Peşə təhsili üçün stimulverici addım
28.04.2022 [10:19]
Dövlət bütün təhsilalanların xərcini üzərinə götürür
Günel ABBAS
Son illər Azərbaycanda peşə təhsilinə diqqət artıb. Texniki peşələrə və xidmət sferalarına, xüsusilə turizm sahəsinə böyük maraq müşahidə edilir. Paralel olaraq əmək bazarında da yüksək peşəkarlığa malik işçilərə tələbat artmaqdadır. Bu mənada, texniki peşə təhsili sisteminin inkişaf etdirilməsinə böyük ehtiyac var. Son 8 il üzrə olan məlumatların təhlili göstərir ki, peşə məktəblərində oxuyanların bilik səviyyələrinin yüksəldilməsində müsbət irəliləyişlər əldə olunub. Müsbət tendensiyanın davamlı və dinamik olması istiqamətində ölkədə bu gün də ardıcıl işlər aparılır. Prosesin davamı kimi “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikləri nümunə gətirmək olar. Belə ki, dəyişikliklərə əsasən peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd təyin ediləcək.
Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. O bildirib ki, qanun layihəsi peşə təhsilinin müəyyənləşdirdiyi ümumi təhsil strategiyasının tərkib hissələrindən biridir və mütərəqqi xarakter daşıyır: “Bu dəyişikliyə görə, dövlət peşə məktəblərində dövlət sifarişli, dövlət büdcəsi və ödənişli əsaslarla təhsil alanlar semestr imtahanlarının nəticələri əsasında müvafiq icra qurumu tərəfindən təyin edilmiş məbləğdə təqaüd alacaqlar. Dəyişiklik əhəmiyyətlidir, çünki dövlət bütün təhsilalanların xərcini üzərinə götürür. Təhsilalanlara bərabər imkanların təşkili üçün şərait yaradılır. Ailələrin yükü yüngülləşir, peşə təhsili təşviq edilir. Bu dəyişiklik həm də ona görə önəmlidir ki, işğaldan azad edilmiş ərazilərin dirçəliş prosesində müxtəlif peşə sahibləri lazımdır. Bu, məşğulluğuт artmasına da müsbət təsir göstərər, peşə təhsilinə olan marağı yüksəldər”.
Parlamentin Elm və Təhsil komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub: “Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdün təyin edilməsi təklif olunur. Bu qanun layihəsi də ölkəmizdə peşə təhsilinin inkişafı, həm də müxtəlif sahələrdə kadr təminatı siyasətinin uğurla həyata keçirilməsi üçün atılan addımlardan biridir. Bu gün kənd təsərrüfatı, sənaye, habelə yüksək texniki bilik tələb edən bir sıra sahələrdə kadr potensialına ciddi ehtiyac var. Məhz bu ehtiyacı qarşılamaq üçün peşə təhsilinin inkişafı vacibdir. Bu tendensiya özünü Avropanın inkişaf etmiş ölkələrində də göstərir. Əvvəlki dövrlərə nisbətən hazırda peşə təhsilinə maraq artıb. Ancaq bu münasibəti daha kütləvi hala gətirmək üçün innovativ vasitələrdən, mütərəqqi modellərdən istifadə etmək lazımdır. İnanıram ki, ölkəmizdə bu istiqamətdə müvafiq addımların atılması müxtəlif sahələrdə irəliləyişlərə təkan verəcək. Bununla həm də hər bir sahə üzrə gənc, peşəkar mütəxəssislər yetişdiriləcək. Bütün sahələr üzrə mütəxəssislərin yetişməsi isə indiki dövrdə bizim üçün xüsusilə vacibdir. Vətən müharibəsindən ötən dövrdə işğaldan azad edilmiş regionlarda aparılan abadlıq-qurulucuq işlərində, ən əsası Böyük Qayıdışın reallaşmasından sonrakı mərhələdə həmin ərazilərdə kənd təsərrüfatının inkişafında həmin mütəxəssislərdən geniş istifadə olunacaq. Bu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı hədəflərimizin daha yüksək səviyyədə reallaşmasına yol açacaq”.
Təhsil eksperti Elçin Əfəndi isə qeyd etdi ki, bu qanunda edilən dəyişikliklər peşə təhsilinə üz tutan şəxslərin artımı ilə müşayiət ediləcək: “Eyni zamanda, təkcə təqaüd məsələsini də qabartmalı deyilik. Burada həm də təhsilin keyfiyyətinin və həmin şəxslərin gələcəkdə işlə təminatı məsələsinin üzərində dayanmalıyıq. Bu sahədə də müvafiq işlər həyata keçirməliyik. Belə olduqda nəticə hər kəsi qane edəcək. Hazırda peşə təhsili məktəblərində müvafiq istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Ancaq təəssüflər olsun ki, bəzi ixtisaslara əmək bazarında tələbat yoxdur. Orada təhsil alanlar iş tapa bilmirlər. Hələ də bir çoxlarının peşə təhsilini bitirənlərə qarşı önmühakiməsi var. Düşünürlər ki, peşə təhsilini bitirənlər peşəkar təhsilli deyil. Bu mənada, əvvəlcə peşə təhsili ilə bağlı stereotipləri aradan qaldırmalıyıq. Çünki peşə təhsilini bitirənlər kifayət qədər təcrübəli olurlar. Müvafiq istiqamətlər üzrə həmin sahəni öyrənirlər”.
Onun sözlərinə görə, qanun layihəsi ümumilikdə peşə təhsilinin inkişafını nəzərdə tutur və bu baxımdan, müsbət qiymətləndirilməlidir: “Türkiyə təcrübəsində yer alan baza prinsiplərinin ölkəmizdə tətbiq edilməsi nəzərdə tutulur. Son dövrlər peşə təhsilinin daha da inkişaf etdirilməsi əsas prioritet kimi Təhsil Nazirliyi və müvafiq qurumların öhdəliyinə verilib. Biz son dövrlər bu sahədə aparılan islahatların nəticəsini müşahidə edirik. Bununla bərabər, peşə təhsili ilə bağlı maarifləndirmə, təbliğat işləri də aparılmalıdır. Artıq bəzi ixеisaslar üzrə peşə təhsilini bitirənlərə subbakalavr dərəcəsi verilir. Bununla onlar gələcəkdə ?li təhsil müəssisələrinin müsabiqəsində iştirak edə biləcəklər. Bu istiqamətdə qanun layihəsinin qəbul edilməsi stimulverici addımlardan biridir”.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

