İslam təqviminin birinci günü
16.07.2022 [10:21]
Təqvimlər haqqında bilmədiklərimiz
MİKAYIL
Vaxtın hesablanması sistemi və onu təsvir edən cədvəl təqvim adlanır. Bu söz ərəbcə “tərtib və tənzimetmə”, “qaydaya salma”, “yerinə qoyma” mənasına gəlir. Təqvimlərin tarixi çox böyükdür. Hələ 5000 il bundan əvvəl ilk təqvimlər tərtib olunmuşdu.
Təqvim hansı zərurətdən yaranmışdı?
Təqvimlərin meydana gəlməsi insanların həyat zəruriyyətləri ilə bağlıdır. Qədim insanların təsərrüfat məşğuliyyəti hava şəraitindən, iqlimin dəyişməsindən asılı olduğu üçün vaxtın hesablanmasına ehtiyac yaranmışdı. Lakin qətiyyətlə demək olar ki, təqvimlərin meydana gəlməsində əsas “xidmət” iki səma cisminə - Günəşə və Aya aiddir. Əgər təqvim yalnız ayın hərəkətinə əsasən tərtib edilmişsə, o, ay təqvimi və ya qəməri (ərəbcə ay deməkdir) təqvim adlanır. Burada başlıca rolu ayın səfhələri (fazaları) oynayır. Ayın dörd səfhəsi var. Bunlar hərəsi bir həftəyə uyğundur və ayın günəşə və yerə görə qarşılıqlı vəziyyətindən asılıdır. İki eyni ay səfhəsi arasında keçən müddət 29,5309 orta günəş gününə bərabərdir. Bunu ilk dəfə qədim Babil krallığında hesablamışdılar. Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə dövr etməsini 12 sinodik aya ilk dəfə bölən b.e.ə. 3000-2500-ci illərdə babillilər olub. Onların qəbul etdiyi bu təqvim Qəməri adlanıb. Həmin təqvimə əsasən 1 il 354,3 gündür. Yəni Ay planetinin Yer ətrafında 12 dəfə tam dönməsi 354,3 gün ərzində baş verir.
Müsəlmanların Hicri-qəməri təqvimi necə yarandı?
Müsəlman təqvimi dedikdə Hicri-qəməri təqvim nəzərdə tutulur. Ərəblər də hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimindən istifadə ediblər. Onlar sonradan, yəni miladi 622-ci ildə həz. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsini yeni tarixin hesablanma anı, müsəlman erası və Hicri-Qəməri təqviminin başlanğıcı kimi qəbul ediblər. İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə hicrət etdiyi Məharram ayı isə ilin birinci ayı hesab olunub. Hicri-qəməri təqviminin bir ili Şəms (Günəş) təqviminin bir ilindən 11 gün azdır. Həmin səbəbdən eyni müsəlman gün və bayramları hər il Miladi təqviminin müxtəlif günlərinə təsadüf edir.
Hicri-qəməri təqvimində ayların adları və mənaları, ardıcıllığı və günlərinin sayı belədir:
1) Məharram;
2) Səfər;
3) Rabiuləvvəl;
4) Rabiulaxır;
5) Cəmədiyuləvvəl;
6) Cəmədiyulaxır;
7) Racəb;
8) Şəbən;
9) Ramazan;
10) Şəvval;
11) Zulqadə;
12) Zulhiccə.
Müsəlman təqviminin bütün tək ayları əksər hallarda 30 gündən, bütün cüt ayları isə 29 gündən ibarətdir. Yalnız 12-ci ay - Zulhiccə ayı istisna təşkil edir. Həmin ay ilin uzun və ya qısa olmasından asılı olmayaraq 30 gündür. Mənası “Həccin sahibi”, “Həcc ziyarətçisi” olan Zulhiccəni bütün dünya müsəlmanlarının “konqresi” anlamı kimi də qəbul etmək olar. Çünki hər ilin bu ayında milyonlarla müsəlman buraya yığışıb Kəbəni ziyarət edirlər. Bu ayın 9-u Ərəfə günü, 10-u isə Qurban bayramıdır. Bu il təqvimə görə, 1444-cü ildir.
Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən - 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra - 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunub. 1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox “Hicri-qəməri təqvim” adlanmağa başladı. Hicri-qəməri təqvimində göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla - sinxron cədvəllər vasitəsi ilə, Qriqori təqviminə çevrilə bilərdi.
Hicri-şəmsi təqvimi isə İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilir. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanıb və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılıb. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü - Novruz bayramı hesab olunur.
Miladi təqvimi və ya Qriqori təqvimi
Qriqori təqvimi dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimidir. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilib.
Yanvar-31 gün
Fevral-28 və yaxud 29 gün
Mart-31 gün
Aprel-30 gün
May-31 gün
İyun-30 gün
İyul-31 gün
Avqust-31 gün
Sentyabr-30 gün
Oktyabr-31 gün
Noyabr-30 gün
Dekabr -31 gün
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

