Qəfil ölüm gəlməsin
26.04.2022 [10:54]
Gənclər arasında qəfil ölümlər niyə artıb?
MİKAYIL
Son vaxtlar gənclər arasında qəfil vəfat edənlərin sayı artır. Heç bir xəstəliyi olmayan gənclərin qəfil dünyasını dəyişməsi valideynləri qorxudur. Son bir neçə gündür ki, “Azərbaycanda məktəbli dərs vaxtı vəfat edib”, “Məktəbli qəfildən öldü”, “Tələbə qəfil vəfat etdi”, “22 yaşlı əlaçı tələbə dünyasını dəyişdi” kimi başlıqlı xəbərlər gündəmdə yer alır.
Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Ürək-damar xəstəliklərindən ölənlərin yüksək faizini cavanlar təşkil edir ki, onların da çoxu heç bir xəstəliyi olmayan tam sağlam insanlardır. Bu da öz növbəsində, müəyyən suallar yaradır. Gənclər arasında qəfil ölümlər niyə artıb? Görəsən, buna səbəb nədir?
Vaxtsız ölümlərin qurbanına çevrilmiş tələbə və məktəblilərimiz
Elə bu günlərdə Gənc İstedadlar Liseyinin 11-ci sinif şagirdi Vaqif Məmmədov vəfat edib. 17 yaşlı Vaqifin ölümünə səbəb kimi ürəktutması göstərilib.
İlkin məlumatlara görə, valideynləri onu səhər məktəbə getmək üçün oyadıblar. Vaqif narahat olduğunu və yaxşı nəfəs ala bilmədiyini dedikdən bir müddət sonra nəfəsi darlaşaraq dünyasını dəyişib.
Qeyd edək ki, V.Məmmədov istedadlı şagird kimi tanınıb. O, Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada bürünc medal qazanıb. “Sabahın alimləri” IX Respublika Müsaqibəsinin mükafatçısı olub.
Eyni zamanda, Xətai rayonu NZS qəsəbəsi 165 saylı orta məktəbin 8B sinif şagirdi Osmanov Ramal Zaur oğlu qəflətən vəfat edib. Onun isə hansı səbəbdən öldüyü açıqlanmayıb.
Yeniyetmənin bir müddət əvvəl burun əti əməliyyatı keçirdiyi və ölüm hadisəsindən əvvəl burnundan qan açıldığı bildirilir.
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə də 22 yaşında qəflətən dünyasını dəyişib. Sona universitetin əlaçı tələbələrindən olub.
Eləcə də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı anidən vəfat edib. Bu barədə Rayon Təhsil Şöbəsindən xəbər verilib.
Əfsuslar olsun ki, bu kimi xəbərlərin sayı durmadan artır. Mütəxəssilər həyəcan təbili çalır. Onların qənaətinə görə, dünyada ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Vəziyyət elə hal alıb ki, artıq şagirdlər bu xəstəliyin qurbanına çevrilirlər.
Qeyd edək ki, 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır.
Ürək müəyyən siqnallar verir, biz eşitmək istəmirik
Həkim-kardioloq Nicat Musayev deyir ki, indi cavanlardakı ani və ya qəfil ölümlərin bir çox səbəbi ola bilər. Xüsusilə ailəsində irsi xəstəliklər olan, ailəsində ani ürək ölümləri olan insanlar mütləq bu hallara qarşı ciddi yoxlanmalıdır. Çünki o insanlar risk qrupundadırlar: “Oturaq həyat tərzi, stress, gərginlik, gənclərin davamlı istirahət etmədən çalışması, düzgün qidalanmama, erkən yaşda siqaretdən istifadə ürəyin işemik xəstəliyini daha gənc yaşlarda büruzə verməsinə səbəb olur ki, bu da ani ölümlərə gətirib çıxardır. Ürək müəyyən siqnallar verir, sadəcə biz buna diqqət etmirik. Sinədə az da olsa göynəmə, pis nəfəs alma, gecə yatanda anidən boğulmalar, ailədə irsi faktorlar ürək xəstəliklərinin göstəricisi ola bilər. Əgər irsi faktorlar varsa, pasient heç bir şikayəti olmadığı halda belə gəlib mütləq yoxlanmalıdır”.
