Meteohəssas insanların diqqətinə...
20.09.2023 [10:55]
Maqnit qasırğasının sağlamlığa təsiri
Y.BAYRAMOVA
Günəşdə baş verən partlayışlar səbəbindən Yerin maqnit sahəsində pozuntular əmələ gəlir. Məhz bu pozuntular nəticəsində maqnit qasırğası baş verir. Bu cür dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər.
Son günlər maqnit qasırğasının olacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Hətta bununla əlaqədar əhaliyə xəbərdarlıqlar da edilir. Belə günlərdə insanların təcili yardım və nevrop?toloqlara müraciəti və zəngləri də artır. Maqnit qasırğası nəticəsində yolda və nəqliyyatda insanların ayaq üstündə yuxulaması, əzginlik, bədənə istilik gəlməsi, əsəbilik müşahidə edilir. Psixoloji baxımdan zəif, meteohəssas və nevroloji xəstələrdə xəstəliyin simptomları daha da fəallaşır, panik atak tutmaları kəskin artır. Həkimlər belə günlərdə açıq havada az olmağı tövsiyyə edirlər.
Maqnit qasırğası nədir?
Günəşdə epizodik olaraq özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklənmiş xırda hissəciklərin (günəş plazması adlanır) nəhəng axını atılır. Onlar Yer kürəsinin maqnit qatına çatdıqda onunla qarşılıqlı əlaqəyə girib bu qatı bir növ “qəzəbləndirir”, fırtına qoparır. Bütün dünya əhalisinin 1/3-i meteopatamdır, yəni onlar maqnit fırtınasının yaxınlaşmasını daha tez hiss edirlər. Maqnit dalğasında kiçik bir artım belə sağlamlığa təsir edə bilər.
Bəşəriyyət tarixində indiyə qədər müşahidə olunan ən güclü maqnit qasırğası 1859-cu ildə baş verib.
Süni maqnit qasırğası
Mütəxəssislər üç cür maqnit qasırğasının olduğunu qeyd edirlər. Birincisi, Günəşdə partlayış baş verəndə elektromaqnit dalğalar Yer kürəsinə düşür və təsir göstərir. İkincisi, Yer kürəsinin özünün elektromaqnit qatları var. Həmin qatlar küləkdə, elektromaqnit qasırğada özünü qoruyur. Üçüncüsü, süni surətdə yaradılmış maqnit qasırğası. Günəşdə partlayış olacağını əvvəlcədən bilmək mümkün deyil. Əgər 2-3 gün qabaq maqnit qasırğasının olacağını deyirlərsə, bu, sünidir. Çünki günəş özü nüvədir. O, qızdıqca üzərində ləkələr olur. Ləkələr nə qədər çox olsa, temperatur da o qədər yüksək olur və bir o qədər partlayışlar baş verir. Nəhəng partlayış, qasırğa baş verəndə yer kürəsinə gəlib çatan zaman insanlar özlərini pis hiss edirlər.
Sağlam insanlarda belə...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim Şahvələd Məmmədovun sözlərinə görə, geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Həkimin sözlərinə görə, atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır: “Qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər. Maqnit qasırğasının təsirləri əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur”.
Saat 18:00-dək...
Həkim qeyd edib ki, geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında, açıq havada olmamaq, saat 10-dan 17:00-18:00-a qədər çölə çıxmamaq, sərin yerdə vaxt keçirmək, gün ərzində 2 litrədək maye qəbul etmək məsləhətdir.
İnsult riski...
Ş.Məmmədovun sözlərinə görə, geomaqnit qasırğası nevroloji xəstəliklər içərisində əsasən insult riskini artırır: “Aparılan tədqiqatlar göstərir ki, Günəşin solar aktivliyi artdıqca müxtəlif yaş qruplarında da insult riski artmış olur. Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər”.
Bu şəxslər diqqətli olmalıdırlar
Həkim bildirib ki, əsasən, təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmalıdır: “İnsult keçirən xəstələrin bu günlərdə qan təzyiqi, şəkər kimi əlavə problemlərini nəzarətdə saxlamaları məsləhətdir. Bundan başqa, qollarda, ayaqlarda gücsüzlük, görmə pozulması, baş ağrısı, kimi şikayətləri olanlar vaxt itirmədən həkimə müraciət etməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

