Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olub

Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olub

03.03.2024 [15:32]

Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.

Xarici KİV xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.

“Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir.

Paylaş:
Baxılıb: 1116 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31