Tarıxı qələbəmiz
24.09.2022 [10:40]
Günel ABBAS
Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılmasından 4 il ötür. Məlumdur ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasət kosmik sənayedə də öz əksini tapıb. Azərbaycanın iqtisadi inkişafa malik ölkələr sırasında olduğunu nəzərə alsaq, peyklərimizin kosmosda mövcudluğu ilə ölkəmiz həm də dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının 4 noyabr 2008-ci il Sərəncamı ölkədə kosmik sahənin inkişafına və peyk layihəsinin həyata keçirilməsinə xüsusi zəmin yaradıb.
Həmin tarixdən 10 il sonra - 2018-ci il sentyabrın 26-da Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. “Azerspace-2” peyki ABŞ-nin “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərir. “Azerspace-2” peykinin orbitdə ömrünün minimum 15 il təşkil etməsi nəzərdə tutulub. Hazırda “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir. Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirməsi proqnozlaşdırılıb.
Prezident İlham Əliyev Azərbaycanın “Azerspace-2” peykinin orbitə buraxılması münasibətlə xalqımızı təbrikində bildirib ki, son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilib: “Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace-2”. ...Biz “Azerspace-2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik.”
Təcrübə göstərir ki, informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatda neftdən sonra ikinci əsas sahə kimi fəaliyyət göstərir. Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var. Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.
Ölkə başçımızın sözləri ilə desək, Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir.
Azərbaycan peykinin Vətən müharibəsindəki müstəsna rolu
Prezidentin “Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək” ifadəsi də çox keçmədən öz təsdiqini tapdı. Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını azad edərək qələbə qazandı və Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə öz töhfəsini verdi. Düşmənin məkrli planlarının, təxribatlarının üzə çıxarılmasında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, həmçinin döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların alınmasında peyklərimizin rolu danılmazdır. Müharibə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzarət edə bilirdik. Prezident İlham Əliyev Azərbaycan peyklərinin əhəmiyyətini dəfələrlə diqqətə çatdırıb: “Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.
Təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı layihələrin reallaşdırılmasında da peyklərimizin böyük əhəmiyyəti var. Belə ki, azad olunmuş ərazilərimizin “Azersky” peykindən əldə edilən təsvirləri layihələrin hazırlanmasında böyük üstünlüklər yaradır. Son olaraq, qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilib. Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək və Konqres Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq. Bu, ölkəmizdə kosmik sənayenin inkişafının təzahürü kimi qiymətləndirilməlidir. Bakıda keçiriləcək beynəlxalq tədbir Azərbaycanın qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

