Medianı özbaşınalıq poliqonuna çevirməyə çalışanlar
04.02.2023 [10:51]
Mübariz ABDULLAYEV
Son günlərdə ayrı-ayrı kütləvi informasiya vasitələrində bir kampaniya aparıldığını müşahidə edirik. Sanki eyni bir drijorun çubuğu ilə idarə olunan bu kampaniyada Medianın İnkişafı Agentliyi, “Media haqqında” yeni Qanun, bu Qanunun tələblərinə uyğun olaraq yaradılan Media Reyestri hədəfə alınır. Görünən odur ki, kampaniyanı aparanlar medianı özbaşınalıq poliqonuna çevirməyə çalışırlar. Belələrinin əsas istəyi hüquqdan, qanunun tələblərindən yan keçməkdir. Əcaba, hansısa bir ölkədə qanundankənar hansısa bir fəaliyyət sahəsini təsəvvür etmək mümkündürmü? Bəs onda ölkəmizdəki bəzi media mənsubları niyə bu xam xəyala düşüblər?
Yeni Qanun, Media Reyestri nəyi tələb edir?
Ölkəmizdə “Media haqqında” yeni Qanun 2021-ci ilin dekabrında qəbul olunub. Təbii ki, Qanunda indiki dövrün qlobal çağırışları, ölkəmizin hazırkı inkişaf mərhələsinin reallıqları, dövlətin informasiya siyasəti və s. mühüm məqamlar nəzərə alınıb. Media Reyestrinin yaradılmasında hansı məqsəd güdüldüyü, onun funksiyaları barədə məlumatlar hər kəsə açıqdır. Media Reyestri Qanunun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və MEDİA Agentliyi tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır. Media Reyestri - media subyektləri və jurnalistlər tərəfindən məlumatların daxil edilməsi, media subyektləri və jurnalistlər ilə MEDİA Agentliyi arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin alınması, Reyestrə inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla) əldə edilməsi və digər xidmətlərin göstərilməsini əhatə edir.
Hər şey aydın və konkret yazılıb. Burada jurnalistlərin peşə fəaliyyətinin hansısa bir formada məhdudlaşdırılmasından və yaxud çərçivəyə salınmasından əsla söhbət gedə bilməz. Mövcud qanunvericilik bazası ölkədə KİV-in sərbəst fəaliyyətinə, fikir və söz azadlığının qorunmasına zəruri hüquqi əsaslar yaradır.
Manipulyasiya, yalan, şantaj
Bəhs olunan kampaniyanı başlayanların “İcazəli media istəmirik” iddiaları “Qanunlar çərçivəsində fəaliyyət göstərmək istəmirik” anlamına gəlir. Bunun başqa cür izahı yoxdur. Onların kürkünə birə salan odur ki, “Media haqqında” yeni Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçmələri tələb olunur. MEDİA-nın kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın bildirdiyinə görə, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.
Qanuni əsaslarla fəaliyyət göstərmədiklərinin fərqində olan bəzi saytların təmsilçilərində narahatlıq yaradan səbəb də vaxtın daralmasıdır. İndiyədək Medianın İnkişafı Agentliyi tərəfindən Media Reyestrinin formalaşdırılması, KİV-in və jurnalistlərin burada qeydiyyata alınmaları ilə bağlı mütəmadi qaydada geniş təbliğat və təşviqat aparılıb. Bu barədə televiziya kanallarında maarifləndirici videoçarxlar nümayiş etdirilib. Eyni zamanda, MEDİA-nin mütəxəssisləri media subyektlərində və jurnalistlərdə yaranan sualları operativ qaydada cavablandırıblar. Bütün bunların müqabilində bəzi media mənsublarının “qış yuxusunda” qalmalarına elə onların özləri günahkardırlar.
Əslində, burada söhbət heç gecikməyə, vaxtın daralmasına görə yaranan narahatlıqdan da getmir. Görünən odur ki, bəlli kampaniyanı başlayanlar medianı özbaşınalıq poliqonu kimi görmək niyyətində olanlardır. Göz önündə “babam mənə kor dedi, gəlib-gedənə vur dedi” yanaşması ilə əlinə qələm götürən media mənsublarının “fəaliyyətini” canlandıraq: Biz hər gün nüfuzlu adamların, dövlət qurumlarının, özəl şirkətlərin qarayaxmalara, böhtanlara tuş gəlmələrinin şahidi olacağıq. Əlimizə götürdüyümüz qəzet və jurnallar, izlədiyimiz saytlar və digər informasiya mənbələri bizə feyk xəbərlər çatdıracaq. Kimlərə isə layiq olmadıqları “aydan arı, sudan duru” libası geyindiriləcək, kimlər isə təhqirlərə, şantajlara məruz qalacaqlar. İndi gəl düzü əyridən, yalanı doğrudan fərqləndir, görüm, necə fərqləndirirsən? Yeni qanunun, MEDİA-nın tələbi və istəyi odur ki, mətbuatımızda şəffaflaşma getsin, peşəkarlıq yüksəlsin, jurnalistlər yazdıqlarına görə məsuliyyət daşısınlar. Bəzilərinin qanunun tələblərinin media müstəvisinə gətirilməsini “ondan yazma, bundan yaz” tələbi kimi təqdim etmələri isə sadəcə manipulyasiyadır, yalan və şantajdır.
Reket jurnalistlər və qrant sevdalıları
MEDİA-ya, yeni Qanuna və Media Reyestrinə qarşı çirkin kampaniyaya başlayanların siyahısına nəzər saldıqda mənzərə barədə konkret təsəvvür formalaşır. Xorda səslərini qaldıranları iki qismə bölmək mümkündür:
1. Reket jurnalistlər. Belələri mətbuatımızın üzqaralarıdırlar. Təbii ki, “yaradıcılığı” idarələri gəzməkdən, şantaj yolu ilə kimlərdənsə müəyyən məbləğdə pul qoparmaq üçün çabalardan uzağa getməyən belələrinə Azərbaycan mətbuatında yer ola bilməz. Yeni Qanunun tələblərinə əməl etməklə “reket jurnalistlər” kimi tanınanların at oynatdıqları meydanın əhatə dairəsi daraldılır. Bu isə, əlbəttə ki, onları MEDİA-nın fəaliyyətindən narazı salır.
2. Qrant sevdalıları. Bəli, müasir mətbuatımızın “maralları” sırasında belələri də var. Onlar özləri üçün gün-güzəran düzəltməyin yolunu xaricdəki anti-Azərbaycan dairələrdən qrantlar qopartmaqda görürlər. Təbii ki, qrant sevdalıları bəlli dairələrdən böyük məbləğdə vəsaitləri əldə etmək üşün fəaliyyətlərini də onların istəyinə uyğun qurmalıdırlar. Xüsusi olaraq vurğulayaq ki, sifarişlər əksər hallarda dövlətimiz və milli maraqlarımız əleyhinə materialların hazırlanıb yayılması ilə bağlı olur. Xarici dairələrin sifarişlərini yerinə yetirən qrant sevdalıları da qanuni əsaslarla fəaliyyət göstərə bilməzlər. Buna görə də onlar süni ajiotaj yaratmaqla “Media haqqında” yeni Qanuna, MEDİA-nın prinsipial fəaliyyətinə kölgə salmağa çalışırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

