Taksilərlə bağlı yeni tələblər...
30.03.2024 [11:20]
Qiymət artımına səbəb olacaq?
Yeganə BAYRAMOVA
Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Yaşı 15 ildən çox olan avtomobillər...
Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:
-sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;
-taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;
-gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.
-Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi, sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Taksilər bu rəngdə olacaq
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.
Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Taksi sürücüləri çətinliklə üzləşəcəklər
Təsdiqlənən tələblərlə bağlı müəyyən məsələlər var ki, həm taksi sürücülərində, həm də sərnişinlərdə suallar yaradıb. Mövzu barədə “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, hər zaman müəyyən sahədə islahatlar aparıldığı zaman bu islahatların nəticəsindən razı qalan və qalmayanlar olur. Onun sözlərinə görə, taksi istifadəçiləri tətbiq edilən yeni qaydalar və tələblərdən razı qalacaqlar. Çünki taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin keyfiyyəti yüksələcək: “Yeni tələblər taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbəttə ki, müəyyən çətinliklər yaradacaq. Çətinliklər o olacaq ki, məsələn, tələblərə əsasən taksi avtomobilləri yalnız ağ və ya qırmızı rəngdə olmalıdır, minimum “Avro-5” standartına cavab verməlidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırda taksi fəaliyyəti göstərən əksər nəqliyyat vasitələrində mövcud olmaması sirr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istər fiziki sahibkarlar, istər taksi şirkətləri, qısa müddət ərzində bu tələblərə cavab verən avtomobilə sahib olmaq üçün mövcud avtomobillərini ya satmalıdırlar, ya dəyişdirməli və ya rəngləməlidirlər. Bu da müəyyən xərclər yaradacaq”.
Qiymətlər dəyişəcək?
Ekspert qeyd edib ki, taksilərlə bağlı yeni tələblər avtomobillərin və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artıracaq: “Belə olan halda əlbəttə ki, qiymət artımı qaçılmazdır. Düşünürəm ki, həmin bu xərclər qarşılığında taksi daşımalarının qiymətində ciddi artım olacaq. Qiymət artımı qaçılmaz olsa da, hər bir halda keyfiyyətli xidmətin şahidi olacağıq. Çünki bütün bu tələblər vətəndaşlar, onların təhlükəsizliyi və rahatlığı üçündür”.
Niyə ağ və qırmızı rəng?
İ.Hüseynlinin sözlərinə görə, taksilərin yeni tələblərə əsasən məhz ağ və qırmızı rəngdə olmasının xüsusi bir səbəbi yoxdur: “Hesab edirəm ki, taksi fəaliyyəti göstərən avtomobillər mütləq şəkildə digər avtomobillərdən seçilməlidir. Yəni vətəndaş gözünü qıyıb baxmamalıdır ki, gələn taksidir, yoxsa başqa nəqliyyat vasitəsidir. Onların üzərindəki, qapısındakı şahmat işarəsi də, taksi yazısı da vətəndaşın rahat seçə biləcəyi şəkildə olmalıdır. Adətən taksilər sarı rəngdə olurdu, mən də arzulayardım ki, sarı rəngdə olsun, çünki dünyanın əksər ölkələrində taksi rəngi məhz sarıdır, amma indi ağ və qırmızı nəzərdə tutulub. Düşünürəm ki, bu da şəhərə bir gözəllik verəcək”.
Bəzi güzəştlər tətbiq ediləcək, amma...
Ekspert hesab edir ki, POS-terminalla bağlı bəzi güzəştlər tətbiq ediləcək: “Fikrimcə, həmin pos-terminallar hansı bankın olacaqsa, ola bilsin ki, o banklar tərəfindən təqdim olunsun və ya müəyyən güzəştlərlə verilsin. Təbii ki, bu bir ehtimaldır, ola da bilər, olmaya da bilər. Amma bu faktor da bayaq qeyd etdiyim kimi qiymətlərə təsir göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

