Nağdsız parkinq ödənişi...
09.08.2023 [11:10]
Sürücülər yeni sistemə necə alışacaqlar?
Y.SAHİB
Azərbaycanda yeni parkinq qaydaları qüvvəyə minib. Ölkəmizdə ilk dəfədir ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Yeni qaydalara əsasən, nağd ödənişlər qanunsuz hesab olunur.
Məlum olduğu kimi, ölkəmizdə avtomobillərin parklanmasına görə yeni qaydalar iyunun 25-də Nazirlər Kabineti (NK) tərəfindən qəbul edilib. Müvafiq qərar parklanma yerlərində nizam-intizamın yaradılmasına xidmət edir.
Lakin müşahidələr göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi bəzi sürücülərin ürəyincə deyil. Buna səbəb kimi bir çox insanların hələ də onlayn ödəniş sistemindən istifadə etməməsi göstərilir. Bu cür sürücüləri hansı problemlər gözləyir?
“Azparkinq” tətbiqi
Əvvəlcədən qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanmanın idarə edilməsi ilə bağlı mobil tətbiqi istifadəyə verib. Mobil tətbiq vasitəsilə parklanma yerləri idarə ediləcək. İstifədəçilər mobil tətbiq vasitəsilə boş parklanma yerlərini tapa biləcəklər.
Vaxta qənaət...
“Azparkinq” tətbiqi, eyni zamanda istifadəçilərin vaxtlarına qənaət etməsinə imkan verəcək. Parkalanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks ediləcək. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Zaman keçdikcə alışacaqlar...
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, istənilən halda nəinki Azərbaycanda, dünyanın hər yerində insanlar tətbiq olunan yeniliklərə uyğunlaşa bilmirlər. İlkin vərdişlər formalaşana qədər müəyyən vaxt keçir. Hətta münaqişələr, mübahisələr yaranır: “Bu təcrübəni nəqliyyat sahəsində ilk dəfə kart sisteminə keçid zamanı gördük. İnsanlar həmin vaxt avtobusa ön qapıdan daxil olub, arxadan düşməyi qəbullana bilmirdilər. Dava-dalaş olurdu. İndi isə bu, mədəniyyətsizlik kimi qəbul olunur. Ona görə də, zaman keçdikdən sonra parkinqlə bağlı yeni ödəniş sisteminə alışacaqlar. Doğrudur, bəzi məsuliyyətsiz, müasir dünya ilə barışmayan, öz dünyası olan insanlar var. Bu gün ödəniş kartı olmayan insanlar da var. Halbuki kartla işləyən avtobuslarda kondisioner işləyir. Həmin avtobuslarda qışda isti, yayda sərin olur. Elə sərnişin var ki, karta nifrət edir, ya nədəndirsə, onu qəbul etmir. Dayanacaqda durur, eyni istiqamətdə gedən kartla işləyən 5-6 avtobusu buraxır. Nəhayət, köhnə avtobusa minir ki, təki ödənişi qəpiklə etsin. İndi parkinqlə bağlı da belə davranan insanlar olacaq. Gedib 500 metr arxada saxlayacaqlar ki, təki burada elektron ödəniş sistemindən istifadə etməsin. Amma nə vaxt dindirsən, deyəcək ki, “başım çıxmır”. Heç vaxt cəhd etməyəcək ki, onlayn ödənişdən istifadəni öyrənsin”.
Yeni sistem çox rahatdır
Ekspert yeni sistemin sadə olduğunu vurğulayıb: “ “Azparkinq” mobil tətbiqi kifayət qədər sadə funksiyalardan ibarətdir. İstifadəsi rahatdır. İnsanlar zamanla bunun səmərəsini, funksionallığını görəcəklər. Bu gün harayasa gedəndə, evdən baxa bilirsiniz ki, həmin ərazidə parkinq yeri var, yoxsa yoxdur, qiymətlər necədir. Küçələrin adına qədər göstərilir. Təkcə, bron etmək mümkün deyil. Çünki bizim cəmiyyətdə bron məsələsi bir az qəlizdir. Bir də görəcəksiniz ki, hansısa dələduz səhər tezdən durub, bütün parkinqləri bron edib axşam baha qiymətə insanlara satacaq. Ona görə buna imkan yoxdur. Sadəcə, məsafəni göstərir. Ola bilər ki, gələcəkdə qaydalarda müəyyən dəyişikliklər ortaya çıxsın. İş prosesində qüsurlar ola bilər. Ancaq bu gün üçün istifadəyə verilən imkanlar kifayət qədər normaldır. İrəli sürülən şərtlər qorxulu deyil, çox rahatdır”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55