Enerji içkiləri və siqaret ürəyi məhv edir
Kardioloq onu da deyib ki, siqaret və energetik içkilər də böyük risk faktorlarındandır: “Həddindən artıq energetik içkilərin istifadəsi qan damar sistemində çox ciddi fəsadlara səbəb olur. Ani təzyiq yüksəlmələri, ani ölümlərə səbəb olan aritmiyaların provokasiya edilməsi, koronar damarlarda ciddi trom?laşmaya və yaxud da spazma səbəb olan damar içi yırtılmalara və spazmlara səbəb olması elmi əsaslarla sübut olunub. Onu da vurğulamalıyam ki, pandemiya dövründə koronavirusdan ölən insanların əksəriyyəti virusun özündən deyil, xəstəliyin ağırlaşmış trombozundan dünyasını dəyişib”.
Ürək sağlamlığını necə qoruyaq?
“İdmanla məşğul olmaq, çəkinin nəzarətdə saxlanması vacibdir. Siqaretdən, energetik içkilərdən, spirtli içkilərdən, narkotik maddələrdən uzaq durulmalıdır. Spirtli içkilərdən yalnız qırmızı şərab, çaxır qədərində içilə bilər (50-80mq). Bundan başqa, qırmızı ət yerinə balıq, digər dəniz məhsullarına üstünlük vermək lazımdır. Zeytun yağı, az şəkərli meyvələr, tərəvəzləri də yaddan çıxmaq olmaz”, - deyə N.Musayev vurğulayıb.
Bodibilderlər niyə gənc yaşda ölürlər?
Dəniz mövsümünün başl?masına bir neçə ay qalıb. Bu, gələn böyük bəlanın xəbərçisidir, desək, yanılmarıq. 1-2 aya mükəmməl bədənə sahib olmaq istəyənlər ən çox bu bəlanın caynağına tuş gəlir. Söhbət steroidlərdən gedir.
Texnogen hormonun bir növü olan steroidlərin yalnız sağlamlıq səbəbi ilə həkim nəzarəti altında istifadəsinə icazə verilir. Ancaq gənc idmançılar bu hormonun nəzarətsiz şəkildə istifadəsinə davam edirlər. Bu da onların canları bahasına başa gəlir.
Bunlar dopinq dərmanlarına, əzələ böyüməsi stimulyatorlarına aiddir, bədən tərbiyəsi və digər idman növlərində aktiv şəkildə istifadə olunur. İdmançılar tez-tez bu dərmanın verdiyi zərərləri inkar edirlər, lakin faktlar əksini söyləyir.
Həkim-terapevt Günel Əliyevanın sözlərinə görə, steroidlər daxili orqanlara zərər verir. Onsuzda gənc bodibilderlərin bədənində öz testosteron miqdarı çoxdur. Əlavə dozanın yüklənməsi təhlükəlidir: “Steroidlərin istifadəsi qaraciyər, böyrək, ürək-damar xəstəlikləri, kişilərdə anormal döş böyüməsi və əzələ kütləsinin həddindən çox artması ilə yanaşı, saç tökülməsi kimi sağlamlıq problemlərinə də səbəb ola bilər. Adətən idmançılar məşqdən sonra protein tozları qəbul edirlər. Protein bar və protein içəcəklər olduqca zərərlidir. Ona görə də idmanla məşğul olanlar proteini təbii qidalardan almalıdılar”.
Bəs psixoloji?
Öz növbəsində, psixoloq Aygün Mehdiyeva gənclərin yaşadığı problemlərdən danışıb: “Məktəb yaşda uşaqlar stress keçiribsə, onlarda səbəbsiz ağrılar, qusma, səbəbsiz qorxular, əsəbilik müşahidə olunur. Uşaqlar məktəbə getməkdən və dostları ilə oynamaqdan da imtina edə bilərlər. Onların stress keçirməsinə həmyaşıdları ilə münasibətlərdə, məktəbdə problemlər ola bilər. Bu dövrdə uşağı stress vəziyyətindən çıxarmaq üçün fiziki məşğələlərə yazdırmaq lazımdır”.
“Bəzi abituriyentlər düşünürlər ki, əgər universitetə daxil olarsa, bununla bütün problemlər həllini tapacaq. Stressə düşürlər, düzgün qida və yuxu rejiminə riayət etmirlər. Ali məktəbə daxil olduqları zaman isə bəzən xəyal qırıqlığına uğrayırlar. İllər sonra əldə etdikləri nəticə heç də gözləntilərini doğrultmur. Bu zaman valideynlərin və biz psixoloqların üzərinə böyük missiya düşür. Gənclərimizi ani, qəfildən itirmək istəmiriksə, onları zamanında dinləməliyik”, - deyə psixoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19

