COVİD-dən 20 dəfə ölümcül…
16.01.2024 [11:42]
Yeni pandemiya gəlir?
Yeganə BAYRAMOVA
Son zamanlar bəşəriyyəti yeni xəstəliyin gözlədiyinə dair xəbərdarlıqlar edilməkdədir. Xəstəlik “X” olaraq adlandırılır. Ümumiyyətlə, “X” xəstəliyi mücərrəd xəstəlik hesab olunur. Deyilənə görə, xəstəlik epidemiya və ya pandemiyaya səbəb ola biləcək hələ bilinməyən patogeni təyin edir.
Xatırladaq ki, hələ 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X” xəstəliyini prioritet xəstəliklər siyahısına daxil etmişdi. Bu qərar potensial olaraq yeni bir pandemiyaya səbəb ola biləcək patogenin araşdırılmasını sürətləndirmək və gücləndirmək üçün qəbul edilib.
Terminin adındakı “X”-in “sürpriz” məna verdiyi bildirilir. Məsələn, bu, COVID-19-a səbəb olan SARS-CoV-2 ştammında belə idi. 2020-ci ildə isə bir çox ekspert bunun bəşəriyyət üçün yeni “X” xəstəliyi olduğunu irəli sürüb.
2024-cü ilin əvvəlində ÜST qeyd edib ki, yeni xəstəlik COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola bilər. Bu günlərdə isə Dünya İqtisadi Forumu (DİF) bəyan edib ki, bütün dünya yeni pandemiyaya hazır olmalıdır. Qeyd edək ki, Davosda keçirilən iclas zamanı yeni xəstəlik müzakirə olunacaq. İclas yanvarın 17-nə təyin edilib. Dialoqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbərləri, eləcə də DİF-in Cenevrədəki icraiyyə komitəsinin üzvü Şyam Bişen iştirak etməlidir. Bundan əlavə, Apollo Hospitals Müəssisəsinin sədr müavini Pritha Reddy, Braziliyanın Səhiyyə naziri Nicia Trindade Lima və AstraZeneca-nın sədri Mişel Desmarais də görüşdə iştirak edəcəklər.
Yeni pandemiya qapıda…
Pandemiya ilə bağlı müzakirələr çox olub. Bir sözlə, dünyada yeni bir pandemiya risklərinin müzakirə edilməsi ilk dəfə deyil. Çünki 2021-ci ildə elm adamları artıq ölümcül “X” xəstəliyinin pandemiyaya səbəb ola biləcəyindən danışmışdılar. Daha sonra Konqoda hemorragik qızdırma xəstəliyinin erkən əlamətləri olan xəstə müəyyən edilib. O zaman mütəxəssislər xəstəliyin COVİD-19 kimi yoluxucu olduğunu və Ebola ilə müqayisədə ölüm nisbətinin 50-90 faizə çata biləcəyini güman edirdilər.
Konqoda ölümcül “X” xəstəliyi ilə bağlı məlumatlar artıq şərh edilib. Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko qeyd edib ki, peşəkar ictimaiyyət, xüsusən də ÜST bu hadisəyə ciddi diqqət yetirməlidir. O, həmçinin bildirib ki, yeni infeksiyaların yaranması qaçılmazdır, çünki bu, təkamül prosesinin bir hissəsidir.
“X”-in potensial mənbələri…
Pandemiya kimi yayılma potensialına görə, bu patogenlər ÜST tərəfindən prioritet hesab edilir və onların siyahısını da saxlayır. Belə ki, “X”-in mənbəyi kimi qeyd olunan infeksiyaların siyahısı aşağıdakı kimidir:
Krım-Konqo hemorragik qızdırması, COVİD-19, Ebola, Marburq, Lassa qızdırması, Zika, Nipah, Rift Vadisi qızdırması, Yaxın Şərq tənəffüs sindromu (MERS), ağır kəskin respirator sindrom (SARS), Zoonotik viruslar, Bakterial infeksiyalar.
Xəstəliyin simptomları nədir?
Xəstəliyin simptomları barədə “Yeni Azərbaycan” danışan infeksionist-həkim Mərdan Əliyev bildirib ki, “X”-lə bağlı əlamətlər birdən ortaya çıxır. Həkim qeyd edib ki, xəstəliyin əlaməti kimi qızdırma, əzələlərdə ağrılar, huşun itirilməsi, boyun ağrısı, bel ağrısı, baş ağrıları, şişkin gözlər və işığa həssaslıq əsas götürülür: “Eyni zamanda ürəkbulanma, qusma, qarında narahatlıq, ishal və boğaz ağrısı da xəstəliyin simptomları arasındadır. Bundan başqa, insanın əhvalındakı kəskin dəyişikliklər, həyəcan yuxululuq da “X”-in xarakterin xüsusiyyətlərindəndir. Əlavə əlamətlər və simptomlar arasında sürətli ürək döyüntüsü, limfa düyünlərinin şişməsi də var”.
Orqan çatışmazlığı yarana bilər…
M.Əliyevin sözlərinə görə, xəstəliyin dördüncü və ya beşinci günündən sonra xəstələrdə orqan çatışmazlığı yarana bilər: “Xəstəliyin ikinci həftəsində xəstələrin çoxu dünyasını dəyişir. Xəstəliyin doqquzuncu və ya onuncu günündən sonra sağ qalanların çoxu yaxşılaşmağa başlayır.
Bu xəstəliyin törədicisi dəqiq məlum deyil. Viruslar, bakteriyalar, hətta göbələklər və digər törədicilər ola bilər. Təbii ki, əgər yeni pandemiya olsa, böyük ehtimalla törədicilər viruslar olacaq. Çünki əvvəllər bakterial infeksiyalar pandemiya törədirdilərsə, indi daha çox viral infeksiyalar, yəni viruslar pandemiya törədirlər.
Bütün dünyaya X xəstəliyi ilə bağlı xəbərdarlıqların edilməsində məqsəd xəstəliyin gələcəkdə baş verə biləcək epidemiyalar və pandemiyalara qarşı ÜST-ün qabaqlayıcı tədbirlər görməsidir. ÜST istəyir ki, dünya ölkələri yeni baş verə biləcək pandemiyaya hazırlıqlı olsunlar. Lakin bütün bunlar yaxın zamanda mütləq hansısa pandemiyanın olacağı anlamına gəlmir. “X”-in COVİD-dən 20 dəfə öldürücü olduğu deyilir. Həqiqətən də bu mümkündür, çünki bu potensiala malik olan viruslar var. Əgər nə zamansa bu xəstəlik yoluxuculuq qabiliyyəti əldə etsə və yoluxma sürətlənsə, təhlükəli hal ala bilər. Dünya ölkələri isə buna COVİD-19-da olduğu kimi hazırlıqsız yaxalansalar, vəziyyət ürəkaçan olmayacaq. Xatırladım ki, COVİD sürətlə yayıldığı zaman ABŞ daxil digər dünya ölkələrində maska çatışmazlığı var idi. Ona görə də ÜST ehtiyatı əldən verməmək üçün qabaqcadan xəbərdarlıqlar edir”.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

