2024-cü ildə gözlənilir...
02.03.2024 [11:19]
Dövlət sifarişli yerlərin sayı 30 minə çatacaq!
Yeganə BAYRAMOVA
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü il üzrə məruzəsini təqdim edib. Məlum olduğu kimi, cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni ölkə Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir. Qeyd edək ki, Ombudsman 2023-cü il üzrə məruzəsində bir sıra mühüm təkliflər səsləndirib. Səbinə Əliyeva dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması təklifi ilə çıxış edib. Onun səsləndiriyi təkliflərdən biri də tələbə yataqxanalarının tikilməsi ilə bağlıdır.
Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.
Ombudsmanın mövcud təklifini “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, dövlət sifarişli yerlərin sayı Prezidentin müvafiq sərəncamı əsasında son 5-6 ildə artaraq yüksələn xətt üzrə inkişaf edir: “Hər dəfə görürük ki, istər bakalavr, istərsə də magistr pilləsində dövlət sifarişli yerlərin sayı artır. Bu il üçün isə gözlənilir ki, ən azından dövlət sifarişli yerlərin sayı 30 minə çatdırılsın. Hətta bəlkə bu rəqəm bir az da artıq ola bilər. Lakin hər bir ixtisas və plan yerləri təbii olaraq dövlət sifarişli ola bilməz. Buna müəyyən qədər zaman lazımdır və müəyyən büdcə formalaşmalıdır ki, bütün ixtisaslar dövlət sifarişli olsun”.
E.Əfəndi yataqxanaların tikilməsinin vacib olduğunu diqqətə çatdırdı: “Bu baxımdan Ombudsmanın verdiyi təklif təqdirəlayiqdir. Təbii ki, bütün universitetlərinin şəxsi yataqxanalarının olması arzuolunandır. Bu, tələblərin rahatlığı üçün önəmlidir, eyni zamanda, ölkəmizə gələn xarici tələbələrin də sayına təsir edə bilər. Düşünürəm ki, dövlət tərəfindən bu istiqamətdə müəyyən bir proqram hazırlanacaq. Qarşıdakı illərdə bəzi universitetlərin yataqxanalarının olacağını gözləyirik. Məsələn, bəzi universitetlərin yataqxanasının olmasına baxmayaraq, orada məcburi köçkünlər yerləşib. Hazırda isə həmin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilər üzrə yerləşdirilməsi prosesi davam etdiyi üçün müvafiq olaraq həmin yataqxanalar da tələblərin ixtiyarına veriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30

