Qəbələdə 11-ci Beynəlxalq Pestisidlər Forumu öz işinə başlayıb
08.09.2011 [10:28]
“İnsanlar qlobal miqyasda təbiətə nə isə verməyə hazır olmalıdırlar, nəinki təbiəti yalnız istehlak etməyə. Təbiəti istehlakçı mədəsi ilə yox, təbiətə olan real sevgi ilə sevməyə başlasınlar, onu qorumağa, saxlamağa maraqlı olsunlar. İnsanlar düşünürlər ki, təbiət yalnız istehlak üçündür və bu məhəbbət onun üçün yetərlidir”. Bu fikri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dünən Qəbələdə öz işinə başlayan 11-ci Beynəlxalq Pestisidlər Forumunda deyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Beynəlxalq Pestisidlər Assosiasiyasının (İHPA) təşkilatçılığı ilə keçirilən tədbirdə nazir bildirib ki, Azərbaycan hələ də keçmişdən qalan ciddi ekoloji problemlərin həlli ilə məşğuldur: “Müasir dövrdə dünyada baş verən qloballaşma prosesi, iqtisadiyyatın sürətli inkişafı, əhalinin çoxalması ilə əlaqədar təbii sərvətlərə tələbatın artması, iqlimdə baş verən dəyişikliklər, zərərli kimyəvi maddələrdən istifadə və digər amillər nəticəsində yaranmış ekoloji problemlər bəşəriyyəti daha çox narahat edir. Hazırda Azərbaycanda aktual ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur və bu Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji problemlərə xüsusi diqqət və qayğısının nümunəsidir. ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir”.
Nazir deyib ki, son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi imkanları xeyli genişlənib. ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, Xəzər dənizinin çirklənmədən qorunması, biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların reabilitasiyası, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması istiqamətlərində məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bu tədbirlərin reallaşdırılmasında ictimai təşkilatların, xüsusilə də Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır.
Tullantı sular problem kimi mövcud olmayacaq
H.Bağırov ölkəmizdə tullantı suların idarə olunması sahəsində həyata keçirilən tədbirlərdən də danışıb. Nazir vurğulayıb ki, qarşıdakı 8-10 ildə bu məsələ problem kimi mövcud olmayacaq: “Azərbaycanda mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, su hövzələrinin, hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular quraşdırılır. Əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğular qurulur. 185 kənddə 340 min əhali içməli su ilə təmin olunub, 44 min əhalisi olan 33 kənddə işlərə başlanıb”.
Nazir çıxışında son illər ərzində həyata keçirilən yaşıllaşdırma işlərinə də geniş yer ayırıb: “Meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb. Bu da respublikanın meşə ilə örtülü ərazilərinin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir. Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin, magistral avtomobil yollarının kənarlarında geniş yaşıllaşdırma işləri davam edir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 881 min hektaradək artırılıb və hazırda 8 Milli Park, 11 Qoruq və 24 Yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin 10,2 faizini təşkil edir”.
Sovetlər Birliyindən miras qalan ən ağır ekoloji problemlərdən biri də kənd təsərrüfatı torpaqlarının pestisidlərlə çirklənməsidir: “Pambıqçılıq rayonlarında yüksək məhsuldarlığa nail olmaq üçün ekoloji aspektlər nəzərə alınmadan sahələrə normadan dəfələrlə çox dərman səpilirdi. Bunun da nəticəsində həmin sahələrdə ziyanvericilərə qarşı mübarizədə istifadə olunan pestisidlərin qalıqları 20 ildən çox keçməsinə baxmayaraq, indi də müşahidə olunur. Burada ən böyük təhlükə həmin torpaqların hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilməsidir. Eyni zamanda, davamlı üzvi çirkləndiricilərin insan orqanizmində toplanması xüsusiyyətini və bu səbəbdən də bir çox xəstəliklərin yaranmasını nəzərə alaraq, hesab edirik ki, pestisidlər barədə əhalinin maarifləndirilməsi, həmçinin, kimyəvi maddələr saxlanılan bazalar və anbarların yerləşdiyi torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Davamlı üzvi çirkləndiricilərlə bağlı uzunmüddətli təhlükəsizlik
Davamlı üzvi çirkləndiricilərlə bağlı uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycanın strategiyası var. Bu strategiya mövcud qanunvericiliyin təkmilləşdirilməsi, pestisid qalıqlarının ekoloji təmiz kənarlaşdırılması, PXB-li avadanlıqların dəyişdirilməsi, Dioksin/Furanların və 9 yeni Düç maddələrinin inventarlaşdırılması, kimyəvi maddələrin reyestrinin hazırlanması və bu prosesdə bütün maraqlı tərəflərin, o cümlədən, ictimaiyyətin, QHT-lərin, özəl sektorun və alimlərin fəal iştirakının təmin olunmasından ibarətdir. Nazirin sözlərinə görə, Azərbaycanda BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO) ilə birgə Davamlı üzvi çirkləndiricilər barədə Stokholm Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsi çərçivəsində 2005-2007-ci illərdə Milli Fəaliyyət Planı hazırlanıb.
