Aparıcı geyimi necə olmalıdır?
26.05.2023 [11:02]
Televiziya aparıcısının geyimi söylədiyi qədər vacibdir
Qönçə QULİYEVA
Son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələlərdən biri də aparıcıların geyimləri ilə bağlıdır. Belə ki, bəzən aparıcı geyimləri sosial şəbəkələrdə qalmaqal yaradır. Hər bir televiziya aparıcısı, yəni, spiker izləyici qarşısına çıxarkən yayıma xüsusi hazırlaşır. Aparıcılar daha ciddi və ictimaiyyəti inandırmaq, bir imic formalaşdırmaq üçün çox vaxt rəsmi geyim tərzini mənimsəyir. Bu, eyni zamanda, efir mədəniyyətinin formalaşdırılmasına və qorunmasına xidmət edən amillərdəndir. Efir mədəniyyəti yalnız efir dili ilə məhdudlaşmır. Aparıcı “efir dili” deyilən nitqi ilə yanaşı, həm də üz çizgiləri, mimikaları, davranışı və əlbəttə ki, haqqında bəhs etdiyimiz geyim tərzi ilə yaddaşlarda qalır.
Aparıcının vəziyyətə uyğun geyinməsi özünə inamın açarıdır. Kamera qarşısında isə daha canlı görünmək üçün ala-bula, bəzəkli qısa və açıq geyinmək izləyicinin nəzərlərini çəksə belə, ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Spiker hansısa bəzək əşyalarından da bacardığı qədər uzaq qalmalıdır. Bizlər verilişlərin məzmununa görə aparıcı xanımların və bəylərin müxtəlif geyimlərini görürük. Amma bəzi xanımlar özəlliklə açıq-saçıq, zər-zibalı geyimlər geyinərək izləyicinin diqqətini əslində, verilişə deyil, daha çox özlərinə cəlb edirlər. Nəticə etibarı ilə izləyicinin fikri fərqli istiqamətə yönəlir.
Aparıcıların çoxu klassik və rəsmi geyim üslubunda ekran qarşısına çıxır. Rəsmi geyim bir növ izləyicinin diqqətinin yayınmasının qarşısını alır. Canlı efirdə aparıcı geyimi, davranışı ilə özünü dünyaya və ictimaiyyətə təqdim edir. Təbii ki, bəzən aparıcının geyimi tebeliyində olduğu iş yeri tərəfindən təyin olunur. Yəni, geyimə və imicə tələblər televiziya rəhbərliyi tərəfindən qoyulur.
Bəs aparıcıların geyimi, əslində necə olmalıdır? Aparıcı efirə çıxarkən geyimində hansı məqamlara diqqət etməlidir? Mütəxəssislər bu barədə hansı fikirdədirlər?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi, ATV Plus şirkətinin bədii rəhbəri Nəmənd Rüstəmov qeyd edib ki, bu yaxınlarda Prezidentin Avropa səfərlərinin birində müşayiət edən xəbər komandasının dress kodu ilə bağlı cəmiyyətdə və jurnalistlər arasında polemika yaranmışdı: “Biz bilirik ki, dünyada dress kod anlayışı var. Əgər hər hansı bir mühitdə dress kod tələbi verilirsə, ona uyğun paltar forması və geyim seçilməlidir. Həmçinin buna uyğun vizaj üslubu da seçilir. Xəbər aparıcısının geyimi bu baxımdan çox mühümdür. Son dövrlər internetin həyatımıza nüfuz etməsi ilə televiziya və internet yayımı arasında mübarizə intensivləşib. Televiziyalar müxtəlif yollarla izləyicini cəlb etməyə çalışırlar. Bu baxımdan geyim amili olduqca mühüm əhəmiyyət daşıyır. Braziliyanın tanınmış hava aparıcısı olan xanım cazibədar geyimlər geyinərək populyarlaşıb. Onun apardığı hava buraxılışlarına milyonlarla baxış olur. Lakin peşəkarlıq baxımından olduqca yolverilməz hesab edilir. Çox da vacib hesab edilməyən hava proqnozu işgüzar mühitdə olduqca mühümdür. Belə halda hava proqnozunun aparıcısı verdiyi xəbərdən çox öz cazibəsi və zahiri parametrləri daha diqqət çəkərkən, oxunan xəbər kölgədə qalır. Əgər xəbər mühüm əhəmiyyət kəsb edirsə, onun təqdim olunması zamanı aparıcının geyiminin diqqət yayındırmaması məsələsi nəzərdə saxlanılmalıdır. 