Orfoepiya normalarında dəyişiklik...
24.11.2022 [10:53]
Cəmiyyətimiz bundan necə yararlanacaq?
Yeganə BAYRAMOVA
AMEA orfoepiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını təklif edib. Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib. Belə ki, institutda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb. Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.
Bildirilib ki, “Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlərin yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.
İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlərin yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].
Qeyd edək ki, “Azərbaycan dilinin yeni orfoepiya normaları” ötən ilin iyununda təsdiqlənib.
Heç bir lüğət bağlı qapı arxasında qəbul oluna bilməz
Professor Qulu Məhərrəmli məlum dəyişikliklər barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. O, qeyd edib ki, bütün dillər kimi Azərbaycan dilinin də yazı qaydaları və tələffüz normaları var: “Məlumdur ki, Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı müəyyən mübahisəli məqamlar olsa da, artıq orfoqrafik qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Hansı ki, həmin qaydalar hazırda mövcud və qüvvədə olan qaydalardır. Lakin orfoepiya normaları ilə bağlı problemlər hələ də mövcuddur. Çünki Azərbaycan dilinin orfoepiya qaydaları sonuncu dəfə 1982-ci ildə, yəni təxminən 50 il öncə çap olunub və həmin qaydalar da hələlik qüvvədədir. Zaman keçdikcə dil inkişaf edir, tətbiq sahələri genişlənir, xüsusilə şifahi nitq özü üçün geniş meydan açır, sosial şəbəkələrin, yutub kanallarının sayı artır. Yəni danışıq dilinin tətbiq dairəsi hədsiz dərəcədə genişlənib. Ona görə də sözlərin düzgün tələffüz normaları vacibdir. Sözlərin düzgün tələffüz qaydalarını necə qəbul etməyimizlə bağlı geniş müzakirələr gedir. Düzdür, keçən il iyun ayının 17-də Nazirlər Kabineti Dilçilik İnstitutunda tələsik hazırlanmış tələffüz normalarını təsdiqləmişdi. O zaman xeyli qüsurlar var idi və biz onunla bağlı mətbuatda çıxışlar edib, iradlar bildirirdik. Ona görə də yaxşı ki, Dilçilik İnstitutunun yeni rəhbərliyi dilimizin orfoepik qaydalarının müzakirəsini yenidən keçirdi. Müzakirələr bir neçə maddələrlə bağlı idi. Sonuncu müzakirələrdə fikir mübadiləsinin olması kifayət qədər müsbət haldır. Heç bir lüğət bağlı qapı arxasında bir neçə akademik və professorun iştirakı ilə tərtib oluna bilməz. Dilçilik İnstitutu bu praktikaya son qoyur, geniş müzakirələr aparılır, mütəxəssislər, yazı-pozu adamları, o cümlədən jurnalistlər, televiziya və radio əməkdaşları bu müzakirələrdə iştirak edirlər. Bütün bunlar təqdirəlayiq haldır. Lakin deyilən iradların nəzərə alınması arzuolunandır”.
Dildə sabitliyi qorumaq lazımdır
Mediamızın, xüsusilə, televiziya əməkdaşlarının sonuncu orfoepik dəyişikliklərdən necə yararlanmasına gəlincə, professor sözlərin əvvəlki qaydada, yəni yazıldığı kimi tələffüz edilməsinin tərəfdarıdır:
“Orfoepik qaydalarda ae saitlərinin yanaşı işləndiyi sözlərin tələffüzü ilə bağlı xüsusi maddə var. Həmin maddədə yanaşı işlənən bir neçə saitlərin, məsələn, əe, üa, aə və s. olduğu qeyd edilir. Son müzakirələrə əsasən aeroport, aerobika kimi sözlərin tələffüzünün əvvəlki, yəni 1982-ci ilin qaydalarındakı kimi “y” hərfinin artırılması kimi olması nəzərdə tutulur. Lakin sonuncu-2021-ci ilki qaydalarda qeyd etdiyimiz saitlər yanaşı gələn sözlərin yazıldığı kimi tələffüzü məqsədəuyğun hesab olunur. Ancaq AMEA Dilçilik İnstitutunda son müzakirələrdə bu qərar verildi ki, həmin saitlər yanaşı olan sözlərdə “y” bitişdirici samiti tələffüzdə mütləq iştirak etməlidir. Bəs, dilimizin tələffüz qaydaları niyə dəyişir? Dilçilik İnstitutundakı çıxışımda da dedim ki, ümumiyyətlə, son illər Dilçilik İnstitutunun çox pis bir təcrübəsi var, əvvəlki qaydaları sürətlə və təkidlə dəyişmək istəyirlər. Dildə sabitliyi qorumaq üçün qaydalar mütləq sabit qalmalıdır, həmin qaydalara toxunmaq olmaz. Çünki hər dəfə yeniliklər olanda müxtəlif mübahisəli məqamlar ortaya çıxır. Bu baxımdan da dil daşıyıcılarını çaşqın vəziyyətə qoymamaq üçün qaydaların sabitliyinə çalışmaq lazımdır. Yəni aeroport, aerodrom kimi sözlər yazıldığı kimi tələffüz edilməlidir”.
Bu, hələ son deyil
Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri, dosent Elçin İsmayılovun sözlərinə görə, orfoepiya qaydalarındakı dəyişikliklərin cəmiyyətin böyük bir kütləsinə aidiyyəti yoxdur: “Çünki orfoepiya normaları, əsasən, elmi, dilçilik və tədris fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulur. Dilçilik İnstitutundakı müzakirələr və qəbul olunan qərarlar son deyil, müzakirələr yenə davam edəcək və müəyyən məsələlərə yenidən baxılacaq. Sonuncu dəfə orfoqrafiya lüğəti çap olunanda cəmiyyətin müəyyən təbəqələrindən, o cümlədən jurnalistlərdən həm təkliflər, həm də etirazlar oldu. Ona görə də orfoepiyada dəyişiklik olarkən çalışdıq ki, cəmiyyətin müəyyən nümayəndələrini dəvət edək, onlar da öz fikirlərini bildirsinlər. Müəyyən təkliflər verildi, məsələyə bir də baxılacaq, yekun qərarı isə Dilçilik İnstitutunun Elmi Şurası verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

