Gözəgörünməz qatil və hələ də davam edən “həbs”
27.04.2022 [10:32]
Çernobıl faciəsindən 36 il ötdü
İlhamə HƏKİMOĞLU
Bir şəhər var yer üzündə, hər mövsümdə ağaclarının barı budaqlardan küçələrə tökülən, bir şəhər var, küçələrində kimsə olmayan, zavodlarını, daş binalarını ot basan, şəhərdən çox cəngəlliyə bənzəyən. Bu kabus şəhərin adı Çernobıldır. Deyəsən, bütün dünyanı da Çernobılın aqibəti gözləyir. Dünya nüvə bombaları ilə təhdid olunur. Fərqi yoxdur, təhdid edən kimdir, olunan kim, çünki o düyməyə basılanda hər kəs qurban olacaq. Sanki Naqasakidən, Çernobıldan aldığımız dərslər az imiş. Biz yenə ağıllanmadıq, “dünyada sülhü qorumaq üçün” kütləvi qırğın silahları icad elədik. İnsan artıq bir neçə dəfə ana torpağın bağrını yarmağı, təbiəti yaralamağı bacarıb. Amma bəs deməyib, yeni təhdidlər, yeni qanlar içində özünü boğur. Nüvə silahı 80 ildir ki, mövcuddur və dünyanın ən nüfuzlu ölkələri onu çəkindirmə aləti, öz milli təhlükəsizliklərinin təminatı olaraq görür. Siz bəşəriyyət tarixində insanlığı məhv edən heyvan sürüləri barədə eşitmisiniz? Və ya təbiətin hansısa bir canlısı, bitki örtüyü insanlığa zərər vurub? Sadəcə ən ali məxluq olan insan heyvanları da, təbiəti də, özünü də məhv eləmək üçün texnologiyanın ən son nailiyyətlərindən istifadə edib.
1986-cı il aprelin 26-da Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verdi. Güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıtdı və yanğına səbəb oldu.
Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olundu. Eyni zamanda, SSRİ-nin hər yerindən on minlərlə “könüllü” də bu əməliyyatlara qoşuldu. Onlar arasında 15 min azərbaycanlı da var idi. Hansı fəlakətlə üzləşəcəklərini bilmədən, gözəgörünməz qatillə-radiasiya ilə savaşa getdilər. Stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradıldı və bu təcrid 36 ildir davam edir. İki şəhər 36 illik kabus həyatı yaşayır. Çernobıl AES partlayışı o günə qədər nüvə sahəsində ən dəhşətli partlayış hesab olunur və təsirinə görə Xerosima və Naqasakiyə atılan nüvə bombalarından daha dəhşətli idi. Bu səbəbdən də Çernobıl qəzası “7-ci səviyyə qəza” elan olunub. Buna bənzər yeganə qəza 2011-ci ildə Yaponiyanın Fuku?ima AES-də sunami nəticəsində qeydə alınıb.
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Qeyri-rəsmi məlumatlara görə, bir neçə il sonra şüalanma xəstəliyi nəticəsində 100 mindən çox insan həlak olub.
Ağır radiasiya nəticəsində bölgədə və qonşu ərazilərdə yaşayan 8 milyona qədər insan müxtəlif dərəcədə şüalanmaya məruz qaldı. Qəza yerinə getmiş ilk yanğınsöndürən briqadaların heç birinə təhlükə barədə deyilməmişdi və o briqada heyətinin hamısı az müddət sonra faciəvi şəkildə həyatlarını itirdilər. Yardıma gedən şəxslərin dilindən kağız alındı, onlar 25 il ərzində dövlət sirrini açmamaq barədə söz verdilər. Əslində səbəb başqaydı. Həmin dövrdə Sovet İttifaqı başqa ölkələrdə atom stansiyaları tikmək üçün müqavilələr imzalamışdı və bu sazişlər pozulmasın deyə, Çernobıl faciəsi gizlədilməliydi. Sonradan məlum olduğuna görə, Çernobıl AES-də üç oxşar sınaq keçirilib, dördüncü sınaq partlayışa səbəb olub. Qəzanın nəticələrini aradan qaldırmaq üçün Sovet İttifaqı 18 milyard rubl sərf etdi. Bu, o zaman üçün böyük məbləğ sayıla bilərdi.
Radiasiya təhlükələri
Bu, AES-lərdə baş vermiş son təhlükə olmadı. Buna bənzər, lakin kiçik miqyaslı partlayışlar Boyük Britaniyanın Uindskeyl, ABŞ-ın Tri Mayl Aylend, Yaponiyanın Fukusima AES-lərində qeydə alındı. Müxtəlif atom sənayesi müəssisələrində baş verən qəzalar planetimizin ayrı-ayrı ərazilərində radiasiya fonunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ona görə əhali arasında, haqlı olaraq, fəaliyyətdə olan və tikilməsi planlaşdırılan AES-lərə qarşı açıq-aşkar etiraz edənlərin sayı kifayət qədərdir. Atom sualtı qayıqlarında baş verən qəzalar, nüvə poliqonları ərazilərində yaranmış mürəkkəb ekoloji vəziyyət, radioaktiv tullantıların daşınması və basdırılmasının yaratdığı problemlər və bu kimi çoxlu sayda digər hallar insanlarda psixoloji gərginlik və radiofobiya yaradıb.
Bu balaca dünyanı məhv eləmək üçün neçə tonluq nüvə silahı lazımdır?
Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğusu) var. Bu ölkənin 1500-ə yaxın nüvə başlığı sadəcə olaraq bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Amma nüvə silahlarıyla silahlanmış tək ölkə Rusiya deyil. 9 ölkə nüvə silahına malikdir-Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreya.
191 dövlət “Nüvə Silahlarının Yayılmaması” haqqında müqavilə imzalayıb. Bu müqavilədə onlar nüvə silahı ehtiyatlarını azaltmaq və nəzəri olaraq ondan tamamilə vaz keçmək öhdəliyi götürüblər. 1970-1980-ci illərdən sonrakı dövrdə həmin ölkələr nüvə başlıqlarının sayını azaldıb. Hindistan, Pakistan və İsrail bu müqaviləyə qoşulmayıb (İsrail nüvə silahına malik olduğunu rəsmən etiraf etməyib), Şimali Koreya isə 2003-cü ildə razılaşmadan çıxıb. Rusiya müqavilənin əsas tərəflərindən biri olsa və təşəbbüskar rolunda çıxış eləsə də, bu gün dünyanı kütləvi qırğın silahları ilə təhdid edən ən birinci ölkədir.
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrin genetikasını pozur. Radiasiya xərçəng və daha qorxunc xəstəliklərin ortaya çıxmasına səbəb olur. Əgər radiasiya, şüalanma nəticəsində kimlərsə ölməyib sağ qalsalar belə, genetik dəyişikliklər nəticəsində daha əvvəlki insan nəsilləri olmayacaq. Bəlkə yer üzərində milçək boyda fillər, fil boyda milçəklər yaranacaq. Nə yaxşı olardı, genetik dəyişiklik nəticəsində müharibə anlayışını bilməyən, öldürməyən, ağıllı insan nəsli də yetişəydi. Tarix boyu tökülən qanlar sübut etdi ki, biz başqa cür yaşamağı bacarmırıq.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

