“Daha yaxşı internet üçün!”
07.02.2024 [10:55]
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür
Y.BAYRAMOVA
Şübhəsiz ki, internet dünyanı düşündüyümüzdən daha çox dəyişdirən heyrətamiz bir ixtiradır. Məhz internet vasitəsilə insanlarla daha sürətli əlaqə qura, tez bir şəkildə məlumat əldə edə və ötürə bilirik. Bəziləri isə hətta sosial şəbəkələr hesabına gəlir əldə edir. Ancaq təəssüf ki, bu möhtəşəm ixtira heç də hər zaman müsbət effektlər vermir. Çünki internetdən istifadə üstünlüklərlə yanaşı, təhlükə mənbəyi də ola bilər.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür. Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən bu gün Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədə qeyd olunur. Məqsəd dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Qeyd edək ki, bu günün qeyd olunmasının coğrafiyası ildən-ilə genişlənir.
Beynəlxalq Təhlükəsiz İnternet Günü hər il fərqli şüarlarla qeyd olunur. Builki şüar “Birlikdə daha yaxşı internet üçün!” adlanır.
Təhlükəsiz İnternet Gününü necə qeyd etmək olar?
Unikal şifrələr təyin edin...
Hesablar üçün unikal şifrələr və iki faktorlu autentifikasiya təyin etmək vacibdir. Çox vaxt şifrə hesabda saxlanılan şəxsi məlumatlar ilə təcavüzkarlar arasında dayanan yeganə sədd kimi çıxış edir. Buna görə də onlara xüsusi diqqət yetirilməlidir.
Birincisi, onlar unikal olmalıdır, əks halda bir xidmətdə məlumat sızması bütün digər hesablarınızın təhlükə altına düşməsi anlamına gələ bilər. İkincisi, şifrələr uzun və mürəkkəb olmalıdır ki, fırıldaqçılar onları təxmin edə və ya sadalama üsulu ilə ələ keçirə bilməsinlər. Həmçinin, mümkün olduqda iki faktorlu autentifikasiyadan istifadə etmək olar. Məsələn, SMS və ya autentifikator proqramı vasitəsilə əlavə təsdiq funksiyasını aktivləşdirmək lazımdır.
Şəxsi məlumatları yad insanlarla paylaşmayın
İnternetdə tanımadığınız insanlara qarşı diqqətli olun - kiminlə qarşılaşdığınızdan və əslində, onların niyyətlərinin nə olduğundan əmin ola bilməzsiniz. “Kaspersky”-ın sorğusuna əsasən, onlayn tanışlıq proqramlarından istifadə edən hər altıncı respondent doksinqə məruz qalıb - onların şəxsi məlumatları şəbəkəyə sızıb. Bəzən insanlar yad insanlara şübhə ilə yanaşırlar, amma çatbotlarla əlaqə qurarkən ehtiyat tədbirlərində boşluğa yol verirlər. “ChatGPT” kimi süni intellekt çatbotları getdikcə daha inandırıcı olur və bir çox insanlar hətta onlarla şəxsi məsələləri müzakirə etməyə meyl edirlər. Eyni zamanda, bəzi çatbot xidmətləri bütün söhbətlərin izlənə bilməsi səbəbindən istifadəçilərdən açıq şəkildə onlara şəxsi məlumatları yazmamağı xahiş edir. Çünki hər hansı digər xidmətdə olduğu kimi, müdaxilə nəticəsində məlumatlar sızdırıla bilər. Buna görə də, ayıq olun və yad insanlarla vacib bir şeyi paylaşmazdan əvvəl iki dəfə düşünün.
Kripto birjalardan istifadənin əsaslarını öyrənin
Kriptovalyutalardan və kriptovalyuta birjalardan istifadə etməyi sınamaq istəyirsinizsə, onların seçimini diqqətlə nəzərdən keçirməlisiniz. Seçimi üçüncü tərəf aqreqator saytların təqdim etdiyi reytinqlərə görə etmək, ən böyük və ən məşhurların üzərində dayanmaq daha yaxşı olar. Gələcəkdə məlumatlarınızı və pulunuzu qorumaq üçün platformanın nə olduğunu və onun hansı nüfuza sahib olduğunu daha yaxşı başa düşmək üçün öz araşdırmanızı aparın.
Şifrənizi qoruyun...
Brauzerlərdə və ya aparat cüzdanlarında hüquqi nəzarətdən kənar kripto pul kisələrindən istifadə edirsinizsə, şifrənizi harada və necə saxlamağınız barədə düşünməlisiniz. Onu kompüterinizdə qeydlərdə yazmaq ən yaxşı seçim deyil, çünki hücum zamanı bu parolun sızma riski var. Açarı kağıza yazmaq və evdə saxlamaq daha yaxşıdır. Lakin bu halda bu kağız parçasını itirmək riski var və sonra kripto pul kisəsinə girişi itirə bilərsiniz. Gizli ifadəni ictimai fayl mübadiləsi xidmətlərində saxlamayın, messencer və ya elektron poçt vasitəsilə göndərməyin.
Ümumi təhlükəsizlik tövsiyələrini öyrənin
Kripto pul kisələri və kriptovalyuta birjalarından təhlükəsiz istifadə üsullarına əlavə olaraq, fırıldaqçılardan yayınmağa və pula qənaət etməyə kömək edəcək ümumi təhlükəsizlik qaydalarına riayət etmək də sizin xeyrinizədir. Məsələn, daxil olan poçt və messencer sorğularına - çox cəlbedici təkliflər, pulunuzun təhlükəsizliyinə təhdidlər və s. qarşı ehtiyatlı olmaq vərdişini inkişaf etdirməkdə fayda var.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

