Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qiymətli sərvət: palçıq vulkanı...

Qiymətli sərvət: palçıq vulkanı...

13.08.2022 [10:37]

Əcnəbilər onun üçün Bakıya gəlirlər, biz isə istifadə etmirik

M.BAYRAMLI

Ötən sayımızda palçıq vulkanlarının yaranma səbəbləri barədə yazmışdıq. Bu gün isə palçıq vulkanlarının müalicəvi xüsusiyyətlərindən söz açacağıq. Şübhəsiz, təbii metodlarla müalicə həmişə ən keyfiyyətli və ən tibarlı olaraq qalır. Palçıq vulkanları da bunların arasında ən faydalı biri kimi hesab olunur. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur.

Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb. Bundan başqa, palçıqlar bakterisid maddələr və digər birləşmələr özündə ehtiva edir ki, onlar orqanizmin müalicəsində müsbət rol oynayır.Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir. Eləcə də cavanlaşdırıcı və bərpaedici təsirə malikdir. Bronxit və amfizem üçün effektiv müalicəvidir.

Bundan başqa, osteoporozun, oynaqlar və bel kürəyinin digər xəstəliklərinin müalicəsində təsirlidir. Menstrual pozğunluqlar və sonsuzluq kimi ginekoloji problemlərdə effektiv təsir göstərir. Sədəf, atopik dermatit, ekzema kimi dermatoloji xəstəliklərlə mübarizədə faydalıdır. Mütəxəssislər də təsdiqləyir ki, vulkan palçığı tərkibli məhsullar ən effektli təbii kosmetik vasitələr sayılır. Son vaxtlar palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları da üstələyir. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.

Vulkan palçığından hazırlanan həmin məhsullar müxtəlif dəri problemlərinin həllində istifadə edilir. Kosmetoloqların fikrincə, ev şəraitində həftədə iki dəfə 15 dəqiqə ərzində həmin tərkibli məhsullardan istifadə etməklə yüksək nəticəyə nail olmaq mümkündür. Həmin məhsullar dəridə olan quruluq, yağlılıq, qırış və aknelərin qarşısını alır. Üstəlik, həmin palçıq həm də hipoallergen olduğuna görə allergik səpgilərin sakitləşməsinə də faydalı təsir göstərir.

İnsanların bəzən palçıq vulkanından kortəbii istifadə etməsi müəyyən təhlükə yarada, insan sağlamlığına zərər vura bilər. Odur ki, palçıq vulkanının ərazisində monitorinq keçirilməyibsə, vulkan məhlulunun insan sağlamlığına təsirinin müəyyən olunması məqsədilə analizlər aparılmayıbsa və radiasiya fonu ölçülməyibsə təhlükəli hesab edilir.

Palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanıb. Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılıb.

CNN: Azərbaycanın palçıq vulkanı dünyanın təbiət möcüzəsi

Palçıq vulkanı təkcə müalicəvi deyil, həm də turizm baxımından əlverişlidir. Azərbaycana gələn qonaqlar bu əraziyə böyük maraq göstərirlər. Qürurla deyə bilərik ki, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini də cəlb edir. Elə CNN travel saytında da bu barədə məqalə dərc olunub. Məqalədə Azərbaycan palçıq vulkanı dünyanın 50 təbiət möcüzəsi sırasında öz yerini alıb. Qeyd olunub ki, palçıq həvəskarlarının üz tutduğu məkanlardan biri də Azərbaycanın paytaxtı Bakıdan 65 kilometr cənubda yerləşən, kiçik vulkanlardan müntəzəm olaraq qalın boz palçığın püskürdüyü Qobustandır. Ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədilib. Eləcə də palçıq vulkanlarının müalicəvi xüsusiyyətləri işıqlandırılıb. Bakıdan təxminən 70 kilometr qərbdə yerləşən qayaüstü rəsmlərdən də bəhs edilib.

Bu gün dünyanın maraq dairəsində olan palçıq vulkanlarımızdan kifayət qədər faydalana bilirikmi? Əhalinin neçə faizi palçıq vannası qəbul edib? Əfsuslar olsun ki, bu möcüzədən hələ də yararlanmayan insanlar var. İllərdir bizə təmənnasız bəxş edilən möcüzədən yetərincə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma ərazimizdə olan palçıqlara biganəlik göstəririk.

Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Əgər turist bizdə olanın adını tutub ölkəmizə təşrif buyurursa, biz niyə əlimizdə olan imkandan düzgün istifadə edə bilməyək.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30