahalaşması ilə əlaqələndirirlər.
Turizm məsələləri üzrə ekspert Azər Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 1-2 ay qabaq alınmış təyyarə qiymətləri ilə müqayisədə hazırkı qiymətlərdə artım var: “Tbilisi, İstanbul və yaxud Dubaya olan turlar 400, 500 və 600 dollardır. Bu qiymətlər isə bir şəxs üçün nəzərdə tutulub. Təyyarə bileti və səhər yeməyi daxil olan tur paketlərin isə qiyməti qeyd etdiyimizdən də artıq olur”.
Bu turların qiyməti münasibdir...
Ekspert, həmçinin yerli vətəndaşların ölkə daxili və ölkə xarici səfərlərindən də danışıb: “Ölkə daxilində vətəndaşlar daha çox turizm şirkətləri ilə səfərlər edirlər. Bir, iki və üç günlük turlar mövcuddur. Belə turların qiyməti də münasibdir. Məsələn, 1 günlük turlar 20 manatdan başlayır və 23-25-27 manat olaraq dəyişir. Bu paketə səhər yeməyi, nəqliyyat xidməti, bələdçi, eləcə də ekskursiya daxildir. 2 günlük turlar 79 manat, 3 günlük turlar isə 115 manatdan başlayır. Əsasən, tur səfərlərində 4 ulduzlu hotellər, bəzilərində isə 5 ulduzlular olur”.
Maldiv adalarına qrup turları ucuzlaşıb...
A.Quliyev söyləyib ki, hətta Maldiv adalarına qrup turlarının qiyməti 900 dollara qədər enib: “Maldiv səfəri üçün 3-4 min olan tur 900 dollara qədər enib. Bundan başqa, Avropaya, xüsusilə də Monteneqroya turlar mövcuddur. Bildiyiniz kimi, Monteneqroya səfər vizasızdır. Ötən ilin noyabr ayında Monteneqroya tur paketlərin qiyməti çox ucuz idi. 200-300 dollara 4-5 ulduzlu hotellərdə bir həftəlik dincəlmə, transfer, təyyarə bileti, qidalanma, sığorta daxil idi. Lakin burada tur qiymətləri getdikcə dəyişir. Məsələn, bir nəfər üçün 1000 avronun üzərində, ailə getdikdə isə 5-6 minin üzərində olur”.
Qrup, yoxsa fərdi səfər?
A.Quliyev qrup şəklində səfərlərin üstünlüklərindən də danışıb: “Birincisi, dil bilməyən şəxslərin yanında tur rəhbərləri olur. İkincisi, transfer əldə edirlər, üçüncüsü tanımadığı yerlərlə bağlı problem yaşamırlar, çünki hər yeri tur rəhbərləri gəzdirirlər. Dördüncüsü, oğurluq hallarının qarşısı alınır, çünki kütləvi şəkildə olduqda oğurluq etmək istəyənlər qrupa yaxınlaşmağa risk etmək istəmirlər. Turla səfərin digər bir müsbət tərəfi isə maddi baxımdan daha sərfəli olmasıdır. Məsələn, insanlar tək gedəndə 1000-2000 dollar və daha çox xərcləyirsə, qrup şəklində gedəndə 500-600 dollar xərcləyirlər”.
Tur paketlərin qiyməti azalıb, yoxsa artıb?
Qrup halında səfərlərin daha çox müharibədən sonra gündəmə gəldiyini deyən ekspert bildirib ki, Bakı ətrafı rayonlara olan tur paket qiymətləri xarici şəhərlərlə müqayisədə daha münasib olsa da, bölgələrimizdəki paketlərin də qiymətində nisbətən artım müşahidə edilir. Bunun da müxtəlif səbəbləri var: “Ümumiyyətlə, otellərdə qiymətlərin baha olub-olmaması tələb-təklifdən asılıdır. Məsələn, qarşıdan Qurban bayramı gəlir, bayram öncələri bir həftə qalmış hotellərə zəng vursanız, yer tapmayacaqsınız. Sahibkar da görür ki, tələbat var, ona görə də qiymətləri gələn il daha baha edəcək. Yox, əgər sahibkar görsə ki, yerləri dolmayıb, o zaman qiymət endirimlərinə gedəcək. Amma hazırda otellərin əksəriyyəti doludur. Əksər otellərə qrup turları üçün zəng etdikdə onlar yerlərinin dolu olduğunu bildirirlər”.
Azərbaycana da turların sayı artıb...
Ekspertin sözlərinə görə, son vaxtlar ərəb turistlərin Azərbaycana gəlişində azalma müşahidə olunur. Amma getdikcə onların yerini türkiyəli turistlər tutur: “44 günlük Vətən müharibəsindən sonra qardaş ölkə vətəndaşlarının Azərbaycana marağı ikiqat artmaqdadır. Son dövrlərin statistikasına nəzər yetirdikdə görürük ki, türk vətəndaşlarının ölkəmizə axını daha çoxdur və getdikcə bu statistika artacaq. Buraya təkcə Türkiyədə yaşayan türklər deyil, eləcə də Avropada yaşayanlar da daxildir.
Bundan başqa, Azərbaycana xaricdən gələn vətəndaşların sayına görə Hindistan da çoxluq təşkil edir. Buna səbəb onların kütləvi səyahətə üstünlük verməsidir”.
Vətəndaşlarımız ən çox bu ölkələrə gedir
A.Quliyev bildirib ki, ölkəmizdə də Türkiyə, Misir, Hindistana gedənlərin sayı çoxdur. Onun sözlərinə görə, hazırda bu ölkələrə bir adam üçün qiymət 1000 dollar üzərindədir, hansı ki, bir neçə il əvvəlki qiymətlər 500-600 dollar idi: “Qiymətlərdə 40-50 faiz artım müşahidə olunur. Səbəb isə tələbatın çox olması, qidaların və təyyarə qiymətlərinin bahalaşmasıdır. Bildiyiniz kimi, Dubaya viza aradan qalxıb, əvvəllər bir vizanın qiyməti 100 dollara başa gəlirdisə, bir adam 500 dollara gedib Dubayda 4 günlük oteldə qalmaq imkanına malik idi. Hindistan, Şri-Lanka kimi nisbətən uzaq ölkələrə bir adam üçün tur qiyməti isə 1000-1600 dollar arasında dəyişir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