1989-cu ildə Ted Teller CNN telekanalının yaradıcısı belə bir fikir deyib: Mənə ulduz xəbər aparıcıları lazım deyil. Xəbərin özünün ulduz olması yetərlidir. Əgər mən yaxşı xəbəri çox yaxşı formada təqdim edə bilirəmsə, onsuz bu xəbərə təlabat olacaq. Xəbər aparıcılarını bəzi yerlərdə “nyus meyker”, “anchorman” və s adlandırırlar. “Anchorman”, yəni, xəbər aparıcısı güvənilən lövbər adam deməkdir. Yəni, xəbər aparıcı dilindən səslənirsə, demək bu xəbərə güvənmək, etibar etmək, etimad göstərmək olar. Həm aparıcının səs tonu, həm təqdimat üsulu, həm geyimi, həm kamera önündə davranışı kimi hər bir xırda detal önəm daşıyır. Aparıcının kişi və ya qadın olması fərq etmir. Aparıcı geyimi, obrazı tamaşaçının diqqətini xəbərin mahiyyətindən yayındırmamalıdır. Belə olanda aparıcı dolayısıyla “xəbərə yox, mənə baxın” deyir və bu, nəticə etibarı ilə reytinqinə təsir edir. Elementar bir fikir deyim, məsələn, aparıcının yaxasına canlı efir zamanı iki mikrofon yerləşdirilir. Biri ehtiyat, digər isə əsas. Əgər problem yaranarsa, ikinci mikrofon onu sığortalayır. Aparıcı mikrofonu onun üzərinə saldıqda adi tərpənişdə kənar səs meydana gəlir. Bu isə bütün prosesin korlanmasına səbəb olur. Və ya xəbər aparıcısının geyimi çox açıq-saçıq olanda geyim izləyicidə qıcıq yaradır”.
“Türkiyənin NTV , Rusiyanın “Russia-24” , “ORT” kimi hegemon televiziya kanallarında hava xəbərlərinin aparıcısı kimi adətən kişilər çıxış edir. Və nəzərə çatdırım ki, bu aparıcılar da zahirən yaraşıqlı olmur. Yəni, mahiyyət zahiri parametrlərin, xəbərin kontentindən diqqətin yayınmasına səbəb olmamasıdır. Aparıcının gözəl olması gərəkli deyil. Bu, əsas məqsəddən yayındırmamalıdır. Xəbər komandasının məqsədi mühüm sayılan xəbəri izləyiciyə düzgün çatdırmaqdır”.
Telejurnalist və müəllif verilişlərinin aparıcısı Dilarə Səlim isə açıqlamasında bildirib ki, aparıcı ictimai rəy barədə də düşünməli, onu nəzərə almalıdır: “Hər kəsin öz zövqü və geyim tərzi var. Televiziya tamaşaçı qarşısında olduğu üçün ictimai rəyi də düşünməliyik. Bundan başqa ən vacib məqamlardan biri verilişin və təqdim olunan informasiyanın yükündən asılıdır . Məsələn, xəbərləri təqdim edən aparıcının geyimi ilə şou-biznes verilişinin aparıcısının geyimi bir-birindən fərqlənməlidir. Düşünürəm ki, izləyicini əyləndirmək üçün olan verilişin aparıcısının geyimi xəbər aparıcısının geyimi ilə eyni ola bilməz. Bundan başqa, televiziya kanalının özü də geyimə nəzarət etməlidir. İnformasiya daha ciddi, rəsmi geyim tərzi tələb edir. Geyim verilişin mahiyyətinə uyğun seçilməlidir. Peşəkar televiziya kanallarının öz stilisti və modelyeri olur. Bütün inkişaf etmiş dünya kanallarında bu təcrübədən istifadə edilir. Hətta Amerika və Rusiyada hər verilişin aparıcısına özəl qarderob mövcuddur. Bu baxımdan kanallar bu mövzuya peşəkarcasına yanaşmalıdır. Hər kəsin öz istəyinə uyğun fərqli formada geyim tərzi ilə izləyici qarşısına çıxması kanalın peşəkar yanaşması deyil. Bu baxımdan kanalın stilisti də bu sahəni dərindən bilməli, qeyri-peşəkar yanaşmamalıdır. Rəsmi informasiyaları təqdim edərkən bir qədər diqqətli yanaşılmalıdır. Geyim, eyni zamanda, aparıcının şəxsiyyəti barədə ilkin təəssüratı yaradır. Məhz buna görə aparıcı barədə ictimai fikir formalaşmış olur. Ümumiyyətlə, geyim zahiri görünüşü formalaşdıran ən önəmli faktordur”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42