Nazir vurğulayıb ki, forum dövlət strukturları, QHT, alim və ekspertlər, özəl sektorun bir araya gələrək pestisidlərlə bağlı problemlərin və onların həlli yollarının müzakirəsi üçün platformadır: “Forumun artıq 11-ci dəfə keçirilməsi və hər dəfə iştirakçıların sayının artması ona olan maraqdan xəbər verir. ümumilikdə hesab edirəm ki, belə əlaqələndirici görüşlər, əldə edilmiş təcrübənin bölüşdürülməsi problemin aradan qaldırılması istiqamətində öz müsbət təsirini göstərəcək”.
Davamlı üzvi çirkləndiricilərlə bağlı problemlərin həlli sahəsində əməkdaşlığa ehtiyac var
Avropa Parlamentinin üzvü Dan Jorqensinin nitqini iştirakçılara çatdıran Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının direktoru John Vijgen bildirib ki, təbiət problemləri onların Avropa səviyyəsində həll olunmasını tələb edir: “Müvafiq hökumətlərin bu istiqamətdə birgə atacağı addımlar doğru istiqamətə yönələrsə, lazımi nəticənin əldə edilməsi sürətlənər”.
çexiya Respublikasıın Ətraf Mühit naziri Tomas çalupanın nitqini isə qurumun Regional mərkəzinin direktoru İvan Holoubek səsləndirib. O, yoluxmuş sahələrlə bağlı məsələlərdən danışaraq deyib ki, davamlı üzvi çirkləndiricilərlə bağlı problemlərin həlli sahəsində ciddi qaydalar gözlənilmədən əməkdaşlığa ehtiyac var: “Tez-tez baş verən münaqişələr regional problemlərin həllində ciddi maneəyə çevrilir. Təəssüf ki, ölkəmiz bu münaqişələrdən kənarda qalmır. Bu baxımdan, keçirilən forum adıçəkilən problemlərin həlli sahəsində çalışan insanları bir araya gətirib. Səmərəli fəaliyyət üçün bu əməkdaşlığa ehtiyacımız var. çünki regiondakı hər hansi ölkə maddi cəhətdən bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. İnanırıq ki, bu forum “Biz pestisidlər təhlükəsi olmayan ölkədə nə zaman yaşayacağıq” sualına cavab tapacaq”.
Bu ilin “Kimya ili” olduğunu deyən Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Andreas Bieber adıçəkilən sektorun ölkəsində əsas sahələrdən oldugunu bildirib. Belə ki, Avropa İttifaqı çərçivəsində əsas ixracatçılardan olan Almaniya bu sahə üzrə ən iri - 25 faizlik paya malikdir. Kimya sahəsində 14 mindən artıq insanın çalışdığı bu ölkə xüsusi öhdəliklərə malikdir: “Kimya sənayesi əhalinin rifahına səbəb olur. O olmadan artan əhalinin tələbatını ödəmək mümkün deyil. Bununla belə, Almaniya 80-ci ildən bəri sənayenin nəticələri ilə mübarizə aparır. Son 30 ildə bu sahədə xüsusi proqramlar icra olunur. öz təcrübəmizi digər ölkələrlə paylaşmağa hazırıq. Hava, su, ətraf mühit çirklənmələri bizi hələ uzun müddət məşğul edəcək. Ona görə də, bu forumun töhfə verəcəyinə inanırıq”.
40-a yaxın ölkənin 120-dən artıq ekspertinin iştirak etdiyi forum ilk iş gününü müxtəlif təqdimatlarla davam etdirib. Sentyabrın 9-da yekunlaşacaq tədbirin sonunda “Qəbələ Bəyannaməsi”nin imzalanacağı gözlənilir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

