Məhsuldar insan...
26.08.2022 [10:12]
O nəyi, necə edir?
“Hər kəs nəyisə dəyişdirmək və ya düzəltmək barədə danışır, amma nəticə etibarı ilə edə biləcəyiniz tək şey özünüzü düzəltməkdir. Və bu artıq çox şey deməkdir. Çünki əgər özünüzü düzəldə bilsəniz, bu dalğa effekti verəcək”, - Rob Rayner.
İnsanlar maşın deyillər və hər birimizin öz istəkləri var. Lakin biz əhəmiyyətli bir şey etmək, bütün imkanlarımızı göstərmək və həqiqi mahiyyətimizi kəşf etmək istəyirik.
Əgər həyatımız qərarlardan ibarətdirsə, yüksək məhsuldar insanlar onları necə qəbul edirlər?
Onlar nəyin ən vacib olduğunu bilirlər
Daha əvvəl qeyd etdiyimiz kimi, məhsuldarlığın sirri etdiyin işi sevməkdir. Vaxtımızı vacib hesab etdiyimiz işlərə sərf edərkən məhsuldar və məmnun olmaq daha asan olur. Əslində yanlış işləri səmərəli şəkildə yerinə yetirməyiniz o qədər də yaxşı bir şey deyil. Bu, ümumiyyətlə, daha pisdir. Çünki səmərəliliyiniz artdıqca yanlış istiqamətdə irəliləməyə davam edirsiniz.
Onlar yolunu özləri seçirlər və başqalarını bunu onların adından etməyə qoymurlar
Yüksək məhsuldar insanlar sual verməyə meyillidirlər. Onlar başqalarının dediklərinə kortəbii şəkildə qəbul etmirlər. Onlar müəyyən uyğunsuzluqları tapmaq üçün, hətta öz fikirlərini belə şübhə altına alırlar. Kimsə soruşanda ki: “Siz A və ya B variantını ala bilərsiniz, nə istəyirsiniz?”, onlar cavab verirləri: “Mən C variantını istəyirəm, zəhmət olmasa”.
İlk başlarda bu çətin gəlir, amma təcrübə yığandan sonra daha asan olur. Anlamaq vacibdir ki, həyatınız boyu sizin adınızdan qərar qəbul etmək insanlar çox olacaq. Onların öz məqsəd və vəzifələri var. İlk növbədə, insan olaraq onlar da birinci özlərini düşünürlər.
Məhsuldar olmaq üçün vacib olanını etmək və düzgün hədəflərə can atmaq lazımdır. Siz sizə aid olmayan xarici gözləntilərə qarşı durmalısınız. Yalnız hər şey nəzarət altında olduğu zaman məhsuldar olmaq mümkündür, əks təqdirdə başqalarının manipulyasiyaları üçün açıq olacaqsınız.
Onlar istədikləri kimi həyatdan zövq alırlar
Bu insanlar yüksək məhsuldarlığa baxmayaraq, hobbi və ya digər maraqlara vaxt sərf etməkdən çəkinmirlər. Necə deyərlər, zövqlə keçirdiyin vaxt boşa getmir. Və bu əsas məqamdır - zövqlə keçirdiyiniz vaxt. Bəlkə də qəribə bir hobbiniz var və ya əyləncə ilə bağlı fikirləriniz digər insanların fikirlərindən fərqlidir. Nə fərqi var? İstədiyinizi edin.
Onlar dialoq zamanı həqiqətən dinləyirlər
Məhsuldar insanlar dinləməyi bacarırlar. Dinləmək bacarığı layiqincə qiymətləndirilməyən keyfiyyətlərdən biridir. Əslində onu inkişaf etdirmək asandır: sadəcə, başlayın.
Empatiya təcrübə tələb edir. Bəzən digər insanın nə söylədiklərini təkrarlamaq faydalıdır. Avtomatik olaraq deyil, “düzgün başa düşdüyümə əmin olmaq” məqsədi ilə. Vaxt keçdikcə yalnız deyilənləri deyil, həm də deyilməyənləri (və bəzən daha vacib olanı) eşitməyi öyrənə bilərsiniz.
Onlar oyanmaq və yuxuya getmək üçün hansı vaxtın ən yaxşı olduğunu başa düşürlər
Və bu vaxt hər kəs üçün fərqlidir! Yüksək məhsuldar insanlar ideal ritmlərini tapandan sonra, nadir hallarda istisnalar edərək ona riayət etməyə çalışırlar. Əlbəttə ki, zaman-zaman dəyişikliklər etmək xoşdur. Ancaq müəyyən bir prosedura mütəmadi olaraq riayət etməklə daha səmərəli olacaqsınız.
Yüksək məhsuldar insanlar qarşılarına məqsəd qoyurlar
Məqsədlər fərqlidir və bəzi effektiv insanlar onları “məqsəd” adlandırmırlar. Onlar bilirlər ki, proses faktiki hədəflərə çatmaqdan daha vacibdir, amma prosesə başlamaq üçün səy göstərməli olduğunuz son nöqtəni müəyyən etməlisiniz.
Məqsədlər - bizim üçün vacib olan dəyərlərin və onlara görə hər gün etdiyimiz seçimlərin ifadəsidir. Həqiqətən də məhsuldar olan insanlar bilirlər ki, bu gün atılan addımlar onların sabahkı imkanlarına təsir göstərir.
Nəhayət, onlar başqalarına xidmət etmək və özlərinə qayğı göstərmək arasında tarazlıq tapırlar
Yüksək məhsuldar insanlar bilir ki, dünya yalnız onların ətrafında fırlanmır. Və onlar başqalarına bacardıqları qədər xidmət etmək istəyirlər. Onlar nəyisə dəyişdirmək istəyirlər! Məqsədlərini, dəyərlərini və qərarlarını nəzərə aldıqları üçün bu həmişə mövcuddur.
Buna baxmayaraq, həyatda mümkün qədər səmərəli olmaq və həqiqətən istədiyini əldə etmək üçün özünüzü də unutmamalısınız. Siz eyni anda həm özünüzə, həm də başqalarına yaxşılıq etməlisiniz. Bu, dixotomiya və “və ya - və ya” seçimi deyil.
Bir daha təkrar edək: həqiqətən də məhsuldar olan insanlar vaxtdan maksimum dərəcədə istifadə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

