“Wolt Azərbaycan” bağlanır?
17.08.2023 [11:32]
Son illər ölkəmizdə qida məhsullarının çatdırılması ilə bağlı xidmətlər genişlənib. Xüsusilə pandemiya dövründə bu xidmətlərdən daha aktiv istifadə olunurdu. Qida məhsullarının istehlakçılara təhlükəsiz çatdırılması vacibdir. İsti və soyuq zəncirin qorunması, məhsulların temperatur rejimi qaydalarının pozulmaması əsas məqamlardan biridir.
Buna baxmayaraq, yemək sifarişinin çatırılması zamanı istehlakçıları narahat edən bəzi nüanslar var. Məsələn, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, qidaların tələblərə cavab verməyən termo çantalarda olması və dağılması, çatdırılmanı edən şəxslərin tibbi müayinədən keçməməsi və.s.
Ölkəmizdə qida məhsullarının çatdırılması ilə məşğul olan “Wolt Azərbaycan” MMC fəaliyyətini dayandırıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “Wolt”un fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Belə ki, “Wolt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması müəssisəsində qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Müəssisənin “Qida təhlükəsizliyi haqqında” qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Wolt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub: “Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb”.
AQTA tədbirlərini genişləndirəcək...
AQTA-nın məlumatına görə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır: “Anomal hava şəraiti bu məsələni daha da aktuallaşdırır. Belə ki, xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hansısa qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcək”.
Fəaliyyətimizi davam etdiririk
“Wolt Azərbaycan” MMC fəaliyyətinin dayandırılması ilə bağlı yayılmış xəbərlərə dair açıqlama verib: “Şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər”.
KOBİA-da görüş
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) son günlər “Wolt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə görüş keçirilib. Görüşdə son bir neçə gün ərzində şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb. Məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.
Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daima sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində biznes subyektlərinə dəstək göstərir. Mövcud vəziyyətlə bağlı KOBİA şirkətin qanuni maraqlarının qorunmasına, yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır. Eyni zamanda, istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin diqqətdə saxlanılması da şirkət rəhbərliyinə bildirilib.
AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov şirkətin fəaliyyətini davam etdirib-etdirmədiyi barədə “Yeni Azərbaycan”a danışıb. Onun sözlərinə görə, artıq AQTA tərəfindən şirkətin fəaliyyəti ilə bağlı lazım olan açıqlama verilib: “Bu baxımdan da əlavə fikir bildirməyə ehtiyac yoxdur”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

