Bakıda adambaşına neçə hektar yaşıllıq düşür?
12.07.2023 [13:38]
Müşfiqə
İspaniyanın Valensiya şəhəri 2024-cü ildə Avropanın “yaşıl paytaxt”ı olacaq. Avropa Komissiyası bunu cari ildə Avropanın yaşıl paytaxtı olan Fransanın Qrenobl şəhərində keçirilən qala-gecədə elan edib. Qeyd edək ki, Valensiya sakinlərinin 70 faizinin evdən 5 dəqiqəlik məsafədə yaşıl zonası var. Əvvəlki illərdə Aİ-nin yaşıl paytaxtları Stokholm, Hamburq, Kopenhagen, Nant, Oslo və Lissabon şəhərləri olub.
Şərtlərə görə, yaşıl paytaxt qismində seçilən şəhərdə azı 100 min sakin yaşamalıdır. Belə şəhərlərin seçimi 12 ekoloji göstərici əsasında həyata keçirilir: havanın və suyun keyfiyyəti, səs-küy səviyyəsi, torpaqdan davamlı istifadə, tullantıların idarə edilməsi, iqlim dəyişməsi, davamlı mobillik.
Bəs Azərbaycanda vəziyyət necədir?
Araşdırmalarımıza görə, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021min hektardır ki, bu da respublika ərazisinin 11,8 %-ni əhatə edir.
Paytaxt Bakıda isə vəziyyət heç də ürəkaçan deyil. Bu gün Bakının inzibati ərazisi 213 500 hektar sahəni əhatə edir ki, bunun da 11 588 hektarı yaşıllıq açıq ərazilərdir. Bu isə 5,43 faiz deməkdir. 2040-cı ilə qədər 9 762 hektar artırılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Bakıda yaşıllıq sahələrinin ərazisi 6 faiz belə deyil. Ümumi ərazisi təxminən 214 min hektar olan meqapolis üçün bu səviyyə olduqca aşağıdır. Müqayisə üçün deyək ki, bu göstərici İstanbulda 2.2 faiz, Tokioda 7,5 faiz, Parisdə 9.5 faiz, Berlində 14,4 faiz, Nyu-Yorkda 27 faiz, Londonda 33 faiz, Vyanada 45 faiz, Osloda 68 faiz təşkil edir.
Bu göstərici bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir. Yaşıllıqların yerini boz binalar tutur....
Buna görə də ölkəmizdə meşəlik ərazilərin, yaşıllıqların salınması hər zaman prioritet olmalıdır. Mövcud yaşıllıqları qorumaqla yanaşı, onu zənginləşdirmək, yaşıllıq ərazilərini genişləndirmək olduqca vacibdir.
Məsələ ilə bağlı yeniazerbaycan.com-a danışan ekoekspert Aydan Əliyeva deyir ki, son illər Bakıda yeni parklar salınıb, abadlaşdırılma işləri aparılır, ətraf yenidən qurulur. Müasirlik göz oxşayır. Buna baxmayaraq, ağacların məhv edilməsinin də qarşısını almaq lazımdır: “Demək olar ki, mediada tez-tez ağacların kəsilməsi, məhkəmələrdə qanunsuz ağac kəsənlərlə bağlı hüquqi işləmlərin görülməsi, onların cinayət məsuliyyətinə cəlb olunması və cərimələnməsi xəbərlərini oxuyuruq. Sadəcə bir xəbər kimi görüb keçməməliyik. Bu xəbərlər ciyərimizi yandırıb yaxmalıdır. Çünki hər bir ağacın kəsilməsi bizim gələcəyimizin yox olması deməkdir. Bundan başqa, paytaxtımızda yaşıllıq sahələri çox az gözə dəyir. Biz bilirik ki, yaşıllıq sahələri estetik görüntü ilə yanaşı, şəhərin mikroiqlimini də yaxşılaşdırır. Yaşıllıq “küləklər şəhəri” olan Bakımızın toz-torpağını azaldır, avtomobillərin zərərli havasını udur. Nəticədə biz nə edirik? Yeni bir obyekt tikmək üçün özümüzü bu kimi sərvətlərdən məhrum edirik”.
Ekspertin sözlərinə görə, əhalinin oksigen təminatını yaxşılaşdırmaq lazımdır. Əfsuslar olsun ki, əksər parklarımızda yaşıllıqdan çox, mərmər daşlar mövcuddur: “Parkın mənası yaşıllıq deməkdir, ona görə də adına park deyirlər. 2-3 dekorativ ağac əkməklə iş tamamlanmış sayılmır. Çox qəribədir ki, otun üzərində oturub istirahət etmək, uzanmaq qadağandır. Bu hansı məntiqə sığır? Yenə də qeyd edirəm, binalardan daha çox gələcəyimizi inşa etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41

