100 milyon nəfər...
18.06.2022 [11:08]
Qaçqın və məcburi köçkünlərin sayı ən yüksək həddə çatıb
Nicat PAŞA
BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqət mərkəzində saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüfverici məqam ondan ibarətdir ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəmizi dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.
Dünyada qaçqın və məcburi köçkünlərin sayı hazırda 100 milyon nəfərlik həddi aşıb və bununla da II Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu məlumatı 20 iyun - Dünya Qaçqınlar Günü ərəfəsində yayıb. QAK-ın rəhbəri Filippo Qrandi bildirib ki, beynəlxalq ictimaiyyət münaqişələrin davamlı həllinə nail olmazsa, bu təhlükəli trend qarşıdakı dövrdə yüksələn xətlə davam edəcək.
Bildirilib ki, 1951-ci ildən, yəni BMT QAK təsis ediləndən bəri Ukraynada yaranmış böhran nəticəsində kütləvi qaçqın axını qısa zamanda yaranmış ən böyük qaçqın böhranıdır. Ukraynadakı vəziyyəti nəzərə alaraq, komissarlıq öz hesabatına təkcə ötən ili deyil, eyni zamanda dünyadakı aktual vəziyyəti də daxil edib.
Hesabatda qeyd edilib ki, 2021-ci ilin dekabr ayına olan məlumatlara əsasən, dünyada 89,3 milyon insan müharibə, güc tətbiqi, təqib və insan haqlarının pozulmasına görə qaçqınlıq həyatı yaşayır. Hazırda onların sayı 100 milyonluq həssas həddi aşıb. Bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə səkkiz faizdən çox artım deməkdir. Qaçqınların sayı ilbəil artmaqdadır və 2021-ci ildə onların sayı 2011-ci ilə nəzərən iki dəfə artıb. O da vurğulanıb ki, Türkiyə, Kolumbiya, Uqanda, Pakistan və Almaniya dünyada ən çox qaçqın qəbul etmiş ölkələr siyahısında öndə durur.
Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Sonuncu dəfə 250 min etnik azərbaycanlı tarixi torpaqlarından qovulub, 700 minə yaxın soydaşımız isə Qarabağdan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.
Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahısxa türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.
BMT-nin açıqlamasına görə, dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə - Pakistan, İran və Suriyaya aiddir.
Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Həmin şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.
Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalır.
Azərbaycan dövləti öz dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman ən əsas vəzifələrdən biri hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ?lu ?ndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımız üçün ən ağrılı problemin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Bu strategiya Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunların nəticəsidir ki, indiyədək yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir neçə ildə, daha dəqiq desək, 2018-2019-cu illər ərzində Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. 2019-cu ildə 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bu da rekord göstəricidir. Bu məcburi köçkünlər arasında Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları və əlillər də var. Həmin illər ərzində istifadəyə verilmiş “Qobu Park”, Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binaları, Abşeron və Sumqayıtda salınmış yaşayış kom-?lekslərində 192 şəhid, 2 Milli Qəhrəman ailəsinə, 147 Qarabağ müharibəsi iştirakçısı və əlilinə, Aprel döyüşlərinin 4 iştirakçısına yeni mənzil verilib. 2020-ci ildə isə məcburi köçkünlər üçün salınmış “Qobu Park - 3” yaşayış kompleksinin açılışı olub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.
Artıq Azərbaycan öz gücü ilə nail olduğu parlaq qələbə ilə regionda yeni reallıq yaradıb. Mənfur düşmənin 30 ildir işğal altında saxladığı dədə-baba torpaqlarımızı Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi, Azərbaycan Ordusunun gücü, xalq-iqtidar birliyi nəticəsində işğaldan azad etdik. Dərhal sonra isə Qarabağımızda abadlıq-quruculuq işlərinə başlanıldı. Hazırda “Böyük Qayıdış”ın qısa zamanda reallaşması üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39

