Prezidentin çağırışı ilə
05.08.2022 [10:20]
Şuşanın mühafizə zonasının mühafizə rejimi təsdiqlənib
G.ABBASOVA
Yəqin ölkə başçısının çıxışlarını diqqətlə izləyənlər kimi hamımızın yadındadır. Prezident İlham Əliyev 14 yanvar 2021-ci il tarixində Şuşaya etdiyi səfər zamanı demişdi ki, biz bu şəhəri bərpa edəcəyik və bundan sonra Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Dövlət başçısının verdiyi hər bir sözün təsdiqini tapması artıq heç kəsə sirr deyil. Şuşada yenidənqurma işləri sürətlə aparıldı və bu gün də həmin işlər sistemli şəkildə davam etməkdədir. Şuşa şəhəri həm Qarabağın üzüyünün qaşı, həm də bizim göz bəbəyimizdir. Bunu həm əməldə, həm də öz sözlərində sübut edən Prezident İlham Əliyev Şuşanın mühafizəsinə də xüsusi önəm verir. Dövlətimizin başçısı öz çıxışlarında Şuşada tarixi abidələrin və Şuşanın təbiətinin Azərbaycan xalqı üçün əhəmiyyətini diqqətə çatdırır, bu yerlərin ən yaxşı şəkildə qorunmalı olduğunu bildirir. Bunun nəticəsidir ki, hələ 2021-ci ilin noyabr ayının 26-da Nazirlər Kabineti “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri”nin təsdiq edilməsi haqqında qərar qəbul etmişdi. Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilən qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edildi, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yarandı.
Ölkə başçısının Şuşanın mühafizəsi ilə bağlı çıxışları, çağırışları mühafizə rejimi ilə bağlı qərar imzalanmasını zəruri edirdi. Bu zərurətdən irəli gələrək avqustun 4-də Nazirlər Kabineti Şuşanın mühafizəsi ilə bağlı daha bir qərar imzalayıb. Qərarla “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib. Bu Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir. Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Qoruğun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyət kəsb edən ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsini, bədii-estetik görkəmini, onların təhlükəsizliyini və uzu?ömürlülüyünü təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Mühafizə zonasının hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə mühafizə rejiminin tətbiq edildiyi sahə hesab edilir.
Mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır. Mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilmir. Mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.
Mühafizə zonasında “Reklam haqqında” Qanunun tələblərinə uyğun olaraq İdarənin razılığı ilə reklam yerləşdirilə bilər. Mühafizə zonasında mühəndis-kommunikasiya xətləri çəkilərkən və ya təmir-inşaat işləri aparılarkən, zəruri texniki təhlükəsizlik və yanğından mühafizə tədbirləri görülməlidir. Hüquqi və fiziki şəxslər mühafizə zonasında bu Sənəddə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş tələblərə və məhdudiyyətlərə əməl etməlidirlər.
Şuşada müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək
Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir. Sənəddə, həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.
Şuşanın təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcək
Sənəddə qeyd edilib ki, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

