Bu gün bayram, erkən oyanın, uşaqlar!
01.06.2022 [10:40]
Müşfiqə BAYRAMLI
Yaşasaydı, bu gün balaca
Narin üçün də bayram olacaqdı...
Bu gün bayram
Erken kalkın, çocuklar
Giyelim en güzel giysileri
Elimizde taze kır çiçekleri
Üzmeyelim bu gün annemizi
Rəngləri uşaqlara buraxın!
Dün gece düşündüm de renkler
olmasaydı
Yaşanmazdı bu dünyada
Korktuğum odur ki kapkara
bir dünyayı
İsteyenler var aramızda
Tartışılmaz zevkler ve renkler, sizin olsun bütün bu zevkler
Bırakın renkleri çocuklara
“Heç qırmızı rəng ağac görmüsünüzmü? Göyün niyə mavi rəng olduğunu düşünmüsünüzmü? Niyə günəş sarı, ot yaşıldır? Hər şeyin bir rəngi var. Təbiət tarazlığını dəyişməz”, - deyə böyük türk sənətçisi Barış Manço demişdi. Amma bu tarazlığı dəyişmək, dünyanı daha yaşanılmaz hala salmaq istəyənlər də vardı. 7-dən 70-ə hər kəsin sevimlisi olan Barış abi sərhədləri aşaraq buna mane olurdu. Dünyanın dörd bir yanını gəzib hər zaman uşaqların səsi olmağa, uşaqların həyatına rəng qatmağa çalışırdı. Onlara sərvət dəyərində mahnılar miras qoyub getdi. Bu mahnıların hər birində deyildiyi kimi dünyanın xilası məhz uşaqların əlindədir.
Bugüntarixin ən gözəl səhifələrindən biridir. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarixdə gələcəyimizin təminatı, yaşamaq sevincimiz olan uşaqların səsi, sevinci, gülüşləri yatır. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Ölkəmizdə uşaqlar əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Eləcə də ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların intellektual, psixoloji inkişaflarına dəstək sahəsində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri mövcuddur.
1 iyun həm də uşaqruhlu insanların, bu gün dünyaya göz açanların, eləcə də ana olanların günüdür. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü mutlu və qutlu olsun.
Yaşasaydı, bu gün balaca Narin üçün də bayram olacaqdı. Təəssüf ki, dünyada hələ də uşaqlar təcavüzə, zorakılığa, irqi və milli ayrı-seçkiliyə, deportasiya və soyqırımlarına məruz qalırlar. Onların içərisində erməni terrorunun qurbanına çevrilmiş günahsız azərbaycanlı uşaqları da var. Narin Xalıqova da həmin günahsız, məsum körpələrdən idi. 2019-cu il dekabrın 17-də Gəncədə dünyaya gəlmişdi. Ailənin tək övladı olan Narin 5 illik həsrətə son qoymuşdu. Gəlişi gec olsa da, gedişi qəfil oldu. Anası və yaxınları ilə birlikdə erməni terrorunun qurbanına çevrildi. Şəhid statusunu aldı. Təsadüfi deyil ki, sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində təşkil edilən yürüşdə Birinci vitse-prezident Mehriban Əliyeva şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləmişdi.
Ümid edirik ki, dünyanın hər yerində uşaqlar xoşbəxt olsun, sülh və əmin-amanlıq şəraitində yaşasınlar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

