Uşaqlardan uzaq düşən düşərgələr
11.06.2022 [12:17]
Yay düşərgələri yoxdur, olanlar isə fantastik qiymətə...
Yeganə BAYRAMOVA
Builki tədris ilinin yekunlaşdığını nəzərə alsaq, məktəblilərin yay tətilində səmərəli vaxt keçirməsi ilə bağlı suallar gündəmə gəlir. Lakin tətilə buraxılan uşaqların əksəriyyəti gününü ya televizor qarşısında, ya da həyətdə oynamaqla keçirir. Beləliklə, yay tətili səmərəsiz və faydasız şəkildə keçmiş olur.
Sovet dönəmində digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Ukraynada “Artek”, Rusiyada isə “Oqonyok” adlı məşhur pioner düşərgələri var idi. Orada dünyanın hər yerindən, eləcə də Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər...
Ümumiyyətlə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi - “Qağayı”, “Qırmızı Qərənfil”, “Məşəl”seçilmişlər sırasında idi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalanı isə ölkənin digər səfalı rayonlarında idi. Amma illər keçdikcə bu sektorda vəziyyət pisliyə doğru dəyişib. Belə ki, SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə, istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi. Ümumilikdə, 50-ə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Hazırda çox az sayda uşaq yay düşərgəsinə gedə bilir, həmin uşaqların da böyük əksəriyyəti demək olar ki, imkanlı şəxslərin uşaqları, özəl təhsil ocaqlarında oxuyan məktəblilərdir. Günümüzdə yay düşərgələri təşkil edən özəl şirkətlər olsa da, təklif edilən qiymətlər orta statistik ailələr üçün əlçatan deyil. Xatırladaq ki, sovet dövründə bir uşağın 20 günlük düşərgə xərci təxminən 14-15 rubl təşkil edirdi. Şəhər düşərgələrində isə bu məbləğ iki dəfə az-7-8 rubl idi. Beləliklə, bütövlükdə xərclərin demək olar ki, böyük qismini dövlət qarşılayırdı.
Bugünkü qiymətlər
Hazırda yay düşərgələrinin ən ucuzu 40-50 manat, ən bahalısı isə 1600 manatdır. 40 manata təklif edilən düşərgə Nabranda təşkil olunur və 8 gün nəzərdə tutulur. Bura nəqliyyat, qalmaq üçün yer, qidalanma, köynəklər, atıcılıq, atçılıq, oxatma, idman oyunları, şəhər turu və s. daxildir.
1600 manata olan düşərgədə 4 həftə Qubada qalmaq mümkündür. Qiymətə nəqliyyat, qalmaq üçün yer, qidalanma, əyləncələr, debatlar, idman oyunları, ingilis dili tədrisi daxildir. Qiymət yüksəkliyi düşərgədə xarici dil kurslarının təşkili ilə izah edilir.
Statistika yoxdur...
Dövlət Statistika Komitəsindən (DSK) “Yeni Azərbaycan”a verilən açıqlamaya görə, ölkəmizdəki yay düşərgələrinin sayı ilə əlaqədar statistika aparılmır: “Komitə tərəfindən yay düşərgələrinin sayına dair hansısa statistik göstəricilər yoxdur”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin sözlərinə görə, iyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay düşərgəsi təşkil ediləcək. Onun sözlərinə görə, 2 həftəlik müddət ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur.
Sovet dövründə yalnız imkanlı şəxslərin övladı düşərgəyə getmirdi...
Sosioloq-alim Əhməd Qəşəmoğlu bildirir ki, əvvəllər Qubada və ya Mərdəkanda yay düşərgəsi olsa da, Ukraynadakı “Artek” yay düşərgəsinə gedib-gələnlərə kosmosdan gələn adam kimi baxırdılar: “Onların hər biri gəldikdən sonra ətrafındakı adamlara yeniliklər öyrədirdilər. Yəni düşərgələrdə sadəcə gəzib-əylənmirdilər, həmçinin yeni nələrsə öyrənirdilər. Bu baxımdan yay düşərgələri olduqca gözəl sistem idi. Təəssüf ki, hazırda yay düşərgələri demək olar ki yoxdur, ləğv olunub. İmkanlı şəxslərin uşaqları bütün yayı Azərbaycanın gözəl guşələrini gəzirlər, amma yoxsul ailələrin övladları bundan da yararlana bilmirlər. Sovet dövründə isə ancaq imkanlı şəxslərin uşaqları düşərgəyə getmirdi”.
Sosioloqun sözlərinə görə, yay düşərgələri imkan verirdi ki, məktəblilər, həmçinin gənclərin başı neqativ işlərə qarışmasın, vaxtlarını daha səmərəli keçirsinlər: “Şəxsən mənim imkanım olsa, yay düşərgəsi təşkil edib orada bədii ədəbiyyatı geniş təbliğ edərəm. Təəssüf ki, ölkəmizdə belə viktorinalar yoxdur. Hər dəfə bu barədə danışanda ürəyim ağrayır. Sanki bu sahədə işlərin görülməsinə maraq yoxdur, görünür yay düşərgələrinin təşkili o qədər də maddi gəlir gətirmir. İnsanlar mənəvi məsələlərə daha az əhəmiyyət verirlər. Düşünürəm ki, bu məsələyə kəskin münasibət olmalıdır, hər bir yay düşərgəsinin pullu olması nə dərəcədə düzgündür? Yoxsul adamın övladı da Vətənimiz üçün bir ümid yeridir. Yay düşərgələri təşkil edib gənclərimizi Vətən uğrunda daim vuruşmağa yönəldə bilərik, düşərgə sadəcə istirahətdən ibarət deyil. Cəmiyyətdə xoşagəlməz proseslər gedir və həmin düşərgələrdə nümunəvi mühit yaradaraq gənclərin həqiqəti dərk etməsinə nail ola bilərik. Ancaq təəssüflər olsun ki, bu məsələdə xoşagəlməz bir boşluq var”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

